Azərbaycan reallıqlarını dünya mediasında işıqlandırılması məqsədi ilə ölkəmizdə səfərdə olan ABŞ-ın tanınmış “Bachelor show” verilişinin baş redaktoru Con Batçelorun, verilişin baş prodüseri Lee Masonun və Azərbaycan Respublikasının ABŞ-dakı səfiri Elin Süleymanov Tərtər rayonuna səfər ediblər.
Səfər çərçivəsində qonaqlar Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovla görüşüblər. İcra başçısı qonaqlara rayon haqqında ətraflı məlumat verib.
Qonaqlar səmimi qəbula və ətraflı məlumata görə rayon rəhbərinə öz minnətdarlıqlarını bildiriblər.
Sonra nümayəndələr rayon rəhbəri ilə birlikdə Şıxarx qəsəbəsində məcburi köçkünlər üçün inşa edilən 1176 ailəlik yeni yaşayış kompleksində yaradılan şəraitlə tanış olub, ermənilərin Qarabağa köçürülməsinin 150 illiyi münasibəti ilə Şıxarx qəsəbəsində ermənilərin özləri tərəfindən ucaldılmış “Marağa 150” abidəsinin qalıqlarına baxıblar. Rayonun ermənilərlə təmas xəttində yerləşən Qapanlı kəndinin sakinləri ilə görüşüb, “N” saylı hərbi hissədə olublar.
-
10Avq
Müəllif: Redaktor, 11:02
Teqlər: Xəbərlər