Bu günlərdə rayon icra hakimiyyətinin təşkilatçılığı ilə şəhərin Heydər Əliyev prospektində ilk ağacəkmə aksiyası keçirilib. Aksiyadan öncə prospektdə abadlıq işləri aparılıb, telekommunikasiya xətləri qaydaya salınıb, gecə işıqlandırılması lampaları yenisi ilə əvəz olunub.
Tərtərlilər Ümummilli Liderin adını daşıyan prospektdə ilkin olaraq 100 ədəd şam ağacı, eyni zamanda Heydər Əliyev prospektində, Şıxəli Qurbanov küçəsində və Sabir parkında 5 min ədəd həmişəyaşıl təkgöz kolu əkiblər.
Aksiyada iştirak edən Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov ”Heydər Əliyev ili” çərçivəsində keçirilən ağacəkmə aksiyasının ekoloji tarazlığın qorunmasında mühüm rol oynadığını, Ulu Öndərin Azərbaycanın – doğma Vətənimizin hər qarışına verdiyi dəyərin unudulmadığını, daim yaşayacağını təbliğ etdiyini bildirib.
“Yeni Tərtər”