Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,523
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 29Fev
    Ədəbiyyat DƏRİYƏ NECƏ QAYĞI GÖSTƏRMƏLİ? üçün şərhlər bağlıdır

     

    deriyə qulluqDəri baxımında onlarla kimyəvi maddələrdən istifadəyə son qoyun. Təbiətdə bizlər üçün bu qədər yararlı bitkilər və meyvələr var ikən seçiminiz təbiətdən yana olsun. Bitki yağları və bu təbii tərkibləri ilk dəfə istifadə edirsinizsə allergiya riskinə qarşı bədəninizin kiçik bir hissəsində test edin.
    –Saçlarınızı hər gün yumaq məsləhət deyil. İmkan verin saçınız öz yağı ilə bəslənsin.
    –Saçlarınız kimi üz dərinizin də öz yağı ilə bəslənməyə ehtiyacı vardır. Tətil günlərinizdə makiyajdan istifadə etməyin.
    –Qəhvə əzməsindən üzünüzə maska kimi istifadə edə bilərsiz. 2-3 istifadədən sonra dərinizin necə canlandığını və parlaqlaşdığını görəcəksiniz. Bitki yağları dəriniz üçün tam bir möcüzə qaynağıdır. Daha ətraflı »

    Teqlər:

  • 29Fev
    Ədəbiyyat YADDAŞI ARTIRMAĞIN YOLLARI üçün şərhlər bağlıdır

    yaddaşYaş, stres, qayğılar yaddaşın da pozulmasına yol açan səbəblərdən biridir. Amma bunun qar-şısını almaq üçün asan vasitələr var.
    İspanaq-B qrupu vitaminlər və fol turşusu, E vitamini ilə zəngindir. Beyin hüceyrələrini sərbəst radikallardan qoruyur.
    Balıq – Omega 3 beyin funksiyalarının işləməsində önəmli rola sahibdir. Qoz və kətan toxumu da yaxşı Omega-3 qaynağıdır.Depresiya, qavrama problemi, diqqət əksikliyi yaradır.
    Qara şokolad – beyin reflekslərini fəallaşdırır. Qara şokolad güclü antioksidantdır. Diqqət toplamaq və konsantrasiyanı artırır.
    Böyürtkən, çiyələk  beyini sərbəst radikallardan qoruyur. Qırmızı üzüm, kivi, portağal və alma  beynin funksiyalarını gücləndirir. Daha ətraflı »

    Teqlər:

  • 29Fev
    Ədəbiyyat AFORİZMLƏR üçün şərhlər bağlıdır

    sokratHətta iblis də öz cəhənnəmində nəzakətli və sözəbaxan mələklərin olmasını istəyərdi.
    V. Qjeqorçik.
    Bədənin – ömür boyunca gəzdirdiyin yükdür. O nə qədər ağırdısa, səfərin də bir o qədər qısa olur.
    A. Qlazqou.
    Puldan daha vacib şeylər var, amma pulsuz onları ala bilməzsən.
    P. Merime.
    Dərd çəkmək – avaralanmağın bir növüdür.
    S. Conson.
    Göstərişlə edilən xeyirxahlıq – xeyirxahlıq deyil.
    İvan Turqenev.
    Xeyirxahlıq etmək xeyirxah olmaqdan J. Volfram. Daha ətraflı »

    Teqlər:

  • 29Fev
    Ədəbiyyat ATALAR SÖZLƏRİ üçün şərhlər bağlıdır

    atalar sözüAğıl yaşda olmaz, başda olar.
    Ağıllı baş hər şeydən mənfəət götürər.
    Ağıllı qəm yeyər, ağılsız qamçı.
    Ağıllı fikir edincə, dəli Kürdən keçər.
    Bacarıq ağılın nişanəsidir.
    Ağıl çox – pul yox, ağıl yox – pul çox.
    Ağıllı olan bir dəfə aldanar.
    Ağır otur, batman gəl.
    Adam var ki, adamların naxşıdır,
    Adam var ki, dindirməsən yaxşıdır.

    Səhifəni hazırladı: Türkan

    Teqlər:

  • 29Fev
    Ədəbiyyat, İdman LƏTİFƏLƏR üçün şərhlər bağlıdır

    lətifəBir əsgər əsgərlikdə sevgilisinə o qədər məktub yollayır ki, axırda qız poçtalyonla evlənir..)
    ***
    Qız – Əzizim, şəklini mənə göndərərsən?
    Oğlan – Caaaaaan, ürəyim, darıxmısan?
    Qız -Yox canım, qəzetdən Öküz şəkli
    tapmışam, aranızdakı 7 fərqi axtaracam.
    Qız: Bəs sənin çoxlu pulun, maşının,
    villan varıydı. Nə oldu bəs?
    Mamed: İmkan verdinmi ki, deyim
    zarafat eliyirəm Daha ətraflı »

    Teqlər:

  • 29Fev
    Ədəbiyyat MARAQLI FAKTLAR üçün şərhlər bağlıdır

    maraqlı faktNeftin cəmi 1 damlası 25 litr içməli suyu yararsız hala salır.
    Las-Veqasın kazinolarında bir dənə də olsun saat yoxdur.
    Tarif – Aralıq dənizində yerləşən adadır və bura ilk yer idi ki, limanda dayanacağa görə pul almırdılar.
    Xeops ehramının plitələri arasından ülgüc də keçirtmək mümkün deyil.
    Qırmızı dodaq boyası çəkən qadınlar hamıdan çox gülürlər.
    Dünyada ən bahalı hobbi bağçılıq hesab olunur.
    İnsanın dilində əks olunan izlər barmaq izi qədər təkrarolunmazdır.

    Teqlər:

  • 29Fev
    Ədəbiyyat DAHİLƏRİN HƏYATINDAN üçün şərhlər bağlıdır

    dahilərin həyatındanA. Amper – fransız fiziki və riyaziyatçısı. Amper heç vaxt məktəbdə oxumayıb, evdə təhsil alıb.Amperin on dörd yaşı olanda əsas bilik mənbəyi “ Ensiklopediya”nın iyirmı cildini oxuyub qurtarıb.
    A. Eynşteyn uşaqlıqda heç də istedadlı olmayıb, 9 yaşında səlist danışa bilməyib. I0 yaşından sonra Eynşteynnin intelekti və xasiyyəti formalaşmağa başlayıb.
    Qiymətləri 3-4 olub.
    İkinci il ali məktəbə daxil olub, birtəhər institut bitirib, işsiz qalıb. Əvvəllər çox maddi çətinlik çəkən alim Allahın varlığına inanırdı, dindar idi.. Şəxsiyyətə pərəstişi sevirdi. 76 Yaşında alim vəfat edib.

    Teqlər:

  • 24Fev
    Ədəbiyyat Poeziyanın sehri üçün şərhlər bağlıdır

    MƏMMƏD ARAZ

    1444817108_memmed_araz1DÜNYA DÜZƏLMİR

    Böyük Mirzə Cəlilə

    Ömür də tükənir, söz də tükənir,
    Başımın altından yastıq da qaçır.
    Əllərdir uçuran əllər tikəni,
    Çölümdən yaz qaçır, yazlıq da qaçır,
    Dünya düzəlmir ki, düzəlmir, baba!
    *** Daha ətraflı »

    Teqlər:

  • 24Fev
    Ədəbiyyat DÜNYA SƏNİN, DÜNYA MƏNİM… üçün şərhlər bağlıdır

    Bir taleyin oyununda cütlənmiş zərik,
    Yüz il qoşa atılsaq da, qoşa düşmərik.
    Bir zərrənin idşığına milyonlar şərik,
    Dünya sənin , Dünya mənim, Dünya heç kimin…
    ***
    Çövrəsindən çıxsa əgər sevda fırfıran,
    Bir ümidin ətəyindən tutub da fırlan.
    Eşidirsən, pıçıldayır yıxılan, duran: Daha ətraflı »

    Teqlər:

  • 24Fev
    Ədəbiyyat AZƏRBAYCAN üçün şərhlər bağlıdır

    Azərbaycan – qayalarda bitən bir çiçək,
    Azərbaycan – çiçəklərin içində qaya.
    Mənim könlüm bu torpağı vəsf eyləyərək,
    Azərbaycan dünyasından baxar dünyaya.
    ***
    Azərbaycan – mayəsi nur , qayəsi nur ki,
    Hər daşından alov dilli ox ola bilər.
    Azərbaycan deyiləndə ayağa dur ki,
    Fizulinin ürəyinə toxuna bilər.
    *** Daha ətraflı »

    Teqlər: