Tərtər rayonundan Türkiyənin zəlzələdən zərər çəkmiş bölgələrinə göndərilən humanitar yardım Gəncə şəhərində yerləşən Türkiyə konsulluğuna təhvil verilib.
Yardımı çatdıran “Vətən Müharibəsi Qəhrəmanı” şəhid, Anar Əliyevin atası Vaqif Əliyev, ”Vətən Müharibəsi Qəhrəmanı” qazi Azər Abdullazadə və “Azərbaycan Bayrağı” ordenli Elnur Salahov, Vətən müharibəsi veteranı Xəyyam Hüseynov konsulluqda qəbul ediliblər. Onlar xatirə kitabına öz ürək sözlərini yazıblar. Azərbaycan xalqının Türkiyə ilə Ulu Öndərin dediyi kimi “bir millət, iki dövlət” olduğunu, həmişə yaxşı gündə də, çətin məqamlarda da Türkiyənin yanında olduqlarını bildiriblər.
Tərtərli nümayəndələr zəlzələdə halak olan türk qardaş və bacılarımıza rəhmət, yaralılara tezliklə öz sağlamlıq-larına qovuşmağı diləyiblər.
* * *
Bu günlərdə Tərtər Rayon İcra Hakimiyyəti tərəfindən insanların müvəqqəti yaşaması üçün hər çür şəraiti olan 4 ədəd müasir modul tipli ev birbaşa qardaş Türkiyəyə göndərilib.