Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,566
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 31Yan

    Xoş əhval -ruhiyyə ilə

    Tərtər-Ağdərə-Goranboy Seçki Dairəsi üzrə 50 seçki məntəqəsində seçicilər xoş əhval-ruhiyyə ilə bələdiyyə seçkilərinə qatılmışdılar.
    Bu da təbiidir. Çünki insanların builki seçkilərdən gözləntiləri böyükdür. Xüsusən də yerli özünüidarəetmənin təkmilləşdirilməsi, əhaliyə göstərilən xidmətlərin yüksəldilməsi və vətəndaş məmnunluğunun artırılması kimi mühüm vəzifələrin yerinə yetirilməsində yeni seçilən bələdiyyələr əvvəlki illərdəkindən daha fəal olmalıdırlar.
    5 saylı seçki məntəqəsinə gələn şəhər sakini Bəxtilə Əliyeva bununla bağlı öz fikirlərini söylədi:
    –Həyatımız daim yenilənir. Hər bir sahədə müasir tələblərə cavab verən islahatlar həyata keçirilir. İndiki bələdiyyə seçkiləri də bu məqsədi daşıyır. Yəni iri, bir neçə kəndi əhatə edən bələdiyyələrin imkanları da çox olacaq və bunlar sakinlərin etimadını doğrulda biləcəklər. Mən məntəqəyə ailə üzvlərimlə birlikdə gəlmişəm. Burada şəhər sakinlərinin fəallığını görürəm. Məntəqədə işlər şəffaf qurulub, hər kəs sərbəst şəkildə istədiyi namizədlərə səs verir.
    Səsverməyə nəzarət edən müşahidəçilər burada heç bir qanun pozuntusu olmadığını bildirdilər.

    “YENİ TƏRTƏR”

    Müəllif: Redaktor, 10:18

İsmarıclar bağlıdır.