11Dek
AZƏRBAYCANIN İQTİSADİ GÜCÜ ARTDIQCA, VƏTƏNDAŞLARIN RİFAHI YÜKSƏLİR
Doğma yerlərə qayıtmaq həsrəti
Qaçqın və məcburi köçkünlərin cəmiyyətimizə inteqrasiyası üçün əlimizdən gələni etdik. Bu gün onlar ölkəmizin inkişafında çox vacib rol oynayırlar.
lham Əliyev, Azərbaycan Respublikasının Prezidenti Daha ətraflı »
Teqlər: Digər
28Noy
Biz Tərtər Rayon Məhkəməsinin hakimi Həsən Qəniyevin bəzi əməllərindən yazmışdıq. Lakin müvafiq qurumların heç biri buna əhəmiyyət vermədi. Yəni mətbuatın səsini nə Həsən Qəniyev, nə də tədbir görmək səlahiyyəti olan adamlar veclərinə almadılar, hakimə “gözün üstə qaşın var” deyən olmadı. Cəzasızlıq mühitində isə cinayətkarlıq baş alıb gedər. Daha ətraflı »
Teqlər: Digər
28Noy
(VƏ YA “BİZƏ RAYON QƏZETİ LAZIM DEYİL”)
“Bala Kirpi” əməkdaşlarımızdan birini də yanına alıb üz tutdu bəzi bələdiyyələrə. Birinci gəlib çıxdılar Sarıcalı-Düyərli Bələdiyyəsinə, sonra getdilər Qaradağlı, Səhlabad, Qapanlı, Köçərli, Mamırlı, Söylən və İrəvanlı bələdiyyələrinə. Daha ətraflı »
Teqlər: Digər
28Noy
(və ya qanacaq yaxşı şeydir…)
Kim-kimə qarğasa desin ki, səni görüm yolun bazarın qabağından düşsün! Fərqi yoxdur piyada, ya maşınla . Oradan salamat qurtarıb, evinə gedə bilən şükür eləsin. Xüsusi taksilər 1 manatdan ötrü az qalırlar adamları maşınlarının altına salsınlar, avtoşlar onların yanında muştuluqdur. Daha ətraflı »
Teqlər: Digər
28Noy
Cinayət qanunvericiliyi ilə qorunan bir qrup ictimai münasibətlər onlara qarşı hazırlanan qəsdlərin və ya belə qəsdlər baş versə də daha ağır nəticələrin baş verməməsi üçün dərhal reaksiya verilməsini tələb edir. Daha ətraflı »
Teqlər: Digər
28Noy
Tərtər rayonunda yol hərəkətinin təhlükəsizliyinin təmin edilməsi, insanların həyat və sağlamlıqlarının avtomobillərin zərərli təsirlərindən qorunması sahəsində mütəmadi olaraq həyata keçirilmiş geniş-miqyaslı proflaktiki tədbirlər nəticəsində, əvvəlki illərlə müqayisədə yolnəqliyyat hadisələrinin, qəzalarda həlak olan və yaralananların sayının əhəmiyyətli dərəcədə azalmasına nail olunmuşdur. Təkcə 2015-ci ilin ötən 9 ayı ərzində yol qəzalarının sayı 6 fakt, həlak olanların sayı 2 nəfər, xəsarət alanların sayı isə 11 nəfər azalmışdıdr. Daha ətraflı »
Teqlər: Digər
19Noy
Gözlərimi bu dünyaya açandan mənim üçün əziz və doğma olanları itirə-itirə gəlirəm. Neyləyək ki, dünya belədir? İtirə-itirə gəlirsən və bir gün özün də itirsən. Ömrün vəfası budur.
O günü doğma qardaşım kimi sevdiyim Məmməd Aslan haqq dünyasına qovuşdu, bu gün əziz dostum Qasım Qırxqızlı getdi. Növbədə isə… Başlayıb bir nəslin yarpaq tökümü. Qəribədir, hər iki doğmam göyərçinlər kimi uçub getdilər, qəfildən, bir göz qırpımında. Öləndə də belə öləsən! Sağ əlləri mənim başıma. Daha ətraflı »
Teqlər: Digər
19Noy
1988-ci ilin ilk günlərində Ermənistanın Azərbaycana qarşı açıq təcavüzü başlandı. Moskvanın, xüsusən də SSRİ-nin rəhbəri Mixail Qorbaçovun buna biganə münasibətini görən ermənilər planlı şəkildə, Ermənistan hökumətinin tapşırığı və göstərişi ilə 200 mindən çox azərbaycanlını öz ata-baba yurdlarından kütləvi surətdə qovdular. Ermənilər azərbaycanlıları təkcə öz ev-eşiklərindən didərgin salmırdılar, həm də onları cismən öldürür, diri-diri yandırırdılar. Ermənilərin tarixdə görünməmiş bu vandalizminə Qorbaçov və onun ətrafı heç bir reaksiya vermədi. Ermənilər bununla da kifayətlənmədilər. 1988-ci il fevralın əvvəllərində Azərbaycanın Dağlıq Qarabağ bölgəsində iğtişaşlar törətdilər. Onlar Azərbaycanın tarixi torpağı olan Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi haqqında məsələ qaldırdılar. Daha ətraflı »
Teqlər: Digər
05Noy
24 il bundan əvvəl, 1991-ci il noyabrın 20-də Xocavənd rayonunun Qarakənd kəndi yaxınlığında Ermənistan silahlı qüvvələrinin atəşə tutması nəticəsində Azərbaycanın rəsmi şəxslərinin olduğu vertolyot qəzaya uğrayıb. Nəticədə vertolyotda olan 22 nəfərin hamısı həlak olub. Onların arasında Azərbaycanın daxili işlər naziri Məhəmməd Əsədov, baş prokuror İsmət Qayıbov, Dövlət katibi Tofiq İsmayılov, onun köməkçisi Rafiq Məmmədov, SSRİ Ali Sovetinin deputatları Vəli Məmmədov, Zülfü Hacıyev, Prezident Aparatının şöbə müdiri Osman Mirzəyev, Şuşa şəhər İcra Hakimiyyətinin başçısı Vaqif Cəfərov, jurnalist Alı Mustafayev, operator Fəxrəddin Şahbazov, işıqçı Arif Hüseynzadə, bundan başqa Rusiya və Qazaxıstan hərbi müşahidəçiləri də olub. Daha ətraflı »
Teqlər: Digər
05Noy
İnsan dünyaya fərd kimi gələrək, şəxsiyyətə çevrilir və bu proses tarixi xarakter daşıyır. Fərd tarixən əmələ gəlmiş müəyyən ictimai münasibətlər sisteminə hələ ilkin uşaqlıq dövründə daxil olur. O, həmin münasibətlərə hazır şəkildə təsadüf edir. İnsanın sosial qrup daxilindəki sonrakı inkişafı münasibətlərin elə şəbəkəsini yaradır ki, bu da onu şəxsiyyət kimi formalaşdırır. Daha ətraflı »
Teqlər: Digər, Təhsil
Yeni ismarıclar