Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,523
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 10Okt
    Xəbərlər MÜƏLLİM İŞLƏYƏN ŞƏHİD VALİDEYNLƏRİ ZİYARƏT OLUNUB üçün şərhlər bağlıdır

    Tərtər Rayon İcra Hakimiyyətinin Başçısı Müstəqim Məmmədov 5 oktyabr–Beynəlxalq Müəllimlər Günü münasibəti ilə müəllim işləyən şəhid valideynləri–Vətən Müharibəsi Qəhrəmanı şəhid Anar Əliyevin atası Vaqif Əliyevi və anası Səkinə Əliyevanı telefonla zəng edərək təbrik edib, şəhid Qubad Hacıyevin atası Cəmil Hacıyevi, şəhid Rəşad Mirzəlinin anası Afidə Mirzəyevanı, şəhid Pərviz Orucovun anası Dilruba Orucovanı isə evlərinə gedərək peşə bayramlarını təbrik edib, onlara gənclərin təlim-tərbiyəsində müvəffəqiyyətlər arzulayıb.
    Qeyd edib ki, müəllim us-taddır, öyrədəndir. Hər birimizdə müəllimin bir zərrəsi var. “Mən dünyada müəllimdən şərəfli ad tanımıram”, – deyən Ümummilli Lider Heydər Əliyev müəllimin əməyini həmişə yüksək qiymətləndirib, təhsil işçilərinin maddi rifah halının yaxşılaşdırılmasının həmişə qayğısına qalıb. Bu gün bu qayğı ölkə rəhbəri və Birinci vitse-prezident tərəfindən davam etdirilir. Rayon rəhbəri Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təhsilə, müəllimlərin sosial durumunun yaxşılaşdırılmasına, məktəblərin maddi-texniki bazasının gücləndirilməsinə göstərdikləri diqqət və qayğını dilə gətirib. Bildirib ki, təhsildə əldə olunan yeniliklər Azərbaycan elminin dünyaya inteqrasiya sürətini artırıb. Daha ətraflı »

  • 10Okt
    Xəbərlər Şəhidlərin adları verilən küçələrdə əsaslı təmir işləri aparılır üçün şərhlər bağlıdır

    Vətən uğrunda, torpaqlarımızın ərazi bütövlüyü uğrunda şəhid olmuş həmyerlilərimizin adları verilmiş I Qarabağ müharibəsi şəhidləri–Süleyman Məmmədov, Şakir Həsənov, Mübariz Kərimov, Vasif Hüseynov, Vətən müharibəsi şəhidləri–3-cü dərəcəli “Rəşadət” ordenli Qəmbər Qəmbərli, Azər Şəmilov və 3-cü dərəcəli “ Vətənə Xidmətə” görə ordenli Sənan Məmmədli, “Azərbaycan Bayrağı” ordenli Ruslan Şahbazov küçələrində əsaslı təmir işləri aparılır, küçələr müasir standartlara uyğun olaraq yenidən qurulur. Küçələrin istinad divarları hündürləşdirilir, aqlay və qaya daşları ilə üzlənir. Telekommunikasiya və işıq, qaz xətləri səliqəyə salınır, ağaclar budanir, təmizlik, abadlıq işləri aparılır. Hazırda şəhid adı daşıyan küçələrə asfalt salınmasına hazırlıq işləri görülür.

  • 10Okt
    Xəbərlər “Vətən bağın”da yeni ağaclar əkilib üçün şərhlər bağlıdır

    Şəhidlərimizin “Anım günün”də Şıxarx qəsəbəsində yol kənarına və şəhidlərin xatirəsinə salınmış “Vətən bağın”da ağacəkmə aksiyası keçirilib.
    Bu işdə rayon rəhbəri Müstəqim Məmmədov və Milli Məclisin deputatı Sahib Alıyevlə birlikdə şəhidlərin ailə üzvləri, qazilər, müharibə iştirakçıları, ictimaiyyət nümayəndələri iştirak ediblər.
    Həmçinin bu tədbir çərçivəsində ağac əkilən ərazilərdə təmizlik işləri aparılıb, qurumuş ağaclar yeniləri ilə əvəz olunub, əlavə olaraq müxtəlif növ ağaclar əkilərək suvarılıb.
    “Vətən bağı” salındığı müddət ərzində buradakı ağaclar xeyli böyüyüb, bağ gözəlləşib. Şəhid valideynləri vaxtaşırı bura gələrək ağaclara qulluq edirlər.

    “Yeni Tərtər”

  • 10Okt
    Xəbərlər Rayonumuzun 5 məktəbində Türk Kızılay Cəmiyyəti tərəfindən quraşdırılan uşaq meydançası istifadəyə verilib üçün şərhlər bağlıdır

    Türkiyənin Azərbaycandakı səfiri Cahid Bağçı Türkiyənin Gəncə şəhərindəki Baş Kon-sulu Zeki Öztürk, Türk Kızılay Gennel Sekreteri Yusuf Ramazan Sayğılı və Azərbaycan Qızıl Aypara Cəmiyyətinin icraçı katibi Ceyhun Mirzəyevlə birlikdə Tərtər rayonuna səfər ediblər. Səfərin məqsədi rayonun Dəmirçilər, Cəmilli, Seydimli, Qazyan və Evoğlu kənd tam orta məktəblərində Türk Kızılay Cəmiyyəti tərəfindən uşaqlar üçün tikilən oyun meydançalarının açılışında iştirak etmək olub. Tədbirə Qarabağ Regional Təhsil İdarəsinin müdiri Gündüz Əbilov, KİV nümayəndələri, şəhid və qazi ailələri, Evoğlu kənd tam orta məktəbin pedaqoji kollektivi, şagirdlər və ictimaiyyət nümayəndələri qatılıblar.
    Tədbir iştirakçıları əvvəlcə Evoğlu kəndində torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin xatirəsinə ucaldılmış abidənin önünə gül-çiçək dəstələri düzüblər.
    Sonra rayonun Evoğlu kənd tam orta məktəbində inşa edilmiş oyun meydançasının açılışı olub. Tədbirdə çıxış edən Türk Kızılay Gennel Sekreteri Yusuf Ramazan Sayğılı, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin icraçı katibi Ceyhun Mirzəyev Türkiyə-Azərbaycan dostluğundan danışıb, Türkiyənin həmişə Azərbaycanın yanında olduğunu bildiriblər.
    Türkiyənin Azərbaycandakı səfiri Cahid Bağçı Azərbayca-nın Ümummilli Lideri Heydər Əliyevin “İki dövlət, tək millət” sözlərini və Mustafa Kamal Atatürkün “Azərbaycanın qədəri qədərimiz, sevinci sevincimizdir” sözlərini dilə gətirib, iki qardaş dövlət arasında hər zaman sıx dostluq əlaqələrinin olduğunu bildirib. Daha ətraflı »

  • 10Okt
    Xəbərlər Hər bir ailə internetdən istifadə edəcək üçün şərhlər bağlıdır

    Müasir həyatımızı internetsiz təsəvvür etmək mümkün deyil. Bu gün hətta məktəbli uşaqlar da dərs hazırlayarkən internetdən istifadə edirlər. Çoxları nəğdsiz alış-verişə keçib.
    Bir sözlə, keyfiyyətli müasir texnologiyalara indi hər bir evdə ehtiyac duyulur.
    Azəronlayn şirkətinin sifarişi ilə Azrabitə Servis MMC cari ilin may ayından başlayaraq, şəhərimizdə köhnə kabellərin yeni fiber optik kabellərlə əvəzləşdirilməsi işini həyata keçirir. Birinci layihə çərçivəsində bu iş Tərtər şəhərində, növbəti mərhələlərdə isə rayonumuzun kəndlərində aparılacaq. Nəticədə internetin səviyyəsi yüksələcək və ən başlıcası isə, müasir texnologiyalar hər bir ailə üçün əlçatan olacaq.
    Hal-hazırda küçələrdə dirəklər basdırılır, fiber optik kabellər çəkilir. Şəhərimizin özündə işlərin 80 faizi başa çatıb.
    İş icraçısı İlham Hüseynov redaksiyamızda olarkən bildirdi ki, Tərtər şəhərinin müasir internet kabelləri ilə təmin edilməsi məqsədilə görülən tədbirlərin oktyabr ayında başa çatdırılması nəzərdə tutulub.
    Növbəti layihənin icrasına isə ilk olaraq Yuxarı Sarıcalı kəndindən başlayacaqlar.

    “Yeni Tərtər”

     

  • 10Okt
    Xəbərlər Avtomobil yollarının kənarları iməcilik yolu ilə təmizlənib üçün şərhlər bağlıdır

    Rayonumuzda avtomobil yollarının kənarlarında iməcilik keçirilib. İməcilikdə kommunal təsərrüfat idarəsinin işçiləri ilə birgə kənd sakinləri də iştirak ediblər. Onlar Tərtər-Bərdə, Tərtər-Hindarx, Tərtər-Gəncə avtomobil yollarının kənarlarını tullantılardan, alaq otlarından təmizləyib, yolkənarı yaşıllıq zolaqlarını səliqəyə salıblar.
    İməcilik iştirakçıları hər kəsi yaşadıqları ərazini təmiz saxlamağa, yaşıllıq zolaqlarında əkilmiş ağacları qırmamağa, onlara qayğı göstərməyə, ekologiyanı korlamamağa çağıraraq nümunə göstəriblər.
    Qeyd olunub ki, bu cür iməciliklər vaxtaşırı olaraq sakinlərin öz təşəbbüsü ilə keçirilməlidir. Bu zaman bir neçə il ərzində böyümüş ağaclar qurumaz.
    Unutmayaq ki, ətrafımızdakı yaşıllıq və təmizlik udduğumuz havanın təmizliyinə təsir göstərir, həyatımızı sağlam, ömrümüzü uzun edir.

    “Yeni Tərtər”

  • 07Okt
    Xəbərlər Tərtərdə İcra başçısının sədrliyi ilə növbəti Aparat müşavirəsi keçirilib üçün şərhlər bağlıdır

    Tərtər rayon İcra Hakimiyyətinin akt zalında icra başçısı Müstəqim Məmmədovun sədrliyi ilə növbəti Aparat müşavirəsi keçirilib.

    Aparatın məsul əməkdaşlarının, idarə, müəssə, təşkilat rəhbərlərinin, ərazi icra nümayəndələrinin və bələdiyyə sədrlərinin iştirak etdiyi müşavirədə öncə torpaqlarımızın ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

    Müşavirədə  əsasən şəhid ailələri və qazilərin problem və sosial qayğılarına həssaslıqla yanaşılması, onların problemlərinin operativ həlli istiqamətində müvafiq tədbirlərin görülməsi, Vətən müharibəsi şəhidlərinin ailələrinin və əlilliyi təsdiq edilmiş qazilərin sosial rifahının yaxşılaşdırılması üçün bələdiyyələr tərəfindən şəhid və qazi ailələrinin 1 hektar torpaq sahəsi ilə təmin edilməsi,  icra nümayəndəliklərində təsərrüfatbaşına kitabların Elektron sistemə işlənilməsinin nəticələri və çatışmazlıqların aradan qaldırılması, son tamamlama işlərinin aparılması, pambıq toplanışı, rayon ərazisində dövlət atributlarının düzgün yerləşdirilməsi qaydalarına riayət olunması, rayonun yaşayış məntəqələrində təmizlik və səliqə-sahman işlərinin aparılması, rayon mərkəzində telekommunikasiya xətlərinin səliqəyə salınması, vətəndaş müraciətlərinə mövcud qanunvericiliyin tələblərinə uyğun baxılması, yerlərdə qəbullar zamanı vətəndaş-məmur münasibətlərində vətəndaş məmnunluğunun təmin edilməsi və digər məsələlərlə bağlı müzakirələr olub.

    Müzakirə olunan məsələlər ilə bağlı rayon rəhbəri tərəfindən aidiyyəti idarə, təşkilat rəhbərlərinə, inzibati ərazi dairəsi üzrə nümayəndələrə və bələdiyyə sədrlərinə müvafiq tapşırıq və tövsiyyələr verilib.

     

  • 07Okt
    Xəbərlər Şəhidlərin adı verilən küçələrdə əsaslı təmir işləri aparılır üçün şərhlər bağlıdır

    Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov şəhid adı verilən küçələrdə təmir işləri ilə yerində tanış olub, müvafiq tapşırıq və tövsiyələrini verib.

    Vətən uğrunda, torpaqlarımızın ərazi bütövlüyü uğrunda şəhid olmuş həmyerlilərimizin adları verilmiş, I Qarabağ müharibəsi şəhidləri Süleyman Məmmədov, Şakir Həsənov, Mübariz Kərimov, Vasif Hüseynov, Vətən müharibəsi şəhidləri- 3-cü dərəcəli “Rəşadət” ordenli Qəmbər Qəmbərli, Azər Şəmilov və 3-cü dərəcəli “ Vətənə Xidmətə” görə ordenli Sənan Məmmədli, “Azərbaycan Bayrağı” ordenli Ruslan Şahbazov küçələrində əsaslı təmir işləri aparılır, küçələr müasir standartlara uyğun olaraq yenidən qurulur. Küçənin istinad divarları hündürləşdirilir, aqlay və qaya daşları ilə üzlənir. Telekommunikasiya və işıq, qaz xətləri səliqəyə salınır, ağaclar budanir, təmizlik, abadlıq işləri aparılır. Hazırda şəhid adı daşıyan küçələrə asfalt salınmasına hazırlıq işləri görülür.

    Sakinlər görülən işlərdən razılıq edir, onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildirirlər.

     

  • 07Okt
    Xəbərlər İcra başçısının növbəti səyyar qəbul-görüşü Rəcəbli kəndində keçirilib üçün şərhlər bağlıdır

    Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovun rayonun Sarov kənd İƏD üzrə nümayəndəliyinin Rəcəbli kəndində növbəti səyyar qəbul-görüşü keçirilib.

    Qəbulda hüquq-mühafizə orqanlarının, səhiyyə, təhsil, mədəniyyət, digər xidmət təşkilatlarının rəhbərləri, YAP rayon təşkilatının sədri, ərazi icra nümayəndələri, bələdiyyə sədrləri və kənd sakinləri iştirak ediblər. Öncə tədbir iştirakçıları kənddə şəhidlərin xatirəsinə ucaldılmış abidənin önünə gül-çiçək dəstələri düzüb, xatirələrini ehtiramla anıblar.

    Rayon icra hakimiyyətinin başçısı sentyabr ayının 12-13-də Ermənistan Silahlı qüvvələrinin Azərbaycanın Kəlbəcər, Laçın, Daşkəsən və Zəngilan rayonları istiqamətində törətdiyi genişmiqyaslı təxribatdan danışıb, Azərbaycan Ordusunun düşmənə layiqli cavab verdiyini bildirib, şəhid olan hərbiçilərimizin ailələrinə dərin hüznlə başsağlığı verib, Ulu Tanrıdan onlara rəhmət diləyib.

    Sonra rayon rəhbəri yaşayış məntəqələrində keçirilən səyyar-qəbul görüşlər haqqında məlumat verib. Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin diqqət və qayğısı altında respublikamızda, eləcə də bölgələrdə aparılan tikinti-quruculuq-abadlıq işlərindən, əhalinin sosial durumunun yaxşılaşdırılması üçün həyata keçirilən geniş həcmli layihələrdən, Vətən müharibəsində qazanılan Zəfərdən, müharibə dövründə rayonun infrastrukturuna dəymiş ziyandan,  şəhid və qazi ailələrinə dövlət tərəfindən göstərilən dəstəkdən danışıb. Daha ətraflı »

  • 30Sen
    Xəbərlər 44 GÜN. QÜRURLA ANIRIQ! üçün şərhlər bağlıdır

    TƏRTƏRDƏ 27 SENTYABR–ANIM GÜNÜ QEYD EDİLİB

     

     

     

     

     

    Tərtər rayonunda “Şəhidlər” abidə kompleksinin qarşısında 27 sentyabr–Anım Gününə həsr olunmuş tədbir keçirilib.
    Tədbirdə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, Milli Məclisin deputatı Sahib Alıyev, hüquq-mühafizə orqanlarının rəhbərləri, YAP rayon təşkilatının, Ağsaqqallar Şurasının sədrləri, şəhid ailələrinin üzvləri, qazilər, müharibə iştirakçıları, rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
    Əvvəlcə ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda edən əsgər və zabitlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, ruhlarına dualar oxunub.
    Sonra Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov çıxış edərək bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli Sərəncamına əsasən Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq sentyabrın 27-si Azərbaycanda Anım Günü elan olunub.
    Sentyabrın 27-də ölkəmizin bütün şəhər və rayonlarında, o cümlədən mənfur düşmən tərəfindən ən çox atəşə tutulan Tərtər rayonunda da anım mərasimləri keçirilib, qəhrəman Vətən övladlarının ruhuna dualar oxunub.
    Rayon rəhbəri anım tədbirində 44 günlük Vətən müharibəsində Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan Ordusunun əsgər və zabitlərinin göstərdiyi qəhrəmanlıqlardan danışıb. Bildirib ki, 2020-ci il sentyabrın 27-si Azərbaycan tarixinə Vətən müharibəsinin başlanması kimi həkk olunub. Ermənilərin 30 ilə yaxın işğal altında saxladıqları torpaqlarımız şəhidlərimizin qanı bahasına azad edilib. Uzun illər mif olaraq təqdim edilən erməni sədləri elə ilk gündə ordumuz tərəfindən darmadağın olunub. Ordumuz bütün cəbhə boyu irəliləyib və düşmən Azərbaycan əsgərinin qarşısında diz çöküb. 44 günlük döyüşlərdə bir çox yaşayış yerlərini atəşə tutan ermənilər sakinlərimizi qorxutmağa çalışsa da, buna nail ola bilməyib. Darmadağın olan düşmən ordumuz qarşısında tab gətirməyərək kapitulyasiya aktına imza atıb. Daha ətraflı »