(VƏ YA “BİZƏ RAYON QƏZETİ LAZIM DEYİL”)
“Bala Kirpi” əməkdaşlarımızdan birini də yanına alıb üz tutdu bəzi bələdiyyələrə. Birinci gəlib çıxdılar Sarıcalı-Düyərli Bələdiyyəsinə, sonra getdilər Qaradağlı, Səhlabad, Qapanlı, Köçərli, Mamırlı, Söylən və İrəvanlı bələdiyyələrinə. Soruşdular:
– Niyə rayonumuzun yeganə qəzetinə abunə yazılmırsınız?
Elə bil hamı eyni cavabı əzbərləmişdi:
– Pulumuz yoxdur.
– Niyə yoxdur?
– Yoxdur da, yoxdur! Qapını çöl tərəfdən örtün!
Kor-peşiman geri qayıtdılar. Fikirli olduqlarından telekommunikasiya qovşağına necə çatdılar, xəbərləri olmadı. Birinə dedilər ki, əvvəllər bu kollektivin üzvləri rayonumuzun qəzetinə əməlli-başlı abunə yazılırdılar. İndi sizə nə oldu ki, bir nüsxə belə yazılmırsınız. Bildirdilər ki, respublikamızda mətbuata abunə yazılışı məcburi deyil, könüllüdür. Biz yazılmırıq.
Yazıq “Bala Kirpi” fikirləşdi ki, düz deyirlər, bir misal var ey, “Kravat mənimdir, üstündə yatmıram, altın-da yatıram, kimin nə borcuna qalıb?”.
Oradan üz tutdular “Kapital Bank”ın rayon filialına, sonra getdilər rayon məhkəməsinə, yolüstü hərbi məhkəməyə də dəydilər, daha sonra Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Tərtər Rayon Şöbəsinə, rayonun dövlət notarial kontoruna, arxivə, daha neçə təşki-lata… Hər yerdə də qapını göstərdilər. “Bala Kirpi” dilxor halda oturub düşünməyə başladı: “Onsuz da rayon rəhbərliyi “Yeni Tərtər” qəzetinin normal fəaliyyəti üçün hər işi görür. Lakin bu insanlar Tərtərin çörəyini yeyir, suyunu içir və bu torpaqda pul qazanırlar. Niyə rayonun tarixini yazan, həyatını əks etdirən bir qəzetin yaşamasına kömək etmək istəmirlər? Bəs vətəndaşlıq borcu, təəssübkeşlik hissi harda qaldı! Niyə cəbhə bölgəsi olan Tərtərdə rayon qəzetinin informasiya daşıyıcı, ictimai həyata nüfuz etmə xarakterini nəzərə almırlar? Axı, bu qəzet həm də onların öz qəzetidir”.
Söhbət gəzir ki, bəzi idarələrdə abunə adı altında işçilərdən pul da yığırlar. Amma…
Əlbəttə, rayon qəzeti qədirbilən tər-tərlilərin hesabına yaşayır və ya-şayacaq da. Lakin, necə deyərlər, ”Söhbət sosiskada deyil, vnimatelni olmaqdadır”.
“Bala Kirpi”sərgüzəştlərini qələmə aldı Tofiq Yusif