Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,691
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 11Apr

    YAXIN GƏLMƏZ

    (Təcnis)

    Bəlkə doğru sözdü, var əl çirkidi,
    Saflardan gen gedər, yaxına gəlməz.
    Əsilsiz kəslərdən gələn xeyir də,
    Gəlsə yada gələr, yaxına gəlməz.
    Adam var incikdi, bivecdi ya da,
    Tərkivətən olub sığınar yada.
    Bir yol el-obanı gətirməz yada,
    Doğmalar ha yana, yaxına, gəlməz.
     

    Bir adam tək gəzə, ayrı dolana,
    Qorxar dilə düşə, lağa dolana.
    Vücudu şübhəylə, xofla dolana
    Yüz kərə desən gəl yaxına, gəlməz.

     

    Giley torbasını Talıb, gözələ,
    Doyarmı, öyrənsə əgər göz ələ.
    Kasıb komasında solan gözələ,
    Varlıdan bir üzük, ya xına gəlməz.
                                                            Talıb MƏMMƏDLİ

    Müəllif: Redaktor, 08:51

İsmarıclar bağlıdır.