Görülmüş işlərə nəzər salınıb, mövcud problemlərin həlli üçün tədbirlər görülüb

Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovun növbəti səyyar qəbul-görüşü rayonun Bala Kəngərli kəndində keçirilib.
Qəbulda hüquq-mühafizə orqanlarının rəhbərləri, YAP rayon təşkilatının və ağsaqqallar şurasının sədrləri, səhiyyə, təhsil, mədəniyyət, digər xidmət təşkilatlarının rəhbərləri, ərazi icra nümayəndələri, bələdiyyə sədrləri və kənd sakinləri iştirak ediblər.
Əvvəlcə rayon rəhbəri yaşayış məntəqələrində keçirilən səyyar-qəbul görüşlər haqqında məlumat verib. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin diqqət və qayğısı altında respublikamızda, eləcə də bölgələrdə aparılan tikinti-quruculuq-abadlıq işlərindən, əhalinin sosial durumunun yaxşılaşdırılması üçün həyata keçirilən geniş həcmli layihələrdən, Vətən müharibəsində qazanılan Zəfərdən, müharibə dövründə rayonun infrastrukturuna dəymiş ziyandan, şəhid və qazi ailələrinə dövlət tərəfindən göstərilən dəstəkdən danışıb.
İcra başçısı kəndin sosial-iqtisadi inkişafı, əhalisi, onların məşğuliyyəti, görülən işlər barədə də məlumat verib.
Bildirilib ki, Bala Kəngərli kəndinin 460 hektar ərazisi, 142 təsərrüfatı, 651 nəfər əhalisi, 274 hektar pay torpağı var. Ərazidə 1 ümumi orta məktəb, 2 ticarət obyekti, 1 çörək bişirmə müəssisəsi fəaliyyət göstərir. Kənd sakinləri əkinçilik və maldarlıqla məşğul olurlar. Kənd daimi işıq, qaz və içməli su ilə təmin olunub. Daha ətraflı »


Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov 80 şagird yerlik Bala Kəngərli ümumi orta məktəbində mövcud şəraitlə yaxından tanış olub, məktəbin pedaqoji və şagird kollektivi ilə görüşüb, onların qayğıları ilə maraqlanıb.
Ağacəkmə aksiyası Tərtər rayonunun Şıxarx qəsəbəsində şəhidlərin xatirəsinə salınmış “Vətən Bağı”nda keçirilib.
Sarıcalı kənd tam orta məktəbində Zəfər Günü münasibətilə tədbir keçirildi. Tədbirdə Azərbaycanın himni səsləndirildi, şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edildi. Sonra məktəbin direktoru Vəsilə Mehdiyeva Azərbaycan Ordusunun Şanlı Zəfərindən, əsgər və zabitlərimizin misilsiz hünərindən, Ali Baş Komandanın “dəmir yumruq”lu bir sərkərdə olmasından danış-dı və nəticədə tariximizin unu-dulmaz gününün əldə olunma-sını söylədi.
Noyabrın 20-də xalqımız qürur hissi ilə Ağdamın işğaldan azad olunduğu günü qeyd edir.
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovun növbəti səyyar qəbul-görüşü rayonun Qapanlı kəndində keçirilib.
Noyabrın 15-də Tərtər rayon Seydimli kənd tam orta məktəbinin 10-cu və 11-ci sinif şagirdləri arasında “Narkomaniya-Əsrin bəlası” və “Erkən nikaha yox deyək!” mövzusunda maarifləndirici tədbir keçirilib.
Tərtər Rayon İcra Hakimiyyətinin akt zalında rayon rəhbəri Müstəqim Məmmədovun sədrliyi ilə növbəti Aparat müşavirəsi keçirilib.
Ağacəkmə aksiyası Tərtər rayonunun Şıxarx qəsəbəsində şəhidlərin xatirəsinə salınmış “Vətən Bağı”nda keçirilib.





Yeni ismarıclar