18Avq
Peşəkar rabitəçi
Qarabağ müharibəsində ömrünün çiçəklənən vaxtı– 24 yaşında şəhidlik zirvəsinə ucalan gənclərimizdən biri də Şakir Bayram oğlu Nemətovdur. Şakir 1968-ci ildə rayonumuzun Ağkənd kəndində anadan olub. Orta təhsilini Dəmirçilər kənd tam orta məktəbində alıb. Onu tanıyan həmyaşıdları yaxşı oxumasını, dərslərinə daim hazırlıqlı gəlməsini indi də xatırlayırlar. Daha ətraflı »
Teqlər: Digər
18Avq
Daim xalqın arzu və istəyinə uyğun islahatlar aparan Ulu Öndər Heydər Əliyev təbliğat və təşviqat vasitəsi olan müstəqil mətbuatın inkişafına xüsusi diqqət yetirmiş, kütləvi informasiya vasitələrini xalqın tribunası kimi yüksək dəyərləndirmişdir. Buna görə də istər xarici ölkələrə səfərlərində, istərsə də ən mötəbər məclislərdə jurnalistlərlə birgə olmağı çox sevər, ölkədə baş verən hadisələrlə bağlı müsahibələrində və mətbuat konfranslarında obyektivliyi, rəvan nitqi ilə fərqlənərdi. Daha ətraflı »
Teqlər: Digər
18Avq
Azərbaycan tarixinə qara hərf-lərlə yazılan günlərdən biri də 31 avqust 1991–ci ildir. Məhz bu tarixdə rayon ərazisi Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilib. Daha ətraflı »
Teqlər: Digər
18Avq
Füzuli rayonu — Azərbaycan Respublikasında inzibati ərazi vahidi. 23 avqust 1993-cü ildən ərazinin bir hissəi Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilib.
Füzuli Qarabağ dağ silsiləsinin cənub şərq ətəklərindən Araz çayına qədər maili düzənlik sahələri əhatə edir. O, Cəbrayıl, Xocavənd, Ağcabədi, Beyləqan rayonları və Araz çayı boyunca İranla həmsərhəddir. Daha ətraflı »
Teqlər: Digər
18Avq
Cəbrayıl sakini–Məmmədov Arif Qaraş oğlu ilə üz-üzə oturmuşam. Arif kişi verəcəyim sualları gözləmədən Cəbrayıldan elə ürək yanğısı ilə danışır ki, adamı heyrətə salır. Deyir ki, mən özüm kənd təsərrüfatı texnikumunu bitirmişəm. Biz Cəbrayıl rayonunun Əfəndilər kəndində yaşayırdıq. Bu kənd rayon mərkəzinə çox yaxın olduğuna görə, mən rayonda tarixdiyarşünaslıq muzeyində, həyat yoldaşım Ziyafət isə rayon mərkəzi xəstəxanasında işləyirdi. Kənddə yaxşı şəraitimiz vardı. Müasir tipli yaşayış evimizdə ki, öz yerində. Daha ətraflı »
Teqlər: Digər
18Avq
Cəbrayıl rayonu — Azərbaycan Respublikasında inzibati – ərazi vahidi. İnzibati mərkəzi Cəbrayıl şəhəridir.
Cəbrayıl rayonu 8 avqust 1930-cu ildə təşkil edilmişdir. 4 yanvar 1963-cü ildə ləğv edilərək Füzuli rayonuna verilmiş, 17 iyun 1964-cü ildə yenidən yaradılmışdır. 23 avqust 1993-cü il tarixdə rayon Ermənistan ordusu və himayədarları tərəfindən işğal edilmişdir. İşğal nəticəsində rayona 13.928 milyard ABŞ dolları məbləğində ziyan dəyib. Daha ətraflı »
Teqlər: Digər
18Avq
“Yeni Tərtər” qəzetinin bir ailəni xatırladan 12 nəfərdən ibarət mehriban kollektivi var. Kollektivin üzvlərinin hər biri öz xasiyyəti, işə qarşı məsuliyyəti ilə fərqlənir. Bir nəfər isə redaksiyada bütün işlərə buyrulur. Özü də könlündə olsa buyrulduğu işlərin hamısını yarıdır. Bu insan fotomüxbir Kənan Hüseynzadədir. Daha ətraflı »
Teqlər: Digər
18Avq
Oxuduğum illərdən başladı “Yeni Tərtər”lə əlaqələrim. BDU-nun jurnalistika fakültəsində oxuyurdum. Ara-sıra redaksiyaya yazılar göndərirdim. Daha ətraflı »
Teqlər: Digər
18Avq
Hörmətli Tofiq müəllim!
Sizi və rəhbərlik etdiyiniz kollektivi ölkəmizin paytaxtında yaşayan tərtərli ziyalılar adından əlamətdar ildönümü Tərtər rayon qəzetinin “Yeni Tərtər” adi ilə çıxmasının 10 illiyi münasibəti ilə ürəkdən təbrik edir, hər birinizə cansağlığı, fədakar işinizdə uğurlar arzulayırıq. Daha ətraflı »
Teqlər: Digər
18Avq
10 yaşın mübarək!
1934-cü ildən “ Kolxozçuların varlanması ” uğrunda adı altında nəşrə başlayan Tərtər rayon qəzeti sonralar bir neçə dəfə müxtəlif adlarla –“ Qızıl bayraq “ Tərtər “ və “ Yeni Tərtər ” başlığı altında nəşr olunub. Qəzetimizin 80 illik yubleyi ötən il–2014-cü ildə geniş qeyd olundu.
Yaxşı yadımdadı. 1998-ci ilin oktyabr ayında (o zaman qəzetin redaktoru rəhmətlik Hilal Bayramov idi ) əmək haqlarımızı alandan sonra bildirildi ki, abunə yazılmadığına görə qəzet bu gündən qeyri müəyyən bir vaxta kimi bağlandı. Bu dayanma 2005-ci ilin avqust ayınadək, yəni 7 il davam etdi. Daha ətraflı »
Teqlər: Digər
Yeni ismarıclar