(və ya qanacaq yaxşı şeydir…)
Kim-kimə qarğasa desin ki, səni görüm yolun bazarın qabağından düşsün! Fərqi yoxdur piyada, ya maşınla . Oradan salamat qurtarıb, evinə gedə bilən şükür eləsin. Xüsusi taksilər 1 manatdan ötrü az qalırlar adamları maşınlarının altına salsınlar, avtoşlar onların yanında muştuluqdur. Nə adam maşını sayır, nə maşın adamı. Bir də görürsən yolun tən ortasında 1 nəfər 1 dana satıb aldığı “cındır” 1 maşın sax-layıb, ya əngə verib, ya da arxayın-arxayın, heç kimi, heç nəyi vecinə almadan, siqaret çəkə-çəkə müştəri gözləyir. Arxadan və qarşı tərəfdən gələn maşınlar isə keçməyə yer tapmayıb, tıxac yaradırlar, o buna siqnal verir, bu ona. Yolun ortasında maşın saxlayan bu bədbəxtin oğlu isə elə bil kardır, heç nəyi eşitmir, söz deyənə də çəmkirir. Adamın dəli olmağı gəlir. Farsların bir ibarəsi burada lap yerinə düşür: “Necəsən qanmayım, dədən yansın?”. Belə vaxtlar bazarın qarşısında nervoz olmayan adam möhkəm adamdır. Maşın yolunun hər iki tərəfində alver edən və yaxud bazara gələn vətəndaşların arxası yola tərəf saxladıqları irili-xırdalı maşınlar yolun çox hissəsini zəbt edir. Ortada bircə qırıq yol qalır ki, maşınlar oradan keçsin. Onu da bir “cındır” maşın tutanda di gəl, döz də, ay bu zamanın əsəbi adamı? Fəlakət belə yerdə deyir də: “Mənim beynimi xarab eləyir”.
Bazarın qabağında bir bazar açıblar–tozun-torpağın içində, ma-şınlarda və səkilərdə hər şey satırlar–çörəkdən tutmuş mer-meyvəyə, xırdavatdan tutmuş təsərrüfat mal-larına qədər. Niyə bunlara deyən yoxdur ki, ay qardaş, ay bacı, get bazarın içində ürəyin nə istəyir, onu sat, burada olmaz, axı! Maşınlar bir yana, heç adamlar da yol tapıb gedə bilmirlər. Bunun polisi, baytarı, sanitarı, nə bilim, daha kimləri yoxdur bəyəm?! Deyirlər :
–Var ey! Amma… “Koxanı gör, kəndi çap”.
Hər halda, vallah, billah, belə olmaz.! Rus deməli. “ Konsa-konsoy, qanacaq yaxşı şeydir”
Tofiq Yusif