Ağıl yaşda olmaz, başda olar.
Ağıllı baş hər şeydən mənfəət götürər.
Ağıllı qəm yeyər, ağılsız qamçı.
Ağıllı fikir edincə, dəli Kürdən keçər.
Bacarıq ağılın nişanəsidir.
Ağıl çox – pul yox, ağıl yox – pul çox.
Ağıllı olan bir dəfə aldanar.
Ağır otur, batman gəl.
Adam var ki, adamların naxşıdır,
Adam var ki, dindirməsən yaxşıdır.
Səhifəni hazırladı: Türkan