“Nənə” sözünü eşidəndə ağlımıza gələn, bütün sevgisi, şirinliyi ilə könlümüzü oxşayan, gözlərimiz önündə canlanan öz nənələrimiz olur: Valideynlərimizin anaları. “Böyük ana” da deyirlər çox vaxt onlara. Nənə ucalığına gedən yol sevgidən, mərhəmətdən keçər. Hər dəfə nənələrin əlləri nəvələrin üzərində gəzdikcə məst olurlar, şirin-şirin yuxulara dalırlar.
“Dövlətdə dəvə, övladda nəvə,” –deyib babalarımız.
Nənə üçün nəvədən əziz, şirin heç nə yoxdur.
Folklorumuzun böyük bir hissəsini nənələrin öz nəvələrinə düzüb qoşduqları laylalar, bayatılar, oxşamalar təşkil edir. Nənələr olan evdə nəvaziş olar.
Bəzən nəvələr nənə-babalarından kənarda yaşasalar da, vaxt tapan kimi yanlarına qaçırlar. “Nənəmgilə gedirik,”–deyirlər. Daha ətraflı »
-
12AprDigər “BİZ SİZİ ÇOX SEVİRİK” üçün şərhlər bağlıdır
Teqlər: Digər
-
31MarDigər RESPUBLİKA MƏTBUATININ SƏHİFƏLƏRİNDƏ üçün şərhlər bağlıdır
XALQ ONU XATIRLAYIR
Vətən, millət öz qəhrəman oğullarını unutmayıb, unutmayacaq da! Belə vətənpərvər igidlərimizdən biri – Milli Qəhrəman Elman Süleyman oğlu Hüseynovdan bəhs etmək is-təyirəm. Yaşasaydı, bu günlərdə 65 yaşı tamam olacaqdı. Amma cismən aramızda olmasa da, o, həmişə xalqımızın qəlbində yaşayacaq. Tərtərdə bu il də onun xatirə, anım gecəsinə yığışdıq.
O dövrün-Qarabağ müharibəsinin alovlandığı ilk illərin şahidləri və şəhidin silahdaşları bir daha xatirələrini təzələyib Elmanın həyatından, şanlı döyüş yolundan danışdılar. Bu, gənc nəslin tərbiyəsində, tarixin olduğu kimi gələcək nəsillərə ötürülməsində vacibdir. Başımıza gətirilən müsibətlərin bir səbəbi də elə uzun illər tarixin saxtalaşdırılması, qardaşın düşmən, düşmənin dost kimi tanıdılması olmuşdu. Daha ətraflı »Teqlər: Digər
-
31MarDigər “ÖLKƏMİZİ TANIYAQ” TUR-AKSİYASI BAŞA ÇATDI üçün şərhlər bağlıdır
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən məktəbli gənclərin respublikamızın digər bölgələrinə səyahəti təşkil olunur.
Tərtər rayon rəhbərliyinin, təhsil işçilərinin və valideynlərin iştirakı ilə rayonun məktəblilərindən ibarət qrup “Lənkəran-Masallı-Astara” marşrutu üzrə yola salınıb.
Heydər Əliyev Mərkəzində keçirilən mərasimdə rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov çıxış edərək, gənc nəslin hərtərəfli inkişafı üçün ölkəmizdə yaradılan şəraitdən danışıb.
Tur-aksiya iştirakçıları Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət etdikdən sonra respublikamızın cənub bölgəsinə səfər ediblər.
Tur-aksiya müvəffəqiyyətlə başa çatıb və şagirdlər xoş təəssüratlarla rayonumuza qayıdıblar.“Yeni Tərtər”
Teqlər: Digər
-
31MarDigər DOSTCASINA YAŞAMAQ HƏYAT TƏRZİMİZDİR üçün şərhlər bağlıdır
Tərtər şəhərinin özündə və kəndlərində müxtəlif xalqların və milli azlıqların nümayəndələri uzun illərdir ki, dostcasına, mehriban şəraitdə yaşayırlar. Onların arasında ruslar, ukraynalılar, ləzgilər və digərləri vardır. Ölkəmizdə bu insanların adət-ənənələrinə hər zaman hörmətlə yanaşılır və onların rahat yaşamaları, dini ayinləri sərbəst icra etmələri üçün hər cür şərait yaradılıb.
Azərbaycanda əhalinin əksəriyyəti müsəlmandır. Lakin burada yaşayan bütün dinlərin nümayəndələrinin hüquqları eyni səviyyədə qorunur.
Müxtəlif xalqların nümayəndələri həyat tərzimizə, adət-ənənələrimizə hörmət bəsləyir, bizimlə birgə bayramlarımızı qeyd edirlər. Onlar yaxşı günlərimizdə də, çətin günlərimizdə də azərbaycanlılarla çiyin-çiyinə olurlar. Daha ətraflı »Teqlər: Digər
-
31MarDigər TƏRTƏR RAYONUNDA ƏHALİNİN GƏLİRLƏRİ 7,6 FAİZ ARTIB üçün şərhlər bağlıdır
2016-cı ildə Tərtər rayonunda əhalinin gəlirləri 205,6 milyon manat, əhalinin hər nəfərinə düşən gəlirləri 2575,7 manat təşkil etmişdir. 2015-ci ilə nisbətən əhalinin gəlirləri 7,6 faiz, əhalinin hər nəfərinə düşən gəlirlər isə 6,6 faiz və ya 159,8 manat artmışdır.
Tərtər Rayon Statistika İdarəsi
Teqlər: Digər
-
31MarDigər 31 mart Azərbaycanlıların Soyqırımı Günüdür üçün şərhlər bağlıdır
QANLI LƏKƏ
Xalqımıza qarşı iki əsr davam edən soyqırım düşünülmüş, genişmiqyaslı qanlı aksiya olub.
1813-1828-ci illərdə Rusiya-İran müharibəsi Azərbaycanı ikiyə böldü. Türkmənçay və Gülüstan müqavilələri bu bölgüyə öz möhürünü vurdu.
Ermənilər 1905-1906-cı illərdə İrəvan və Gəncə quberniyalarının 200, Şuşa, Cəbrayıl və Zəngilanın 75 kəndini viran etmişdi. Həmin dövrdə İrəvan quberniyasında ermənilərin sayı köçürülmə yolu ilə artmış, azərbaycanlıların sayı azalmışdı.
Birinci dünya müharibəsindən sonra ermənilər öz istəklərinə bolşevizm bayrağı altında nail oldular. Bakıdan azərbaycanlıların çıxarılması planını həyata keçirməyə başladılar. Ermənilər evləri yandırır, insanları diri-diri oda atırdılar. Qubada, Şamaxıda insanları məscidə doldurub od verirdilər. Bu vəhşilik Qarabağda, Zəngəzurda, Naxçı-vanda, Lənkəranda da həyata keçirilirdi. 1918-ci ilin mart-aprel aylarında bu qırğın daha dəhşətli oldu. Daha ətraflı »Teqlər: Digər
-
31MarDigər MİLLİ QIRĞIN üçün şərhlər bağlıdır
Tarix hər şeyi–hər bir hadisəni yadda saxlayır. 1918-ci ilin 30 mart və 3 aprel tarixləri arasında Bakı şəhərində və eləcə də Bakı quberniyasının müxtəlif bölgələrində–Şamaxı, Xaçmaz, Lənkəran, Hacıqabul, Səlyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə Bakı Soveti və daşnaq erməni silahlı dəstələrinin azərbaycanlılara qarşı törətdikləri qırğın nəticəsində rəsmi mənbələrə əsasən 12 minə yaxın azərbaycanlı qətlə yetirilmiş, on minlərlə insan itkin düşmüdür. 1919 və 1920-ci illərin mart ayının 31-i iki dəfə Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən ümummilli matəm günü kimi qeyd edilmişdir. Elə buna görə də Azərbaycan Prezidenti Heydər Əliyevin 26 mart 1998-ci il tarixli sərəncamı ilə 31 mart Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd edilir. Daha ətraflı »
Teqlər: Digər
-
31MarDigər MƏKTƏBLİ QIZIN ŞƏHİD NİCATA VƏ ONUN VALİDEYNLƏRİNƏ MƏKTUBU üçün şərhlər bağlıdır
Çox fikirləşdikdən sonra qərara aldım ki, sənə məktub yazım. Amma necə müraciət edəcəyimi bilmirəm. Qardaşmı, əmimi, dayımı deyim?
Əziz həmvətənlim, Sənə Lələ Təpənin qəhrəman oğlu desəm, daha düzgün olar.
Nicat qardaşım! Sən həmin gün şəhidliyinlə Maya ananın, Bəhruz atanın, bir el gözəlinin gözlərini ağlar qoydun, ancaq Vətən tarixinə öz qanınla qəhrəmanlıq salnaməsi yazdın. Düşünürəm ki, sənin adında da dərin məna var. Çünki işğal altında olan torpağımızın bir parçasının alınması üçün öz köməyini əsirgəmədin, xalqımızın çoxdan gözlədiyi Qələbəyə aparan yola öz qanınla ilk imzanı atdın. Bizləri nicata, arzularımıza çatdırdın. Öz gənclik arzularına son qoydun. Milyonların diləyini göyərtdin. Daha ətraflı »Teqlər: Digər
-
31MarDigər 25 İL ƏVVƏL TÖRƏDİLMİŞ FACİƏ üçün şərhlər bağlıdır
Kollektivimizin üzvləri Heydər Əliyev Mərkəzində Xocalı qətliamına həsr olunmuş “25 il əvvəl törədilmiş faciə” adlı tədbir keçiriblər. Əvvəlcə bu qanlı qətliam haqqında geniş məlumat verilib. Bildirilib ki, Azərbaycan xalqının başına gətirilən bu müsibət öz qəddarlığı, vəhşiliyi və amansızlığı ilə tarixdə misli görünməmiş bir faciədir. Biz çalışmalıyıq ki, bu tarix unudulmasın və gələcək nəsillərə də unutmamağı öyrətməliyik.
Dərnək rəhbərləri Nuranə Mahmudova və Sənubər İsmayılova faciə qurbanlarına çevrilmiş uşaqların yerə-göyə sığmayan müsibətindən danışıblar.
Şagirdlərin hazırladığı ədəbi-bədii kompozisiya nümayiş olunub.
Tədbirin sonunda “Xocalı faciəsi” haqqında qısametrajlı sənədli film göstərilib.Ülviyyə Qənbərova,
rayon uşaq yaradıcılıq mərkəzinin direktoruTeqlər: Digər
-
31MarDigər “VƏTƏN NAMİNƏ” üçün şərhlər bağlıdır
Madagiz uğrunda gərgin döyüşlər gedirdi. Bu odun-alovun içinə jurnalistlər də gəlib çıxmışdılar. Vəzir Orucov təkidlə onları uzaqlaşdırmağa çalışsa da, öhdələrindən gələ bilmirdi.
Operator döyüşü çəkməklə yanaşı, komandirə suallar da verirdi.
“Ən qocaq döyüşçümüz kimdir?” – sualına Vəzir Orucovun tələsik cavabı belə oldu: “Elə hamısı”. Sonra bığaltı gülümsündü. O, çox ciddi adam idi və yoldaşları təsadüfi hallarda gülümsədiyini görərdilər.
Əgər aramızdakı ən qoçaq oğlanı axtarırsınızsa, indi ona əmr edərəm, sizi döyüşdən çıxarar, – deyə dilləndi.
Sonra Rövşən Məmmədovu yanına çağırıb, təcili jurnalistləri döyüş meydanından uzaqlaşdırmağı tapşırdı. Əmr vaxtında verilmişdi. Çünki bundan sonra baş verən hadisələr jurnalistlərin salamat qayıtmalarını mümkünsüz edərdi. Daha ətraflı »Teqlər: Digər
Yeni ismarıclar