Bir taleyin oyununda cütlənmiş zərik,
Yüz il qoşa atılsaq da, qoşa düşmərik.
Bir zərrənin idşığına milyonlar şərik,
Dünya sənin , Dünya mənim, Dünya heç kimin…
***
Çövrəsindən çıxsa əgər sevda fırfıran,
Bir ümidin ətəyindən tutub da fırlan.
Eşidirsən, pıçıldayır yıxılan, duran:
Dünya sənin, Dünya mənim, Dünya heç kimin … ***
Bu get-gəllər bazarına dəvədi dünya,
Bu ömür-gün naxışına həvədi dünya,
Əbədiyə qah-qah çəkər əbədi dünya,
Dünya sənin, Dünya mənim, Dünya heç kimin…
-
24Fev
Müəllif: Redaktor, 13:12
Teqlər: Ədəbiyyat