Bu yaxınlarda “Azərbaycan” qəzetində sevimli şairimiz Fikrət Qocanın “Allahım, sahib çıx yaratdıqlarına” şeirini oxudum və çox təsirləndim. Şeirin əvvəlində şair yazıb: “Suriyada əhalinin üstünə atılan kimyəvi bombalardan boğulan, sudan çıxmış balıq kimi nəfəsi çatışmayan uşaqları ekrandan izlədim. Azərbaycanda, öz evimdə mənim də havam çatışmadı, az qala boğulurdum. Bu, bəşəriyyətə qarşı cinayətdir”.
Daha sonra Fikrət Qoca şeirin dili ilə cinayəti törədənlərə mədəni qarğışlar yağdırır. Sonda isə deyir: “Amma balasına dəymə, bala hamıya baladı, Allahım”. Bu, Azərbaycan xalqının mentalitetidir: Başqasının balasına nəinki fiziki əzab verməmək, heç fikirlərində də ona pislik arzulamamaq.
Çox təəssüf ki, bunun əksinə olaraq bizə erməni kimi qəddar bir düşmənlə qonşuluqda yaşamaq nəsib olub və əsrlər boyu balalarımız onların insanlığa sığmayan vəhşiliklərinin qurbanına çevrilirlər. Daha ətraflı »
-
09İynDigər “BALA HAMIYA BALADI, ALLAHIM” üçün şərhlər bağlıdır
Teqlər: Digə
-
30MayDigər üçün şərhlər bağlıdır
Yeni Azərbaycan Partiyasının öz liderinə, dövlətçiliyə nə qədər sadiq olduğunu tarix sınaqdan keçirirdi. Bütün bu sınaqlardan bizim partiyamız üzüağ çıxdı. Bütün bu sınaqlardan biz daha da güclənmiş şəkildə çıxa bildik.
İlham Əliyev,
Azərbaycan Respublikasının PrezidentiTeqlər: Digər
-
30MayDigər 15 İYUN MİLLİ QURTULUŞ üçün şərhlər bağlıdır
TARİXƏ QIZIL HƏRFLƏRLƏ YAZILAN GÜN
Azərbaycan xalqının taleyində böyük əhəmiyyət daşıyan elə günlər vardır ki, həmin günlərdə onun gələcək həyatını müəyyən edən böyük başlanğıcların əsası qoyulub. Müxtəlif tarixi hadisələrlə əlamətdar olan belə günlərdən ən önəmlisi 1993-cü ilin 15 iyun günüdür. Tariximizə Milli Qurtuluş Günü kimi daxil olmuş bu gün onu qiymətləndirənlər, dərindən dərk edənlər üçün çox əzizdir. Milli Qurtuluş günü sadəcə təqvim bayramı deyil, böyük ictimai, siyasi və tarixi əhəmiyyətə malik olan bir gündür.
Vətənini, xalqını, millətini sevən, həmin çətin, ağrılı günlərin dəhşətlərini yaşayan, hadisələri gözləri ilə görən insanlar üçün 15 iyun əsl qurtuluş tarixidir. Azərbaycan xalqının ölüm-dirim mübarizəsinin tarixidir.
1993-cü ilin 15 iyununda Azərbaycan xalqının bir millət, Azərbaycan Respublikasının isə bir dövlət kimi yaşaması sual altında idi. Daha ətraflı »Teqlər: Digər
-
30MayDigər 1 İYUN UŞAQLARIN BEYNƏLXALQ MÜDAFİƏSİ GÜNÜDÜR üçün şərhlər bağlıdır
ÜÇÜNCÜ SİNİF ŞAGİRDİ İBRAHİMİN UĞURLARI
Uşaqların Beynəlxalq Müdafiəsi Gününün 1iyun 1950-ci ildə BMT Baş Assambleyası tərəfindən qeyd olunması qərara alınıb. Həmin gün təşkil olunan “Qadınların Beynəlxalq Konfransı”nda uşaq hüquqlarının təmin edilməsi ilə bağlı təkliflər səslənib və elə həmin tədbirdə də 1 iyun tarixini uşaqların beynəlxalq müdafiəsinə həsr etmək qərarı verilib. Bundan sonra iyunun 1-i Uşaqların Beynəlxalq Müdafiəsi Günü kimi tarixə düşüb. Dün-yanın əksər ölkələrində olduğu kimi, bu gün Azərbaycanda da qeyd edilir.
Uşaqlar həyatımızın sevinc dolu bir dünyasıdır–bütün qayğılarımızın, diqqətimizin əsasını təşkil edən bir dünya. Məhəbbətimizin çox hissəsi uşaqlarımıza ayrılır. Onlar bu məhəbbətdən pərvazlanaraq gələcəkdə həyatımızı mənalandırırlar. Gözəl tərbiyə ilə böyümüş övladlarımız qürur yerimiz olaraq həyatımızın güzgüsünə çevrilir. Onlar ata, ananın, baba-nənələrin, hətta bir xalqın fəxrinə, qüruruna dönürlər. Xoşbəxtlik elə üz-gözlərindən oxunur, bu insanların. Daha ətraflı »
-
30MayDigər LAÇININ İŞĞALINDAN 25 İL ÖTDÜ üçün şərhlər bağlıdır
Laçın rayonu 1924-cü ildə yaradılmış, ərazisi 1883 kvadrat km-dir. Laçın şəhərinin böyüyüb inkişaf etməsində ilk addımları Tağı Şahbazi Simurğ, Hüsü Hacıyev, İsmayıl Şərifov, Canbaxış Abdullayev və onlarca başqaları atmış, onların çox böyük fədakar xidmətləri olmuşdur.
Şosse yol Laçına 1950-ci illərin əvvəllərindən çəkilməyə başlamışdır.
Respublikanın paytaxtı Bakı şəhəri ilə şosse yolla ara məsafəsi 450 km, Xankəndi dəmir yolu stansiyası ilə ara məsafəsi isə 60 km olmuşdur.
Ötən əsrin 70-ci illərində Laçında onlarla təhsil, mədəniyyət, məişət, səhiyyə obyektləri, heyvandarlıq kompleksləri və sair sosial-mədəni və kənd təsərrüfatı obyektləri tikilib istifadəyə verilmişdir. Kəndlərə şosse yollar çəkilmiş, Şuşa-Laçın yolu əsaslı surətdə yenidən tikilmiş, asfalt zavodları, daş karxanaları, əhəng, pemoksol, yerli sənaye, toxuculuq sexləri istifadəyə verilmiş, Sumqayıt Alüminium və maşınqayırma zavodlarının, Bakı 1№-li tibb texnikumunun filialları açılmış, mərmər yataqları istifadəyə verilmiş, ticarət, ictimai-iaşə, mədəniyyət, rabitə və kommunal xidmətlərin şəbəkələri xeyli genişləndirilmişdir. Daha ətraflı »Teqlər: Digər
-
30MayDigər Ömrün ahıl çağında üçün şərhlər bağlıdır
EL HÖRMƏTİ QAZANMIŞ İNSAN
Dünya bərqərar olandan insan onu bəzəyib, zinətləndirib. Hər kəs ömür payını bu dünyanın ağlı-qaralı günlərinə bağışlayıb, yaddaşlarda qalan xatirələr yaradıb. Əbəs yerə insanı dünyanın əşrəfi adlandırmayıblar. Bəzən insanın həyat eşqi, qurub-yaratmaq həvəsi bir ömür payına bəs etmir. Ahıllaşır, qocalır insan, lakin ürək cavan qalır, arzular bitmir.
Belə ahıllarımızdan biri də uzun müddət Tərtər Şəhər So-vetinin sədri işləmiş Həbib Məmmədovdur. Onu rayonumuzun bir zəhmətkeş ziyalısı, məsuliyyətli bir vəzifə sahibi, sadə, təvazökar bir şəxsiyyət kimi tanımışam, lakin keçdiyi kəşməkəşli ömür yolundan xəbər tutmaq, ömür kitabını vərəqləmək imkanım olmamışdı. Nəhayət bu da qismətim oldu. Onunla görüşüb-söhbət etdim.
Öyrəndim ki, Məmmədov Həbib Həşim oğlu 1938-ci ildə Tərtər rayonunun (o zamankı Mirbəşir rayonu) Kəngərli kəndində kolxozçu ailəsində doğulub. Ailədə böyüyən uşaqların beşincisi olub. Aldığı tərbiyə, saflıq, zəhmətsevərlik, vətənpərvərlik kimi hisslər bu gün Həbib müəllimi xalqın sevimlisi edib. Daha ətraflı »Teqlər: Digər
-
30MayDigər ZƏLZƏLƏ üçün şərhlər bağlıdır
Zəlzələ – qəflətən baş verən, bir neçə saniyə davam edən yer titrəməsi nəticəsində böyük dağıntılara və insan tələfatına səbəb ola bilən fövqəladə hadisədir.
Zəlzələyə necə hazır olmalı:
– zəlzələ barəsində ailənizdə söhbətlər aparın, təhlükəsizlik məşqləri keçirin;
– birlikdə evdə təhlükəsiz yer təyin edin (yükdaşıyan divar və beton sütun);
– kitab rəflərini, çilçıraq və dolabları divara, tavana və yaxud döşəməyə möhkəm bər-kidin;
– zəhərli kimyəvi və tezalışan mayeləri təcrid edilmiş təhlükəsiz yerdə saxlayın;
– yumşaq mebeli (divan-kreslo) və çarpayını pəncərə önündə yerləşdirməyin və ya pərdənin qalın materialdan olmasını təmin edin;
– içində müəyyən qədər ərzaq və su, tibb çantası, vacib sənədlər, pul, fənər və isti paltar olan ehtiyat çantasını həmişə əl altında saxlayın; Daha ətraflı »Teqlər: Digər
-
19MayDigər 28 May Respublika Günüdür üçün şərhlər bağlıdır
ŞƏRQDƏ İLK DEMOKRATİK DÖVLƏT
Bu tarixi gün Azərbaycan xalqının həyatına böyük və əlamətdar hadisə kimi daxil olub. Şərqdə ilk demokratik dövlət quruluşunu yaratmış Azərbaycan Xalq Cümhuriyyəti istiqlaliyyətimizi elan edərək xalqımızın müstəqillik əzmini nümayiş etdirib.
Müsəlman Şərqində ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyəti ölkəmizin çoxəsrlik sosial-iqtisadi, ictimai-siyasi və mədəni inkişafının, xalqımızın milli oyanışı və dirçəlişi proseslərinin məntiqi nəticəsi kimi meydana çıxıb.
Azərbaycan Xalq Cümhuriyyəti xüsusən təhsilin, mədəniyyətin, ədəbiyyat və incəsənətin inkişafı sahəsində fəaliyyəti ilə yadda qalıb. Bu hökumət cəmi 23 ay yaşasa da, xalqın xeyrinə olan çox şeyi miras qoydu. Xalqımız yeni tarixi şəraitdə öz dövlət müstəqilliyini bərpa etdikdən sonra Ümummilli Liderimiz Heydər Əliyevin rəhbərliyi altında Xalq Cümhuriyyətinin ənənələrini əsas tutaraq, müstəqil Azərbaycan dövlətini yaratdı. Daha ətraflı »Teqlər: Digər
-
19MayDigər TƏBRİK EDİRİK! üçün şərhlər bağlıdır
Azərbaycan Respublikası Prezidentinin 10 aprel 2017-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası Ərazilərinin Bərpası və Yenidən Qurulması üzrə Agentliyin layihə rəhbəri Albəndov Vəli Nəbi oğlu ölkəmizdə tikinti kompleksinin inkişafında xidmətlərinə görə “Əməkdar Mühəndis” fəxri adına layiq görülüb. Bu, Vəli Albəndovun ikinci dövlət təltifidir. 2012-ci ildə bacarıqlı mühəndis inşaat sahəsində çoxillik səmərəli fəaliyyətinə görə ölkə başçısının sərəncamı ilə “Tərəqqi” medalı ilə də təltif olunub.
Hər iki mükafat onun Vətən qarşısında xidmətlərinə Prezident İlham Əliyev tərəfindən verilən yüksək qiymətdir. Daha ətraflı »Teqlər: Digər
-
19MayDigər ŞUŞANIN İŞĞALINDAN 25 İL ÖTÜR üçün şərhlər bağlıdır
1992-ci il may ayının 8-nə keçən gecə erməni hərbi birləşmələri keçmiş sovet ordusunun 366-cı alayının hərbi qulluqçularının və 40 zirehli texnikasının köməyi ilə Şuşa şəhərinə hücuma keçdilər. Uzun sürən artilleriya atəşindən və qeyri-bərabər qanlı döyüşlərdən sonra şəhər işğal olundu.
Şuşanın işğalı nəticəsində şəhərdə 195 nəfər Azərbaycan vətəndaşı xüsusi amansızlıqla qətlə yetirilmiş, 165 nəfər yaralanmış, onlardan 150 nəfəri əlil olmuş, 552 körpə valideynlərini itirmiş, 20 mindən artıq əhali isə doğma yuvasını tərk edərək məcburi köçkün vəziyyətinə düşmüşdür. Əsir və girov götürülmüş 58 azərbaycanlının taleyi barədə bu günə qədər məlumat yoxdur.
Şuşa şəhərində azərbaycanlıların tarixi izlərini silmək məqsədilə vandallar 600-ə yaxın tarixi memarlıq abidəsini, o cümlədən Pənahəli xanın sarayını, “Cümə” məscidini, Aşağı Gövhər Ağa məscidi, Xurşud Banu Natəvanın evini, Molla Pənah Vaqifin məqbərəsini yerlə-yeksan etmişlər.Teqlər: Digər
Yeni ismarıclar