Hər il 20 oktyabr tarixində dünya ölkələri Ümumdünya Statistika Gününü qeyd edir. Bu əlamətdar gün BMT tərəfindən 2010-cu ildə təsis olunmuşdur və statistik məlumatların cəmiyyətin inkişafında oynadığı mühüm rolu vurğulamaq məqsədi daşıyır. Statistika – təkcə rəqəmlər toplusu deyil, həm də düzgün qərarların qəbul olunması üçün əsas vasitədir.
Azərbaycan Respublikasında da rəsmi statistika sistemi daim inkişaf edir. Dövlət Statistika Komitəsi və onun regional qurumları, o cümlədən Tərtər Rayon Statistika İdarəsi, sosial-iqtisadi göstəriciləri mütəmadi olaraq toplayır, təhlil edir və ictimaiyyətə təqdim edir.
Müasir dövrdə etibarlı və şəffaf statistik məlumatlar dövlət siyasətinin planlaşdırılmasında, sahibkarlığın inkişafında və əhalinin rifah halının qiymətləndirilməsində həlledici rol oynayır. Statistika həm də ictimai nəzarətin gücləndirilməsinə, vətəndaş cəmiyyətinin məlumatlı olmasına xidmət edir.
Tərtər rayonunda həyata keçirilən sosial-iqtisadi islahatların nəticələrinin qiymətləndirilməsi də məhz statistik göstəricilər vasitəsilə mümkün olur. Əhalinin məşğulluq səviyyəsi, kənd təsərrüfatının inkişafı, infrastruktur layihələrinin icrası və digər sahələr üzrə toplanan məlumatlar gələcək planlaşdırmalar üçün əsas mənbədir.
Statistika – keçmişi anlamaq, bu günü dəyərləndirmək və gələcəyi planlamaq üçün əvəzolunmaz vasitədir. Bu gün statistik xidmətlərin keyfiyyətinin artırılması və rəqəmsallaşma proseslərinin sürətləndirilməsi dövlət siyasətinin əsas istiqamətlərindəndir.
Rəis müavini İradə Rəfiyeva
05.09.2025-ci il


Azərbaycanda Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü artıq ikinci ildir ki, qeyd olunur. Prezident İlham Əliyevin 2024-cü il sentyabrın 18-də imzaladığı Sərəncama əsasən, hər il sentyabrın 20-də Xankəndi, Xocalı, Xocavənd və Ağdərə günü təntənəli şəkildə qeyd edilir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 19 sentyabr 2024-cü il tarixli Sərəncamı ilə hər il sentyabrın 20-si Azərbaycan Respublikasında Dövlət Suverenliyi Günü kimi qeyd edilir. Sərəncamda deyilir: “Hər bir xalq üçün öz taleyinə sahib olmaq, müstəqil dövlətini yaradaraq inkişaf etdirmək onun ən böyük nailiyyətidir. Tarixin müxtəlif mərhələlərində üzləşdiyi çətinliklərə, işğala, mərhumiyyətlərə baxmayaraq, heç bir qüvvə xalqımızın müstəqillik, dövlətçilik əzmini sarsıda bilməmişdir. Azərbaycan xalqı bu gün öz müstəqil dövlətinə sahibdir, qəhrəman əsgər və zabitlərimizin, şəhidlərimizin qanı hesabına əldə edilmiş ərazi bütövlüyümüz, suverenliyimiz xalqımızın milli sərvətidir.”
20 sentyabr – Azərbaycan Respublikasının Suverenliyi Günü və 27 sentyabr – Anım Günü ərəfəsində Tərtər Rayon İcra Hakimiyyətinin Başçısı Müstəqim Məmmədov Kəngərli kəndində Vətən müharibəsi şəhidləri Səbuhi Məmmədovun atası Zahid Məmmədov, anası Günay Məmmədova, Elmin Quluzadənin atası Şəmsi Quluyev, Qənbər Qənbərlinin atası Bəhruz Qasımov, Elşad Abbaszadənin atası Raqub Abbasov və ikinci dərəcəli müharibə əlili Elşad Məmmədovla görüşüb. Görüşdə YAP Tərtər rayon təşkilatının sədri Eldar Əsədov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon şöbəsinin rəisi Pərviz Hüseynov, xidmət təşkilatlarının rəhbərləri, mətbuat nümayəndələri iştirak ediblər.
Xalqımızı azadlığa, suverenliyə qovuşduran, torpaqlarımızın işğaldan azad olunması ilə nəticələnən 44 günlük Vətən müharibəsinin başladığı tarixdən 5 il ötür. Bu illər ərzində şəhid ailələrinin həyatında həm kədərli, həm sevincli hadisələr çox olub. Kiminin övladı ali məktəbə qəbul olub, kimininki ilk dəfə əlinə çanta alıb 1-ci sinfə gedib, hansısa ailədə yas mərasimi düşüb… Bütün bu hallarda şəhid valideynləri, onların yoldaşları tək olmayıblar. Prezident İlham Əliyevin, ölkənin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın bir vəzifə olaraq qarşıya qoyduqları tapşırıqları və hər kəsin qəlbindən gələn bir istəklə rayon rəhbəri Müstəqim Məmmədov, YAP rayon təşkilatının sədri Eldar Əsədov, rayonun idarə və müəssisə rəhbərləri daim xeyirdə də, şərdə də onların yanında olub, narahatçılıq, problem yarananda aradan qaldırıb, kömək əllərini uzadıblar.
Konstitusiya dövlətin ali qanunudur. Ali hüquqi qüvvəyə malikdir. Dövlətin siyasi, hüquqi və iqtisadi sistemlərinin əsaslarını təsbit edir. Vətəndaşlarının hüquq və azadlıqlarını elan edir və zəmanət verir. Bu Konstitusiya, Azərbaycan dövlətinin hüquqi və siyasi əsaslarını müəyyən edən, hüquq və azadlıqları təmin edən mühüm sənəddir. Həmçinin, suverenlik məsələsi Azərbaycan üçün böyük önəm daşıyır. Ölkənin müstəqilliyi və ərazi bütövlüyü Konstitusiya ilə təmin edilən prinsiplərdən biridir.
Tərtər Rayon İcra Hakimiyyətinin dəstəyi, Türkiyə Respublikasının Gəncə şəhərindəki Baş Konsulluğu və Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) birgə təşkilatçılığı ilə şəhid, qazi və aztəminatlı ailələrdən olan 200 nəfər ibtidai sinif şagirdinə məktəbli ləvazimatları və çantalar hədiyyə olunub.
Bu günlərdə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov bir neçə idarə və müəssisə rəhbəri ilə birlikdə bizim Qaradağlı kəndində şəhid valideynləri və qazilərlə görüş keçirdi. Qələbəmizdən ötən 5 il ərzində biz doğmalaşmışıq. Ona görə ki, şəhid ailələrinə səmimi yanaşılır, qaldırılan problemlərə operativ reaksiya verilir. Şəhidlərimizin yadigarlarına qayğı göstərilir.
Qarşıdan 27 sentyabr – Anım Günü gəlir. Bu günlər biz şəhid valideynləri üçün olduqca ağır, eyni zamanda qürurvericidir. Qəlbimizdəki dərdi, kədəri heç nə əridə bilməz, ancaq qayğı hiss edəndə, diqqət görəndə əmin oluruq ki, indi bizim övladlarımız yalnız öz ailəmizin deyil, Vətənin, xalqın oğullarıdır.
İmzalanmış kapitulyasiya aktından sonra Azərbaycanın Qarabağ bölgəsində 10 mindən artıq Ermənistan silahlı qüvvələrinin birləşmələri və qeyri-qanuni erməni silahlı dəstələri mövcud idi.
Azərbaycan xalqı yeni inkişaf tarixinə qədəm qoyub – suverenliyimiz tam, ərazilərimiz bütöv, sərhədlərimiz isə toxunulmazdır
Yeni ismarıclar