Azərbaycan tarixinə qara hərf-lərlə yazılan günlərdən biri də 31 avqust 1991–ci ildir. Məhz bu tarixdə rayon ərazisi Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilib.
Qubadlı rayonu 14 mart 1933–cü ildə yaradılmışdı. Inzibati bölgüsünə 1 şəhər, 93 kənd, 31 inzibati ərazi dairəsi aiddir. Ərazisində 115 iri və orta müəssisə, 11 məktəbəqədər uşaq müəssisəsi, 56 ümumtəhsil məktəbi, 1 texniki peşə məktəbi, 4 xəstəxana və tibb müəssisəsi, 111 mədəniyyət ocağı vardır. Qubadlı rayonu ilə Bakı arasında olan məsafə 403 kilometrdir.
Qubadlı rayonu Şimaldan Laçın, cənubdan Zəngilan, Şərqdən Xocavənd və Cəbrayıl rayonları, qərbdən Ermənistanla həmsərhəddir. Bazarçay (Bərgüşad) Həkəri, Kiçik Həkəri, Meydan dərəsi çayları və çoxlu bulaqlar rayonun əsas su mənbəyidir.
Azərbaycanın ayrı-ayrı ərazilərinə səpələnmiş qubadlılılar doğma yerlərinə qayıdacaqları günü səbirsizliklə gözləyirlər.
“Yeni Tərtər”