ŞƏHƏRİMİZDƏ GÖRÜLƏN İŞLƏR MÜZAKİRƏ OLUNDU
Tərtər Rayon İcra Hakimiyyəti Başçısının şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin 2015-ci ildə gördüyü işlər barədə Sahib Həsənovun hesabatı dinlənilib. Tədbirdə rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov və Tərtər Bələdiyyəsinin üzvləri, inzibati ərazi dairəsində yerləşən idarə, müəssisə və təşkilatların rəhbərləri, ağsaqqallar, ərazidə məskunlaşmış məcburi köçgünlərin təmsilçiləri iştirak ediblər.
İcra nümayəndəsi Sahib Həsənov öz məruzəsində yaşadığımız dövrün çətin və məsuliyyətli olduğunu bildirərək göstərib ki, dünyanı bürüyən siyasi və iqtisadi böhrana baxmayaraq, Azərbaycan, əvvəlki illərdə olduğu kimi, iqtisadi uğurlarını artırır, ölkəmizdə müxtəlif sosial layihələr müvəffəqiyyətlə həyata keçirilir.Respublika Prezdenti cənab İlham Əliyevin tələb və göstərişlərinə uyğun olaraq əhalinin müxtəlif təbəqələrinin gəlirləri–pensiyalar, maaşlar, müavinətlər yüksəlir. Süni qiymət artımına qarşı mübarizə gücləndirilir. Bütün bunlar Tərtər şəhərinin timsalında da özünü göstərməkdədir. Belə ki, ötən il dövlət başçısının diqqət və qayğısı, rayon rəhbərliyinin gərgin fəaliyyəti nəticəsində Tərtərdə tikinti, quruculuq və abadlıq işləri daha da genişləndirilmiş, yeni mühüm layihələrin icrasına, o cümlədən su və kanalizasiya sisteminin yenidən qurulmasına başlanılmışdır.
Sonra qeyd olundu ki, İcra nümayəndəliyi tərəfindən xidmət təşkilatlarının fəaliyyəti həmişə diqqət mərkəzində saxlanılmış, əhalinin təbii qaz, elektrik enerjisi ilə təchizatı yaxşılaşdırılmış, içməli suya olan tələbatı ödəmək üçün bir sıra küçələrdə yeni subartezian quyuları qazılıb istifadəyə verilmişdir.
Şəhərin təmizliyi və yaşıllıqların sayının artırılması diqqət mərkəzində saxlanılmış, ictimai binaların ətrafında “Nümunəvi məhəllə”lər yaradılmış, dam örtükləri dəyişdirilmiş, kiçik idman meydançaları tikilmişdir. Bu işlərin gələcəkdə daha da genişləndirilməsi nəzərdə tutulur.
Dövlət başçısının əhalinin müraciətlərinə həssas yanaşılması tələbinə uyğun olaraq ötən il nümayəndəliyə daxil olan bütün ərizə və şikayətlərə vaxtında baxılmış, lazımi tədbirlər görülmüşdür. O cümlədən əhali ilə, xüsusən daha çox diqqət və qayğıya ehtiyacı olan insanlarla görüşlər, onların ehtiyaclarının öyrənilməsi, vaxtaşırı yardımlar göstərilməsi də vacib məsələlər kimi diqqət mərkəzində olmuşdur.
Tərtər cəbhə bölgəsidir və hesabat dövrü ərzində nümayəndəlik tərəfindən təmas xəttində əminamanlığımızın keşiyində dayanan əsgərlərlə görüşlər təşkil olunmuş, konsert briqadaları, ictimaiyyətin nümayəndələri hərbiçilər qarşısında çıxış edərək onların döyüş əzmini daha da artırmışlar.
Mənzil istehsal istismar idarəsinin rəisi Hafiz Ələkbərov, su-kanal idarəsinin rəis muavini Namiq Məmmədov, kommunal təsərrüfatı idarəsinin müdir əvəzi Mircavad Seyidov, rayon ağsaqqallar şurasının sədri Qədir Allahver-diyev hesabat ilində görülən işlərdən və qarşıda duran vəzifələrdən danışıblar. Çıxış edənlər həmçinin ölkəmizdə anti-böhran tədbirlərinin həyata keçirilməsinə münasibətlərini bildirib, həmişə olduğu kimi, indi də tərtərlilərin ölkə başçısının siyasətini dəstəklədiklərini söyləyiblər.
Tədbirdə rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov çıxış edib. O bildirib ki, dünyada baş verən hadisələrə baxmayaraq, möhtərəm Prezdentimizin apardığı uğurlu xarici və daxili siyasət nəticəsində ölkəmizdə sabitlik qorunur, sosial və digər infrastruktur layihələrin icrası davam etdirilir. Cari il bu baxımdan tərtərlilər üçün xüsusilə xeyirli illərdən biri olacaq. Şəhərimizdə yeni müəssisələrin açılması və beləliklə də əhalinin iş təminatının yaxşılaşdırılması nəzərdə tutulur.
Yığıncaq məruzə və çıxışları dinləyərək müvafiq qərar qəbul edib.
Svetlana Bağırova