22Apr
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov Milli Məclisin deputatı Anar Məmmədov və YAP rayon təşkilatının sədri Eldar Əsədovla birlikdə rayonun Qaradağlı kəndində evi yanmış şəhid ailəsi Sevda İsmayılovanın ailəsində olub, ailənin qayğıları ilə maraqlanıblar.
Sevda İsmayılova Birinci Qarabağ müharibəsi şəhidi Vəli Abbasovun həyat yoldaşıdır. Şəhid Vəli Abbasov 7 noyabr 1961-ci ildə Tərtər rayonunun Qaradağlı kəndində anadan olub. 1992-ci ildə könüllü olaraq Azərbaycan Milli Ordusu sıralarına daxil olub. 1992-ci il aprel ayının 10-da Ağdərə rayonunun Şıxarx qəsəbəsi uğrunda gedən döyüşlərdə şəhid olub.
Ailəli idi. Tapdıq və Rafiq adlı iki oğlu var. Qaradağlı kənd qəbiristanlığında dəfn edilib.
Qeyd edək ki, evləri yandığı üçün rayon icra hakimiyyəti tərəfindən şəhid ailəsinə 650 ədəd mişar daşı, 20 kisə sement, 6 kub şebel, 6 kub qum və 500 manat maddi yardım verilmişdir. Fərdi yaşayış evi PAŞA Sığorta şirkəti tərəfindən sığorta olunduğu üçün vətəndaşa dəymiş ziyanı qarşılamaq üçün müvafiq köməklik olunacaq.
22Apr
Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam edir. Aprelin 11-də respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət növbəti köç karvanı Tərtərdən Ağdərənin Həsənriz kəndinə yola salınıb.
Həsənriz kəndinə bu mərhələdə 20 ailə – 72 nəfər köçürülür. Doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər.
22Apr
Evoğlu kənd sakinlərinin müraciəti əsasında Evoğlu-Kətəlparaq avtomobil yolunun kənarlarına vətəndaşlar tərəfindən tökülən məişət tullantıları təmizlənib.
Bu iş Rayon İcra Hakimiyyəti başçısının tapşırığına uyğun olaraq Evoğlu kənd İƏD üzrə nümayəndəlik və Azad Qaraqoyunlu Bələdiyyəsi tərəfindən xüsusi texni-kalar vasitəsi görülüb.
Bu günlərdə Təley arxının Tərtər şəhəri ərazisindən keçən hissəsi lildən və kol-kosdan təmizlənib.
Bu iş müraciət əsasında rayon icra hakimiyyəti başçısının tapşırığına uyğun olaraq Tərtərçay Hidroqovşağı İstismarı İdarəsinin maşın-mexanizmləri tərəfindən görülüb.
11Apr
2025-ci ildə Tərtər şəhərində şəhidlərin adını daşıyan 9 küçənin əsaslı təmiri, digər 3 küçədə isə səkilərin salınması işlərinin görülməsi nəzərdə tutulub.
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni və “Vətən uğrunda” medalı ilə təltif olunmuş şəhid Kənan Ağayevin adını daşıyan küçədə aparılan əsaslı təmir işləri ilə yerində tanış olub, aidiyyəti şəxslərə öz tövsiyə və tapşırıqlarını verib.
Təmir aparılan küçədə istinad divarları hörülüb hündürləşdirilir, qəzalı vəziyyətdə olan divarlar sökülüb yenisi ilə əvəz olunur, divarlar aqlay və bəzək daşları ilə üzlənir. Kommunikasiya, işıq, telefon xətləri səliqəyə salınır, ağaclar budanır, təmizlik işləri aparılır.
11Apr

Kəndlərimizdə işlərin qızğın çağıdır. İnsanlar pay torpaqlarında, həyət-bacada həvəslə çalışaraq, cari ildə mümkün qədər çox məhsul götürmək istəyirlər.
Əlbəttə, bu iş-gücün arasında üzləşdikləri problem, onları narahat edən məsələlər də olur. Əvvəllər belə hallarda kənd sakinləri xeyli vaxt itirərək, şəhərə gəlirdilər.
Rayon rəhbərinin kəndlərdə mütəmadi keçirdiyi səyyar qəbul-görüşlər bu cür vaxt itkilərinin qarşısını alır, həm də problemin yerindəcə araşdırılaraq operativ həllinə kömək edir.
Bu günlərdə Mamırlı kəndində keçirilən səyyar qəbul-görüş zamanı kənd sakini Kamil İsmayılov su-varma kanalında yerləşən suburaxıcı qurğunun təmir olunmasına köməklik göstərilməsini xahiş etmişdir. Müraciət əsasında rayon icra hakimiyyəti başçısının göstərişi ilə Tərtərçay Hidroqovşağı İstismarı İdarəsi tərəfindən suburaxıcı qurğu təmir olunaraq sakinlərin istifadəsinə verilmişdir. Daha ətraflı »
11Apr
Bu günlərdə Tərtər şəhəri ərazisində və Bayraq Meydanında iməcilik keçirilib.
İməcilikdə Tərtər Şəhər Kommunal Təsərrüfatı İdarəsinin və DOST İş Mərkəzinin işçiləri fəal iştirak ediblər.
Aksiya çərçivəsində şəhər ərazisində və Bayraq Meydanında olan alaq otları biçilərək təmizlənib, ağaclarda mövsümi budama işləri aparılıb, ağaclar və gül kolları suvarılıb, ərazidə olan məişət tullantıları toplanaraq götürülüb.
Sakinlər deyirlər ki, şəhərimiz gözəlləşdikcə, insanların ruhu dincəlir. Lakin unutmaq olmaz ki, bu işdə tərtərlilər özləri də böyük məsuliyyət daşıyırlar. Yəni zibili hara gəldi tullamaq, şəhərimizin səliqə-səhmanına laqeyd olmaq bizə yaraşmır.
“Yeni Tərtər”
31Mar

Tərtər rayonunda aparılan genişmiqyaslı abadlıq–quruculuq işləri çərçivəsində binaların, küçələrin, yolların, səkilərin, həyətlərin, parkların, sakinlərin ümumi istifadəsində olan yerlərin yenidənqurulması, əsaslı təmiri işləri aparılır.
Tərtər Rayon İcra Hakimiyyətinin başçısının keçirdiyi səyyar qəbullar zamanı sakinlər tərəfindən qaldırılan məsələlərin həlli istiqamətində işlər davam etdirilir. Belə ki, vətəndaşların müraciətlərinə əsasən Tərtər Rayon İcra Hakiiyyəti tərəfindən şəhər ərazisində yerləşən Heydər Əliyev adına parkda istismar müddəti başa çatmış oturacaqlar yeniləri ilə əvəz olunub. Eyni zamanda parkda ağaclar mövsümə uyğun olaraq budanıb, yaşıllıq zolağı qaydaya salınıb.
Sakinlər şəhərdə aparılan abadlıq-quruculuq işlərinə, müraciətinin tez bir zamanda həll olunduğuna görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını
31Mar
“Konstitusiya və Suverenlik İli” ilə bağlı Tərtər rayon İcra Hakimiyyətinin Tədbirlər Planına uyğun olaraq Azərbaycan Respublikasının dövlət suverenliyinin və ərazi bütövlüyünün bərpası uğrunda şəhid olmuş şəxslərin ailələrinin və qazilərin sosial qayğılarının öyrənilməsi və həlli istiqamətində tədbirlərin davam etdirilməsi məqsədilə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov YAP Tərtər Rayon Təşkilatının sədri Eldar Əsədovla birlikdə birinci Qarabağ müharibəsi şəhidi Nuruyev Rafiq Əli oğlunun anası Bəsirə Nuriyevanı ziyarət edib, ailənin qayğıları və problemləri ilə maraqlanıb.
Qeyd edək ki, Şəhid Nuriyev Rafiq Əli oğlu 1969-cu il may ayının 26-da Tərtər şəhərində anadan olub. Tərtər şəhər 6 nömrəli orta məktəbdə təhsilini başa vurduqdan sonra 1987-ci ildə Sovet Ordusu sıralarına hərbi xidmətə gedib. 1989-cu ildə hərbi xidmətdən qayıdaraq Bakıda Səttarxan adına zavodda işləməyə başlayıb. Qarabağ hadisələri başlanan vaxtdan erməni işğalçılarının torpaqlarımızda törətdikləri vəhşiliklərə dözməyərək düşmənə qarşı döyüşmək əzmi ilə 1991-ci ilin noyabr ayında könüllü olaraq milli Ordu sıralarına yazılıb. İlk Azərbaycan batalyonunun tərkibində Kərkicahan və Malıbəyli kəndlərinin müdafiəsi uğrunda döyüşlərdə iştirak edib. 1992-ci il yanvar ayının 26-da Daşaltı əməliyyatında şəhid olub. Subay idi.
Şəhid anası şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse prezident Mehriban xanım Əliyevaya öz minnətdarlığını bildirib.
18Mar
Region liqasının II turu çərçivəsində Tərtər FK qalib olub

Azərbaycan Region Liqasının II turunun oyunları çərçivəsində Tərtər FK-sı qələbə qazanıb.
Şimal-Qərb və Qərb zonası qrupunda keçirilən qarşılaşmada Tərtər FK-sı rəqibi Zaqatalanın “Xocalı” FK-nı 5:2 hesabı ilə məğlub edib.
Tərtər FK-sı növbəti turda mart ayının 29-da Bərdə Şəhər Stadionunda Bərdə FK-sı ilə qarşılaşacaq.
Tərtər Olimpiya İdman Kompleksində keçirilən oyunu izləyən Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov oyundan sonra idmançılarla görüşüb, onların qayğıları ilə maraqlanıb, ölkəmizdə idmana göstərilən dövlət qayğısından danışıb.
Yeni ismarıclar