Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,760
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 20Noy
    Xəbərlər Müraciət həllini tapıb üçün şərhlər bağlıdır

    Yolumuz abadlaşıb

    İnsan həyatında yolun rolu böyükdür. Evindən çıxıb rahat küçə ilə istənilən ünvana gedirsənsə, əhval-ruhiyyən də buna uyğun olacaq. Yox, əgər yol narahat, palçıqlıdırsa, istər-istəməz əhvalın pozulur.
    Xeyli vaxt idi ki, küçəmizin sakinləri yol problemini yaşayırdılar. Rayon rəhbəri kəndimizdə səyyar qəbul-görüş keçirəndə, bununla bağlı müraciət etdim. Müraciət əsasında Tərtər Rayon İcra Hakimiyyəti başçısının göstərişi ilə küçəmizə şebel tökülərək yayılmışdır. İndi yağan yağışlar bizi qorxutmur. Küçəmiz rahatdır, həm piyadalar, həm də sürücülər çətinlik çəkmirlər.
    Müraciətimizin operativ həll edildiyi üçün küçəmizin sakinləri adından təşəkkürümü bildirirəm.

    İntiqam Sarıyev,
    Hacallı kənd sakini,
    3-cü dərəcəli Vətən müharibəsi əlili

  • 06Noy
    Xəbərlər Anar çətin, şərəfli bir yol keçmiş, özünü və əsgərlərini qisas gününə hazırlamışdı üçün şərhlər bağlıdır

    Sentyabrın 20-də xalqımız Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin Sərəncamı ilə təsis edilmiş Azərbaycanın Suverenliyi Gününü qeyd etdi. İndi isə Zəfər tariximizi bayram edirik.
    Dövlət başçısının dediyi kimi, biz bu günlərə addım-addım yaxınlaşırdıq. Hamının ümid dolu gözləri Ali Baş Komandana dikilmişdi. Prezident yürütdüyü xarici və daxili siyasətlə səbrlə, inamla bizləri qələbəyə doğru aparırdı. Gecə-gündüz döyüş hazırlığını artıran əsgər və zabit də, ölkənin iqtisadi, elmi potensialını yüksəldən sadə vətəndaşlar da inanırdılar ki, vaxt gələcək və bu xalq bir yumruq kimi birləşərək torpaqlarımızın azad edilməsi uğrunda mübarizəyə qalxacaq.
    Mənim övladım Anar Əliyev Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun Xüsusi Təyinatlı təcrübəli zabiti idi. Bu səviyyəyə çatmaq üçün o, böyük, çətin və şərəfli bir yol keçmişdi. Fitri istedadı, çalışqanlığı, qarşısına qoyduğu məqsədə çatmaq üçün göstərdiyi inadkarlığı sayəsində gənc yaşlarında bir neçə ömrə sığa bilməyəcək qədər işlərə imza atmışdı. Topladığı təcrübə əsasında kəşfiyyata aid kitab yazmaq istəyirdi. Anar özünü qisas gününə hazırlayırdı. Bu məqam yetişdikdə Naxçıvandaydı. Komandanlığa müraciət edərək könüllü olaraq döyüşlərə qatıldı. Onun keçdiyi döyüş yolu, göstərdiyi qəhrəmanlıqlar qürurumuz, gənc nəsil üçün isə örnəkdir. Daha ətraflı »

  • 06Noy
    Xəbərlər Qaldırılan məsələ müsbət həllini tapıb üçün şərhlər bağlıdır

    Yolayrıcında işıqforlar quraşdırılıb

    Tərtər-Hindarx avtomobil yolunun 5-ci kilometrində, Ələsgərli və Düyərli kəndlərinin yolayrıcında işıqfor olmadığına görə, vətəndaşlar piyada zolağı ilə yolu təhlükəsiz keçə bilmir və burada tez-tez avtomobil qəzaları baş verirdi.
    Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovun Düyərli və Ələsgərli kəndlərində keçirdiyi səyyar qəbul-görüşləri zamanı sakinlər bu məsələnin həllində köməklik göstərməsini rayon rəhbərindən xahiş ediblər.
    Bununla bağlı rayon icra hakimiyyətinin başçısı tərəfindən aidiyyəti dövlət qurumlarına rəsmi müraciət ünvanlanmış, problemin həlli ilə bağlı məsələ qaldırılmışdır.
    Hazırda problem həllini tapıb, yolayrıclarında işıqforlar quraşdırılıb.

    Məhəmməd ŞİRİNOV,
    Ələsgərli kəndinin sakini

  • 21Okt
    Xəbərlər “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində Bərdə-Ağdam magistral avtomobil yolunun kənarlarında ağacəkmə aksiyası keçirilib üçün şərhlər bağlıdır

    Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə 2024-cü ilin Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ilə əlaqədar Tərtər Rayon İcra Hakimiyyətinin təsdiq etdiyi Tədbirlər Planına uyğun olaraq Tərtər Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Bərdə-Ağdam avtomobil yolunun Azad Qaraqoyunlu kəndi ərazisindən keçən hissəsində ağacəkmə aksiyası keçirilib.

    Ekoloji davamlılıq, ətraf mühitin yaşıllaşdırılması və qorunması məqsədilə təşkil edilən ağacəkmə aksiyasında Tərtər Rayon İcra Hakimiyyətinin, 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin, İƏD üzrə nümayəndəliklərin, Tərtər Elektrik şəbəkəsinin və “DOST” MMC-nin işçiləri fəal iştirak ediblər.

    Həyata keçirilən aksiya zamanı ərazidə təmizlik işləri aparılıb, 400 ədəd eldar şamı əkilib, yeni əkilən ağaclar suvarılıb və aqrotexniki qaydada qulluq göstərilib.

    Aksiyanın keçirilməsində məqsəd ekoloji vəziyyətin sağlamlaşdırılması, cəmiyyətdə ekoloji mədəniyyəti və təbiətə qayğını təbliğ etmək ənənələrini davam etdirmək, ağac əkilməsini və yaşıllıqların çoxaldılmasını təşviq edərək ətraf mühitin qorunmasına töhfə verməkdən ibarətdir.

    Qeyd edək ki, 18-27 oktyabr tarixlərində Tərtər Rayon İcra Hakimiyyəti tərəfindən Bərdə-Ağdam magistral avtomobil yolunun kənarlarına ümumilikdə 11000 ədəd müxtəliv növ ağacların əkilməsi nəzərdə tutulmuşdur.

     

  • 21Okt
    Xəbərlər “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində Bərdə-Ağdam magistral avtomobil yol unun Poladlı kəndi ərazisində ağacəkmə aksiyası keçirilib üçün şərhlər bağlıdır

    Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə 2024-cü ilin Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ilə əlaqədar Tərtər Rayon İcra Hakimiyyətinin təsdiq etdiyi Tədbirlər Planına uyğun olaraq Tərtər Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Bərdə-Ağdam avtomobil yolunun Poladlı kəndi ərazisindən keçən hissəsində ağacəkmə aksiyası keçirilib.

    Ekoloji davamlılıq, ətraf mühitin yaşıllaşdırılması və qorunması məqsədilə təşkil edilən ağacəkmə aksiyasında Tərtər Rayon İcra Hakimiyyətinin, 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin, İƏD üzrə nümayəndəliklərin işçiləri fəal iştirak ediblər.

    Həyata keçirilən aksiya zamanı ərazidə təmizlik işləri aparılıb, 200 ədəd eldar şamı əkilib, yeni əkilən ağaclar suvarılıb və aqrotexniki qaydada qulluq göstərilib.

    Aksiyanın keçirilməsində məqsəd ekoloji vəziyyətin sağlamlaşdırılması, cəmiyyətdə ekoloji mədəniyyəti və təbiətə qayğını təbliğ etmək ənənələrini davam etdirmək, ağac əkilməsini və yaşıllıqların çoxaldılmasını təşviq edərək ətraf mühitin qorunmasına töhfə verməkdən ibarətdir.

    Qeyd edək ki, 18-27 oktyabr tarixlərində Tərtər Rayon İcra Hakimiyyəti tərəfindən Bərdə-Ağdam magistral avtomobil yolunun kənarlarına ümumilikdə 11000 ədəd müxtəliv növ ağacların əkilməsi nəzərdə tutulmuşdur.

     

  • 21Okt
    Xəbərlər “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində Bərdə-Ağdam magistral avtomobil yolunun Azad Qaraqoyunlu kəndi ərazisində ağacəkmə aksiyası keçirilib üçün şərhlər bağlıdır

    Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə 2024-cü ilin Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ilə əlaqədar Tərtər Rayon İcra Hakimiyyətinin təsdiq etdiyi Tədbirlər Planına uyğun olaraq Tərtər Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Bərdə-Ağdam avtomobil yolunun Azad Qaraqoyunlu kəndi ərazisindən keçən hissəsində ağacəkmə aksiyası keçirilib.

    Ekoloji davamlılıq, ətraf mühitin yaşıllaşdırılması və qorunması məqsədilə təşkil edilən ağacəkmə aksiyasında Tərtər Rayon İcra Hakimiyyətinin, 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin, İƏD üzrə nümayəndəliklərin işçiləri fəal iştirak ediblər.

    Həyata keçirilən aksiya zamanı ərazidə təmizlik işləri aparılıb, 400 ədəd eldar şamı əkilib, yeni əkilən ağaclar suvarılıb və aqrotexniki qaydada qulluq göstərilib.

    Aksiyanın keçirilməsində məqsəd ekoloji vəziyyətin sağlamlaşdırılması, cəmiyyətdə ekoloji mədəniyyəti və təbiətə qayğını təbliğ etmək ənənələrini davam etdirmək, ağac əkilməsini və yaşıllıqların çoxaldılmasını təşviq edərək ətraf mühitin qorunmasına töhfə verməkdən ibarətdir.

    Qeyd edək ki, 18-27 oktyabr tarixlərində Tərtər Rayon İcra Hakimiyyəti tərəfindən Bərdə-Ağdam magistral avtomobil yolunun kənarlarına ümumilikdə 11000 ədəd müxtəliv növ ağacların əkilməsi nəzərdə tutulmuşdur.

     

  • 21Okt
    Xəbərlər Tərtərdə 20 oktyabr – Azərbaycan energetiklərinin peşə bayramı günü qeyd olunub üçün şərhlər bağlıdır

    Əvvəlcə tədbir iştirakçıları Mərkəzi meydanda Ulu öndər Heydər Əliyevin abidəsi önünə gül-çiçək dəstələri düzüb, əziz xatirəsini ehtiramla yad ediblər.

    Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə hər il oktyabr ayının 20-si “Energetiklər günü” kimi qeyd edilir. Müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Ulu Öndər Heydər Əliyevin energetika sahəsindəki strategiyasını uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin daimi diqqəti və yorulmaz fəaliyyəti sayəsində ölkəmizin elektroenergetika sistemi daha da inkişaf etdirilərək beynəlxalq standartlara uyğun yenidən qurulur.

    Aparılan islahatların uğurlu nəticəsidir ki, bu gün Azərbaycan nəinki elektrik enerjisinə olan ölkə daxili tələbatını ödəyir, hətta regionda etibarlı elektrik enerjisi ixracatçısına çevrilmişdir. Bu uğurların əldə edilməsində “Azərişıq” ASC əməkdaşlarının da xüsusi xidmətləri vardır. Daha ətraflı »

  • 17Okt
    Xəbərlər Sabah Azərbaycanın Dövlət Müstəqilliyinin Bərpası Günüdür üçün şərhlər bağlıdır

    MÜSTƏQİLLİYİMİZİN SÜTUNLARI GETDİKCƏ MÖHKƏMLƏNİR

    1991-ci il oktyabrın 18-də Ali Sovet “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitsuya Aktını qəbul edib.
    2021-ci ilin oktaybrın 15-də Milli Məclis Azərbaycan Respub-likasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə “Müstəqillik Günü haqqında” yeni qanun təsdiqlədi ki, bu qanuna əsasən, mayın 28-i Müstəqillik Günü, oktyabrın 18-i isə Müstəqilliyin Bərpası Günü elan edildi.
    Azərbaycanın müstəqil dövlət olaraq dünya dövlətləri arasında möhkəmləndirilməsi və böyük nü-fuz qazanması məhz Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Belə ki, bir tərəfdən Ermənistanın ərazilərimizə işğalçı hücumları, ərazi iddiaları, digər tərəfdən daxildə gedən siyasi çəkişmələr, vətəndaş qarşıdurması müstəqilliyimizin itirilməsinə gətirib çıxarırdı. Belə bir çətin zamanda Azərbaycan xalqının təkidi ilə 1993-cü ildə Heydər Əliyev hakimiyyətə gəldi. Ulu Ön-dərin hakimiyyətə gəlməsindən sonra müstəqilliyimizi qoruyub saxlamaq və inkişaf etdirmək mümkün oldu. Qısa zaman ərzində Ulu Daha ətraflı »

  • 17Okt
    Xəbərlər Şəhid atası Halay Nəcəfov 85 illik yubileyi münasibəti ilə ziyarət edilib üçün şərhlər bağlıdır

    Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov Buruc kəndində Birinci Qarabağ Müharibəsi şəhidi Nəcəfov Mübariz Halay oğlunun atası Halay Nəcəfovu 85 illik yubileyi münasibəti ilə doğum gü-nündə yaşadığı ünvanda ziyarət edərək, onu təbrik edib, ailənin qayğıları ilə maraqlanıb. İcra başçısı şəhid atasına rayon icra hakimiyyəti tərəfindən təşəkkürnamə və gül dəstəsi təqdim edib.
    Ziyarət zamanı rayon rəhbəri ölkə Prezidenti cənab İlham Əliyevin şəhid ailələrinə göstərdiyi diqqət və qayğıdan bəhs edib. Vurğulayıb ki, torpaq-larımızın hər bir qarışının işğaldan azad edilməsi üçün canından keçən şəhidlərimizin ailə üzvlərinə diqqət və qayğı göstərmək, hər zaman onların yanında olmaq, qayğıları ilə maraqlanmaq hər kəsin mənəvi borcudur.
    Şəhid Mübariz Nəcəfov 1974-cü il iyun ayının 8-də Tərtər rayonunun Buruc kəndində anadan olmuşdur. Orta təhsilini həmin kənd tam orta məktəbində almışdır. 1993-cı ildə hərbi tapşırığı yerinə yetirərkən Ağdərə-Çıldıran istiqmətində şəhid olmuşdur.
    Tərtər rayonunun Buruc kənd qəbiristanlığında dəfn edilib.

     

  • 15Okt
    Xəbərlər Rusiya-Azərbaycan münasibətləri gələcəkdə ardıcıl inkişaf edəcək üçün şərhlər bağlıdır

    Prezident İlham Əliyev cari ilin 8 oktyabr tarixində Moskvada Müstəqil Dövlətlər Birliyi (MDB) Dövlət Başçıları Şurasının iclasında çıxış edib. Dövlət başçısı bildirib ki, Rusiya Federasiyası Prezidentinin Azərbaycana bu yaxınlardakı dövlət səfəri Rusiya-Azərbaycan münasibətlərinin müttəfiqlik xarakterini bir daha təsdiq etdi. Əldə olunmuş razılaşmaların həyata keçirilməsi gələcəkdə münasibətlərimizin ardıcıl inkişafı işinə xidmət edəcək.

    Diqqətə çatdırılıb ki, MDB Humanitar Əməkdaşlıq Şurasının qərarına əsasən, Azərbaycanın Şərqi Zəngəzur bölgəsinin Laçın şəhəri 2025-ci ildə MDB-nin mədəniyyət paytaxtı elan edilib. Laçının MDB-nin mədəniyyət paytaxtı elan edilməsi həm laçınlılar, həm də bütün Azərbaycan xalqı tərəfindən böyük minnətdarlıqla qarşılanıb.

    Laçın Azərbaycanın 30 ilə yaxın müddətdə Ermənistanın işğalı altında olmuş şəhərlərindən biridir və demək olar ki, tamamilə dağıdılmışdı. Bu gün Laçın artıq bərpa olunub. Burada yeni həyat başlayıb, keçmiş məcburi köçkünlər qayıdıblar. Daha ətraflı »