Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,523
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 19Noy

    Noyabrın 15-də Tərtər rayon Seydimli kənd tam orta məktəbinin 10-cu və 11-ci sinif şagirdləri arasında “Narkomaniya-Əsrin bəlası” və “Erkən nikaha yox deyək!”  mövzusunda maarifləndirici tədbir keçirilib.

    Tədbirdə Tərtər Rayon İcra Hakimiyyəti Başçısı Aparatında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul katibi Rəvan Həsənov, şöbənin məsləhətçi psixoloqu Pərişan Orucova, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Rəqsanə Quliyeva, rayon Mərkəzi Xəstəxanasının həkimi Lütüfə Bağırova, rayon Təhsil şöbəsinin əməkdaşı Gülxar Abbasova və məktəbin direktoru Nurəddin İbrahimov iştirak ediblər.

    Tədbirdə çıxış edənlər erkən nikahın gənclərə, ailələrə, bütövlükdə cəmiyyətə vurduğu zərərlər, bu sosial problemin aradan qaldırılması yolları haqqında danışılaraq bildiriblər ki, erkən nikah hallarına zəmin yaradan əsas səbəblərdən birincisi təhsildən yayınmaqdır. Valideynlərin maddi imkansızlıq bəhanəsi ilə övladlarını məktəbdən uzaqlaşdırılması son nəticədə erkən nikaha yol açır. Bunun qarşısının alınması üçün ardıcıl maarifləndirmə tədbirlərinin aparılması zəruridir.

    Qeyd edilib ki, uşaq hüquqlarının müdafiəsi, ailələrin rifah halının yaxşılaşdırılması, erkən nikahın qarşısının alınması hər zaman dövlətimizin qarşısında duran prioritet məsələ olub.

    Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

     

    Müəllif: Redaktor, 09:00

İsmarıclar bağlıdır.