97 saylı Tərtər-Ağdərə-Goranboy seçki dairəsi üzrə 50 seçki məntəqəsi fəaliy-yət göstərir. 3 seçki məntəqəsi isə qapalıdır.
Artıq 43,5 min seçici olan dairə üzrə siyahılar dəqiqləşdirilib və əhalinin tanış olması üçün müvafiq yerlərə asılıb.
Dairə üzrə 8 bələdiyyəyə üzv seçiləcək. 94 yer uğrunda 185 namizəd mübarizə aparacaq. Qeydə alınan namizədlərdən 94 nəfəri YAP, 1 nəfəri Ağ Partiya üzvü, 90 nəfəri isə tərəfsizdir.
Dairənin seçki məntəqələrində lazım olan hazırlıq işləri tam başa çatdırılıb. 9 seçki məntəqəsində VEB kameraların quraşdırılması nəzərdə tutulub. Bundan əlavə, seçkiləri müşahidə etmək üçün 551 nəfər müşahidəçi qeydə alınıb.
Hazırda qeydə alınmış namizədlərin təbliğat-təşviqat kampaniyası aparılır. Bu məqsədlə seçicilərlə görüş üçün müvafiq yerlər müəyyən olunub. Bələdiyyə seçkiləri ilə əlaqədar seçicilərlə görüşlərin keçirilməsi və seçkiqabağı təşviqat işlərinin aparılması ilə bağlı rayonun yaşayış məntəqələrində müəyyənləşdirilmiş açıq və qapalı yerlərin siyahısı və ünvanı yerli rayon qəzetində dərc olunub.
Lazım QULİYEV,
“Azərbaycan”