Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyyələrinə uyğun olaraq mütəmadi surətdə Tərtər Rayon İcra Hakimyyəti başçısı tərəfindən həm rayon icra hakimiyyətində, həm də yerlərdə vətəndaş qəbulları keçirilir. Keçirilən qəbullarda vətəndaşları narahat edən məsələlər yerində öyrənilir və onların rastlaşdıqları problemlər həll olunaraq, vətəndaş məmnunluğu təmin olunur.
Tərtər Rayon İcra Hakimiyyəti başçısının növbəti qəbulunda Rəcəbli kənd sakinləri müraciət edərək Rəcəbli və Kovdadıq kəndlərini birləşdirən yolda suötürücü borunun yararsız vəziyyətə düşməsi səbəbindən su arxının daşaraq avtomobillərin hərəkətinə maneə törətdiyi üçün həmin borunun yenisilə əvəz olunmasını xahiş ediblər.
Müraciət əsasında rayon icra hakimiyyəti başçısının tapşırığına uyğun olaraq Tərtər Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin əməkdaşları tərəfindən yararsız vəziyyətdə olan boru çıxarılaraq yenisilə əvəz olunub.
Kənd sakinləri müraciətlərinin tez bir zamanda həll olunduğuna görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.



Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov Qərbi Azərbaycan əsilli şəxslərin, habelə əvvəlki dövrlərdə köçürülmüş ailələrin nümayəndələrinin müəyyən edilməsi, onların adlı siyahılarının dəqiq tərtib olunması, eyni zamanda Ermənistan SSR tərəfindən həmin şəxslərə və ailə üzvlərinə verilmiş sənədlərin surətlərinin toplanması işinin təşkili ilə əlaqədar yaradılmış işçi qrupunun üzvləri ilə görüş keçirib.
Tərtər rayonundan olan Vətən müharibəsi şəhidi Elşən Məmmədovun qardaşı Zamin Məmmədovun toy mərasimi keçirilib. Toy şənliyində ailə üzvləri ilə bərabər Tərtər Rayon İcra Hakimiyyətinin Başçısı Müstəqim Məmmədov, Tərtər rayon məhkəməsinin sədri Tahir Qubadov, hüquq mühafizə orqanlarının əməkdaşları, Tərtər Cümə məscidinin imamı Sadiq Cəfərov, şəhid ailələri, Vətən müharibəsi qaziləri, veteranları iştirak ediblər.
Hər bir yaşayış məntəqəsi haqqında ilk təsəvvür onun girişindən, yolundan yaranır. Ona görə də deyirlər ki, yol mədəniyyətdir, giriş qapısı isə həmin yerin vizit kartıdır.
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov İsmayılbəyli kəndində şəhid Elşən Əlizadənin ailəsində olub, anası Sahibə Əliyevanı 60 illik yubileyi münasibəti ilə təbrik edib, ona gül dəstəsi və rayon icra hakimiyyətinin təşəkkürnaməsini təqdim edib.
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovun növbəti səyyar qəbul-görüşü Kəngərli kənd İƏD üzrə nümayəndəliyin Kəngərli kəndində keçirilib.
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov Milli Məclisin deputatı Anar Məmmədov və YAP rayon təşkilatının sədri Eldar Əsədovla birlikdə rayonun Qaradağlı kəndində evi yanmış şəhid ailəsi Sevda İsmayılovanın ailəsində olub, ailənin qayğıları ilə maraqlanıblar.
Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam edir. Aprelin 11-də respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət növbəti köç karvanı Tərtərdən Ağdərənin Həsənriz kəndinə yola salınıb.
Yeni ismarıclar