Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,523
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 11Fev
    Digər İnzibati Ərazi Dairələri üzrə nümayəndəliklərdə hesabat yığıncaqları üçün şərhlər bağlıdır

    ŞƏHƏRİMİZDƏ GÖRÜLƏN İŞLƏR MÜZAKİRƏ OLUNDU

    Изображение 017Изображение 020Tərtər Rayon İcra Hakimiyyəti Başçısının şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin 2015-ci ildə gördüyü işlər barədə Sahib Həsənovun hesabatı dinlənilib. Tədbirdə rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov və Tərtər Bələdiyyəsinin üzvləri, inzibati ərazi dairəsində yerləşən idarə, müəssisə və təşkilatların rəhbərləri, ağsaqqallar, ərazidə məskunlaşmış məcburi köçgünlərin təmsilçiləri iştirak ediblər.
    İcra nümayəndəsi Sahib Həsənov öz məruzəsində yaşadığımız dövrün çətin və məsuliyyətli olduğunu bildirərək göstərib ki, dünyanı bürüyən siyasi və iqtisadi böhrana baxmayaraq, Azərbaycan, əvvəlki illərdə olduğu kimi, iqtisadi uğurlarını artırır, ölkəmizdə müxtəlif sosial layihələr müvəffəqiyyətlə həyata keçirilir. Daha ətraflı »

    Teqlər:

  • 11Fev
    Digər 7 fevral Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun doğum günüdür üçün şərhlər bağlıdır

    QƏHRƏMANLAR UNUDULMUR

    be2e5ef24d21d13db9f6ac59494d4809Mübariz İbrahimov 1988-ci il fevralın 7-də Biləsuvar rayonunun Əliabad kəndində anadan olub. 1994-cü ildə doğulduğu kənd orta məktəbinə daxil olub. 2005-ci ildə orta məktəbi bitirib, hərbi xidmətə çağrılmışdır. Hərbi xidmətini daxili qoşunların “N” saylı hərbi hissəsinin xüsusi təyinatlı bölüyündə başlamışdı. O, hərbi xidmətini 2007-ci ildə çavuş rütbəsində başa vurub.
    Bir müddət başqa sahələrdə çalışsa da 2009-cu ilin avqust ayında yenidən gizir rütbəsində hərbi xidmətə qayıdıb.
    Bir müddətdən sonra öz arzusu ilə cəbhə bölgəsindəki hərbi hissələrdən birində xidmət etməyə başlayıb.
    18 iyun 2010-cu il tarixində gecə saat 23:30 radələrində gizir Mübariz İbrahimov təkbaşına iki ordu arasındakı 1 km-lik minalanmış sahəni keçərək erməni silahlı qüvvələrinin çox sayda əsgər və zabitlərini məhv edir. Daha ətraflı »

    Teqlər:

  • 09Fev
    Digər Erməni qəddarlığı üçün şərhlər bağlıdır

    XOCALI SOYQIRIMI-XX ƏSRİN FACİƏSİ

    xocalı1992-ci il fevralın 26-da Ermənistan hərbi birləşmələri 7 min əhalisi olan Xocalı şəhərində genosid aktı həyata keçirdi. Ermənistan hərbi birləşmələrinin şəhərə hücumu zamanı burada yalnız 3 minə yaxın insan vardı.
    Çünki, mühasirədə qaldığı 4 aydan artıq zaman ərzində blokadada olduğu üçün əhalinin xeyli hissəsi şəhərdən çıxmaq məcburiyyətində qalmışdı. Xocalı soyqırımı zamanı 613 nəfər ödürüldü, 1000 nəfər müxtəlif yaşlı dinc sakin aldığı güllə yarasından əlil oldu. 106 nəfər qadın, 63 azyaşlı uşaq, 70 qoca öldürüldü. 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini, 130 nəfər valide-yinlərindən birini itirdi. Faciə baş verən gecə 1275 nəfər dinc sakin girov götürüldü, onların 150-sinin taleyi indi də məlum deyil. Daha ətraflı »

    Teqlər:

  • 30Yan
    Digər HEYDƏR ƏLİYEV VƏ MÜSTƏQİL AZƏRBAYCAN üçün şərhlər bağlıdır

    heydarAdının əvvəlində BÖYÜK sözünün işlənməsi mütləq olan, müstəqil Azərbaycanın qurucusu Heydər Əliyev. O, göylərin Azərbaycan xalqına bəxşişi, Azərbaycan torpağının yetişdirdiyi ən böyük tarixi şəxsiyyət, memar, dilçi, tarixçi, müdrik dövlət xadimi, uzaqgörən siyasətçi və nəhayət, millətinin xilaskarı idi.  Hələ keçən əsrin sonlarında Azərbaycan xalqı sovet imperiyasının pəncəsində öz azadlığı uğrunda çarpışdığı vaxtda Azərbaycanın ayrılmaz bir parçası, qədim türk diyarı Naxçıvanın Milli Məclisində Böyük Heydər Əliyevin rəhbərliyi ilə üçrəngli Azərbaycan bayrağı ucaldıldı.
    Həmin ərəfədə Azərbaycan da çoxlu qurbanlar bahasına imperiya buxovlarından xilas ola bildi. Artıq Naxçıvanda ucalan bayrağımız vətənimizin hər yerində dalğalanırdı. Bu həmin vaxtlar idi ki, ölkəmizin ərazisi böyük güclərin dəstəyi ilə xarici təcavüzə məruz qalmışdı. Daha ətraflı »

    Teqlər:

  • 30Yan
    Digər PREZİDENT İLHAM ƏLİYEV DAVOS FORUMUNDA üçün şərhlər bağlıdır

    106Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Davosda Dünya İqtisadi Forumu çərçivəsində keçirilən “Yeni enerji tarazlığı” mövzusunda sessiyasında iştirak və çıxış edib.
    Prezident İlham Əliyev sessiya ərəfəsində Davosa səfər etmiş bir sıra dövlətlərin və şirkətlərin rəsmiləri ilə görüşüb. Daha ətraflı »

    Teqlər:

  • 30Yan
    Digər MEHRİBAN XANIM ƏLİYEVAYA ALİ ORDEN TƏQDİM EDİLİB üçün şərhlər bağlıdır

    06Yanvarın 21-də İsveçrənin Lozanna şəhərində Avropa Olimpiya Komitələrinin İcraiyyə Komitəsinin növbəti iclası keçirilib. Daha ətraflı »

    Teqlər:

  • 30Yan
    Digər TƏRTƏRLİLƏR ANTİBÖHRAN TƏDBİRLƏRİNİ RƏĞBƏTLƏ QARŞILAYIRLAR üçün şərhlər bağlıdır

    Dünyanı bürüyən kəskin iqtisadi böhran Azərbaycandan da yan keçməyib. Bu da təbiidir. Çünki hər bir ailədə olduğu kimi, dövlətin, xalqın həyatında da müəyyən çətin dövrlər qaçılmazdır. Əsas məsələ budur ki, hər zaman olduğu kimi, indi də Prezidentimizlə xalq arasında sıx birlik var və dövlət öz vətəndaşlarının rifah halının qorunmasını, süni qiymət artımının qarşısının alınmasını başlıca vəzifəsi hesab edir. Daha ətraflı »

    Teqlər:

  • 30Yan
    Digər BU GÜN HƏM DƏ QÜRUR GÜNÜMÜZDÜR üçün şərhlər bağlıdır

    Изображение 033Изображение 021Şəhər 6 saylı tam orta məktəbində 20 Yanvar faci-əsinin 26-cı ildönümü ilə bağlı anım mərasimi keçirilib. Tədbir 20 Yanvar faciəsində həlak olmuş şə-hidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb Daha ətraflı »

    Teqlər:

  • 30Yan
    Digər PROBLEMLƏRDƏN DƏ DANIŞILDI üçün şərhlər bağlıdır

    0101Azadqaraqoyunlu kənd İn-zibati Ərazi Dairəsi üzrə nümayəndəlik Qapanlı, Ilxıçılar və Azadqaraqoyunlu kəndlərini əhatə edir. İcra nümayən- dəsi Nazim Xəlilov hesabat məruzəsində bildirdi ki, ərazimizin 769 təsərrüfatında 2635 nəfər yerli və 78 ailədə 259 nəfər məcburi köçkün məskunlaşıb. Daha ətraflı »

    Teqlər:

  • 30Yan
    Digər BÜTÜN ÇƏTİNLİKLƏRƏ QALİB GƏLƏCƏYİK üçün şərhlər bağlıdır

    Həmişə görmüşük ki, müəyyən bir çətinlik yarananda camaat birləşib onu aradan qaldırır. İndi də belə bir çətin vəziyyət ölkəmizdə yaşanır. Dünyanı bürüyən iqtisadi böhran getdikcə Azərbaycana da təsirini göstərir.
    Belə bir vəziyyətdən çıxmaq üçün ilk növbədə xalqla dövlətin birliyi vacibdir. İndi biz bu birliyi görür və alqışlayırıq. Prezident İlham Əliyevin antiböhran tədbirləri ilk növbədə əhalinin maddi durumunun stabilləşməsinə yönəldilib.
    Bu günlərdə müxtəlif sahələrdə çalışan insanların, o cümlədən müəllimlərin əməkhaqlarının artırılması barədə sərəncamlar imzalanıb. Əhalinin daha çox qayğıya ehtiyacı olan təbəqəsi də diqqətdən kənarda qalmayıb. Onların da təqaüdləri, müavinətləri artırılıb. Bazar qiymətlərinin tənzimlənməsi diqqət mərkəzində sax-lanılır.
    Düşünürəm ki, bizim birliyimiz, ölkəmizdəki əminamanlıq müstəqillik illərində qazandığımız ən böyük sərvətdir. Bu sərvəti hər birimiz qorumalıyıq.
    Fitat Əliyeva,                                            Qapanlı kənd tam orta məktəbinin direktoru

    Teqlər: