MKS-in təşkilatçılığı ilə aprel hadisələri zamanı şəhid olmuş Nicat İsgəndərovun anım mərasimi keçirilib. Tədbir iştirakçıları əvvəlcə şəhidin ailə üzvləri ilə birlikdə onun məzarını ziyarət ediblər.
Tədbir mərkəzi kitabxanada davam etdirilib. Torpaqlarımızın bütövlüyü uğrunda canından keçənlərin hamısının ruhu bir dəqiqəlik sükutla yad olunub. Ətrabə Süleymanova 2016-cı ilin aprel ayında baş vermiş 4 günlük müharibənin əhəmiyyətindən danışıb. Bildirib ki, Tərtərin igid oğlu, hamımızın sevimlisi Nicat İsgəndərov kimi qəhrəmanların sayəsində aprel hadisələri Qarabağ savaşında dönüş nöqtəsinə çevrildi, torpaqlarımızın bir qismi işğaldan azad edildi.
Çıxış edənlərdən MKS-in direktoru Ulduzə Qurbanova, Gülbəniz Səmədova, baş kitabxanaçı Kifayət Cavadova, tarixdiyarşünaslıq muzeyinin direktor əvəzi Aybəniz Məmmədova, Reyhan İsmayılova, Almas Həsənova, Şəlalə Əliyeva, Kəmalə Abbaszadə Nicat İsgəndərovun qısa, lakin çox şərəfli və mənalı həyat yolundan danışdılar. Daha ətraflı »
-
09AprXəbərlər “VƏTƏN DEYİB CANINDAN KEÇƏNLƏRİM VAR MƏNİM” üçün şərhlər bağlıdır
Teqlər: Xəbərlər
-
09AprXəbərlər YENİ AVTOMOBİL YOLU üçün şərhlər bağlıdır
Rayonumuzda 21,5 kilometr uzunluğunda yeni avtomobil yolu inşa olunur. 7 minə yaxın əhalinin yaşadığı 6 yaşayış məntəqəsini birləşdirən Buruc-Hüləbətli-Xoruzlu-Kəbirli-Bayandurlu-Qaradağlı avtomobil yolu 2 hərəkət zolağı enində IV texniki dərəcəyə uyğun inşa edilir. 32 yerdə 384 poqonmetr uzunluğunda müxtəlif diametrli dəmir və dəmir-beton boruların tikintisi işləri aparılır. Yolun inşası ilə yolboyu yaşayan əhalinin rayon mərkəzinə və qonşu rayonlara rahat gediş-gəlişi təmin olunacaq.
“Yeni Tərtər”
Teqlər: Xəbərlər
-
09AprXəbərlər KÜÇƏLƏR ASFALTLANIR üçün şərhlər bağlıdır
Mehdi Hüseynzadə və Nəriman Nərimanov küçələrində asfaltlanma işləri aparılır.
Burada 10 nəfərdən çox işçi çalışır. Yola asfalt salınmasında 10-dan çox texnikanın gücündən istifadə olunur.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin 42 saylı Tərtər Yol İstismarı “MMC”-nin direktoru Ramil Bayramov bildirdi ki, şəhərimizin ərazisində indiyədək görülən bütün asfaltlanma işlərini kollektivimiz həyata keçirir. Bu iki küçənin asfaltlanması iş icraçısı Elxan Muradova və yol ustası Mircavad Seyidova həvalə olunub.Əvəz NƏSİROV
Teqlər: Xəbərlər
-
29MarXəbərlər “AÇIQ QAPI” GÜNÜ üçün şərhlər bağlıdır
Martın 20-də Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin göstərişinə və Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi tədbirlər planına uyğun olaraq rayonun ərazisində yerləşən hərbi hissələrdə Novruz bayramı münasibətilə “Açıq qapı” günü keçirilib.
“Açıq qapı” günündə rayon icra hakimiyyətinin nümayəndələri, əsgər valideynləri və doğmaları, müharibə veteranları, şəhid ailələri, təhsil, səhiyyə, mədəniyyət işçiləri, məktəblilər və rayon ictimaiyyətinin təmsilçiləri iştirak ediblər.
Nümayəndələr əvvəlcə hərbi hissələrdə əsgərlərin yaşayış, məişət şəraiti ilə tanış olub, xidməti və inzibati binalarda, əsgər yataqxanalarında, yeməkxanalarda olublar. Daha ətraflı » -
29MarXəbərlər YENİ QƏSƏBƏDƏ NOVRUZ üçün şərhlər bağlıdır
Tərtər Rayon İcra Hakimiyyəti tərəfindən 1170 məcburi köçkün ailəsi üçün Şıxarx qəsəbəsi ərazisində yeni istifadəyə verilmiş yaşayış kompleksində Novruz şənliyi keçirilib.
Tədbirdə çıxış edən Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov məcburi köçkünləri Növruz bayramı münasibətilə təbrik edərək, dövlətimizin başçısının daim diqqət mərkəzində olan bu insanların sosial şəraitinin yaxşılaşdırılması istiqamətində görülən işlərdən danışıb. Qeyd olunub ki, heç bir şəraiti olmayan ictimai binalarda məskunlaşmış məcburi köçkünlər artıq ən müasir mənzillərlə təmin olunub.
Sonra 2 saylı Şıxarx qəsəbə tam orta məktəbin direktoru Tofiq Hacıyev, Ağdərə şəhər İƏD üzrə nümayəndə Şura Əliyeva, “Tərtər Özünümüdafiə Batalyonu”nun sabiq komandiri Pənah Məmmədov, Həsənqaya kənd İƏD üzrə nümayəndə İlqar Qasımov məcburi köçkünlərə göstərilən dövlət qayğısından danışıblar.
Məcburi köçkünlər Novruz bayramı ərəfəsində onlara sevinc bəxş edən ölkə başçısı İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.“Yeni Tərtər”
Teqlər: Xəbərlər
-
29MarXəbərlər HƏRBİ HİSSƏLƏRDƏ BAHAR OVQATI üçün şərhlər bağlıdır
Novruz bayramı münasibətilə Tərtər Rayon İcra Hakimiyyəti Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi ilə birgə “N” saylı hərbi hissədə bayram tədbiri keçirib.
Tədbir iştirakçıları əvvəlcə torpaqlarımızın azadlığı uğrunda canından keçmiş şəhidlərin ruhunu bir dəqiqəlik sükutla yad edib, sonra əsgər və zabitlərlə birlikdə Azərbaycan Respublikasının himnini oxuyublar.
Bayram tədbirini giriş sözü ilə açan hərbi hissə komandiri belə görüşlərin əsgərlər üçün mənəvi dəstək olduğunu, onlarda ruh yüksəkliyi yaratdığını söyləyib.
Tərtər Rayon İcra Hakimiyyəti Başçısının İctimai-Siyasi və Humanitar Məsələlər Şöbəsinin müdir müavini Elvin Umudov, Gənclər və İdman Nazirliyinin Gənclərlə iş Sektorunun müdiri Əli Məmmədov xalqımızın əziz bayramı olan Novruz münasibətilə hərbçiləri təbrik ediblər. Daha ətraflı »Teqlər: Xəbərlər
-
29MarXəbərlər MARAQLI EKSKURSİYA üçün şərhlər bağlıdır
Azərbaycan Prezidenti İlham Əliyevin tövsiyəsinə əsasən “Ölkəmizi tanıyaq” devizi ilə keçirilən maarifləndirici tur-aksiyanın növbəti mərhələsi çərçivəsində Tərtər rayonunun məktəbliləri Qəbələ-Şəki-Zaqatala marşrutu üzrə yola salınıb.
Tərtər şəhərindəki Heydər Əliyev Mərkəzində tur-aksiya iştirakçıları ilə görüş keçirilib. Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov şagirdlərə xoş sözlər söyləyib və uğurlar arzulayıb.
Şagirdlər Heydər Əliyev Mərkəzində Ulu Öndərin həyat və fəaliyyətini əks etdirən eksponatlarla tanış olublar.
Məktəblilər üç gün ərzində Qəbələ, Şəki və Zaqatala rayonlarında çox maraqlı ekskursiyalarda olublar.
Məktəblilərin tur-aksiyadan qayıdışları da rayonumuzda təntənə ilə qeyd olunub.“Yeni Tərtər”
-
29MarXəbərlər “QƏHRƏMAN TƏRTƏRİM, İGİD VƏZİRİM” üçün şərhlər bağlıdır
Tərtər rayon Tarix-Diyarşünaslıq Muzeyində Azərbaycanın Milli Qəhrəmanı Vəzir Orucovun anım günü keçirilib. Tədbiri muzeyin direktor əvəzi Aybəniz Məmmədova açaraq iştirakçılara Vəzirin həyatı və döyüş yolu barədə geniş məlumat verib.
Sonra çıxışlar olub.
“Tərtər” batalyonunun keçmiş qərargah rəisi Pənah Məmmədov, Qarabağ Müharibəsi Əlilləri, Veteranları, Şəhid Ailələri İctimai Birliyinin sədri Suliddin Yusibov, Vəzirin bacısı Mehri müəllimə, döyüş dostu Nizami Heydərov, Qarabağ savaşında hər iki ayağından əlil olmuş Niyazi Qurbanov, Xoruzlu kənd tam orta məktəbinin direktoru Emin Mahmudov Vəzir Orucovun göstərdiyi şücaətlərdən danışıblar.
Sonda məktəblilərin hazırladığı kompozisiyaya baxılıb.“Yeni Tərtər”
-
29MarXəbərlər YENİ KÖRPƏLƏR EVİ-UŞAQ BAĞÇASI TİKİLİR üçün şərhlər bağlıdır
Tərtərin Elman Səfərov küçəsində ikimərtəbəli 100 yerlik körpələr–evi uşaq bağçasının tikintisinə başlanmışdır. Tikintidə qızğın iş gedir. Bu binanın bünövrəsində dəmir-beton işləri görülür. Hər gün tikintidə 14 nəfər usta-fəhlə çalışır.
Tikintinin sifarişçi təşkilatı Ərazilərin Bərpası və Yenidənqurulması üzrə Dövlət Agentliyi, podratçı təşkilat isə “Qarabağ–ER” MMC-dir. Bu layihənin rəhbəri həmyerlimiz, respublikanın “Əməkdar Mühəndisi” Vəli Albəndov, iş icraçısı Ziya Bağırovdur.
Burada hər kəs işə məsuliyyətlə yanaşır, keyfiyyəti diqqət mərkəzində saxlayır.“Yeni Tərtər”
Teqlər: Xəbərlər
-
14MarXəbərlər AZƏRBAYCAN JURNALİSTLƏRİNİN VII QURULTAYI üçün şərhlər bağlıdır
Martın 10-da Azərbaycan jurnalistlərinin VII qurultayı keçirilib.
Qurultayda Azərbaycan Mətbuat Şurası sədrinin və Nəzarət Təftiş Komissiyasının hesabatları dinlənilib, hesabatlar ətrafında müzakirələr aparılıb, Şuranın İdarə Heyətinin yeni tərkibi seçilib.
Qurultayda həmçinin Azərbaycan Mətbuat Şurasının İdarə heyətinin tərkibinin genişləndirilməsi məsələsi də müzakirə olunub və müvafiq qərar qəbul edilib.
Qurultayda Mətbuat Şurasına üzv 106 təşkilatdan 241 nümayəndə iştirak edib.
“Yeni Tərtər” qəzeti baş redaktorunun müavini Svetlana Bağırova da nümayəndə kimi qurultayda iştirak edib.“Yeni Tərtər”
Teqlər: Xəbərlər
Yeni ismarıclar