04May
ƏHALİ İLƏ ORDU ARASINDA BİRLİYİN ŞAHİDİ OLDUM
Mən Tərtər rayonunun Azadqaraqoyunlu kəndində doğulub boya-başa çatmışam. İlk təhsilimi də elə bu kənddə almışam. Azərbaycanın hər bir guşəsi kimi, Tərtər də mənə doğma və əzizdir.
Aprelin əvvəllərində erməni hərbi birləşmələrinin cəbhədə təxribatlar törətməsi, bunun nəti-cəsində Tərtər rayonuna xeyli ziyan dəyməsi məni də narahat edirdi. Bu günlərdə qəhrəman şəhərimizə gəldim. Düzünü deyim ki, yaşımın çox olmasına baxmayaraq, hələ heç zaman insanlarda bu qədər ruh yüksəkliyi görməmişdim. Bir veteran kimi gənclərlə görüşdüm, əhali ilə söhbət apardım. Rayon əhalisi ilə ordunun birliyinin şahidi oldum. Cəbhədə atəş səsləri eşidilməsinə baxmayaraq, təbiətin bu gözəl fəslində hər kəs evində-eşiyindədir, hamı çalışdığı sahədə üzərinə düşən vəzifəni yerinə yetirmək üçün daha böyük qüvvə ilə çalışır. Daha ətraflı »
Teqlər: Digər
04May
Aprel ayının 2-də erməni silahlılarının atəşkəs rejimini pozaraq rayonumuzu top və “qrad” qurğularından atəşə tutması nəticəsində Tərtər şəhərində və eləcə də cəbhə bölgəsinə yaxın olan kəndlərdə 163 ev dağıldı, yararsız hala düşdü. Həmin evlərdən biri də şəhərimizin Həzi Aslanov küşəsindəki bizim yaşadığımız 4 nömrəli evdi. Evimiz birmərtəbəli olmaqla 6 otaqdan ibarət idi. Həmin vaxt, yəni səhər saat 9 və 9.30 radələrində evimizə 3 ədəd top mərmisi düşdü. Evdə üç nəfərik. Oğlum Cavidan ali təhsilini başa vurandan sonra Aqstafa bölgəsində hərbi xidmətdədir. Anamla mən isə gecədən başlayan top səslərinə görə evdən çıxıb həyətdə dayanmışdıq. Evə düşən 3 top mərmisinin zərbəsindən bina 3 tərəfdən darmadağın oldu. Ev əşyaları tamam yararsız hala düşdü. Ev əşyaları bir yana, palpaltarlarımızdan da heç nə ələ gəlmədi. Hamam, əl damı və digər yardımçı xırda binalar da dağıldı. Anam bərk stres keçirdiyinə görə Bakı şəhərinə xəstəxanaya apardıq.
Elə o vaxdtan da anam Bakıda, mən isə qohum evində yaşayır, işə oradan gedib-gəlirəm.
Hadisədən sonra rayon icra hakimiyyətinin, Bərpa Agentliyinin, rayon prokurorluğunun, Fövqəladə Hallar Nazirliyinin nümayəndələri gəlib evə baxış keçiriblər.
Gülnarə Kərimova,
Tərtər şəhər sakini.
Teqlər: Digər
04May
Ailəmiz Milli Qəhrəman Elman Hüseynovun adını daşıyan küçədəki 8 nömrəli evdə yaşayır. Mən özüm ali təhsilli müəlliməm. 44 il rayonumuzun qocaman təhsil ocaqlarından olan şəhər 1 saylı tam orta məktəbində müəllim işləmişəm. Hazırda təqaüddəyəm, qızım Mehriban müəllim məni əvəz edir. O da 1 saylı məktəbdə işləyir.
Həyətimizin darvazası düz küçəyə-asfalta açılır. Neçə illər idi burada küçə boyu üstü açıq kanalizasiyanın üfunət iyi hamını bezdirmişdi. İndi Allaha şükurlər olsun ki, yeni layihə əsasında şəhərin və ona bitişik 11 kəndin su və kanalizasiya sistemi yenidən qurulur. Rayondakı bu yenilik bizi də ürəkdən sevindirir.
Evimizdə 3 uşaq böyüyüb. Acıq kanalizasiyanın iyi bir yana, körpə uşaqlarımız ilişib dəfələrlə həmin çirkli kanalizasiyaya düşurdulər. Sevinirik ki, bir də belə hallar təkrarlanmayacaq. Bütün bunlara görə ölkə Prezidenti möhtərəm İlham Əliyevə, rayon rəhbərliyinə, bu işdə zəhməti, əməyi olan insanların hər birinə dərin minnətdarlığımızı bildirirəm.
Sona Məhərrəmova,
Tərtər şəhər sakini, təqaüddə olan müəllim
Teqlər: Digər
27Apr
NARKOMANİYAYA QARŞI MÜBARİZƏ HAMININ İŞİDİR
Narkomaniya uzun illərdir ki, dünyanın böyük problemlərindən biri kimi bəşəriyyəti daim düşündürür və narahat edir. Cəmiyyətin ciddi bəlasına çevrilən narkomaniyaya meyil təəssüflər olsun ki, günü-gündən artmaqdadır və bu gənclər arasında daha çox baş verir.
Belə halların qarşısını almaq məqsədi ilə rayon polis şöbəsinin əməkdaşları vaxtaşırı məktəblərdə olur, məktəb kollektivi müəllimlərlə, xüsusən də yuxarı sinif şagirdləri ilə söhbətlər aparırlar.
Həmin tədbirlərdə polis əməkdaşları ilə yanaşı rayon təhsil şöbəsinin, uşaq xəstəxanasının həkimləri də iştirak edir, öz dəyərli məsləhətlərini verirlər.
Belə tədbirlərin birində rayon uşaq xəstəxanasının baş həkimi Hicran Rəhimli çıxışında qeyd etdi ki, dünyada milyonlarla, ölkəmizdə isə minlərlə insan bu bəladan əziyyət çəkir. Ən dəhşətlisi də odur ki, gənclər və yeniyetmələr arasında narkomaniya daha geniş yayılmışdır. Daha ətraflı »
Teqlər: Digər
18Apr
Bu günü hamı səbirsizliklə gözləyirdi. Nəhayət, sönmüş ümidlər alovlanmağa başladı. 20 ildən artıq gözlənilən məqam yetişdi. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində dönüş baş verdi.
Hadisələrin əvvəlində növbəti erməni təxribatı dayanırdı. Dönüşü isə Azərbaycan Prezidenti Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın qüdrətli Silahlı Qüvvələri yaratdı. Prezidentimiz bu barədə belə dedi: “Azərbaycan Ordusu işğalçıya sarsıdıcı zərbə vurdu”. Bu zərbələr nəticəsində Azərbaycan əsgərinin ayağı düşmən tapdağı altında qalmış torpağımıza dəydi, 20 ildən artıq bir müddətdə girovluqda olan qəbristanlığımızda Quran surələri oxundu və o yerlərə “Qarabağ şikəstəsi” yayıldı.
Ordumuzun həyata kecirdiyi əməliyyatlar nəticəsində düşmən öz mövqelərini, silah və sursatlarını ataraq qaçmağa məcbur oldu.
Bir neçə gün davam edən müharibə xalqımızın Ali Baş Komandan, Prezident İlham Əliyevin ətrafında sıx birləşməsini, ordu ilə əhalinin sarsılmazlığını nümayiş etdirdi. Hamı orduya öz köməyini göstərməyə çalışır, hamı bir-birinə dəstək olur. Daha ətraflı »
Teqlər: Digər
18Apr
Son günlər nəinki Azərbaycanımızın, bütün dünya ölkələrinin diqqətini özünə çəkən, adına şeirlər, mahnılar yazılan doğma torpağımız olan Qarabağımızdan danışmaq mənim də bir vətəndaşlıq borcumdur. Elə bir borc ki, hər kəs bunu öz əməlində, əqidəsində göstərir. Kimisi bunu düşmənin diversiya qrupunun təxribatlarına cavab olaraq səngərlərdə məğrurcasına döyüşərək, kimisi isə xalq, vətən, torpaq yolunda öz yaşamaq hüququndan keçib şəhidlik zirvəsinə yüksələrək, kimi isə vətən oğullarının bu məğrurluq və fədakarlığını qələmə alaraq yerinə yetirir. Vətənimizin keşiyində duran kifayət qədər qeyrətli oğullar olduğundan bizə düşən bunların haqqında yazmaq oldu.
1992-ci ildə ermənilər tərəfindən işğal edilmiş torpaqlarımızdan, dağlar qoynunda yerləşən Laçınımızdan və onun qeyrətli, vətənpərvər oğullarından biri Ramil Baxşalıyevdən danışmaq istərdim. Onunla ilk tanışlığımız mənim üçün çox həyəcanlı və gözlənilməz vaxta təsadüf etdi. Daha ətraflı »
Teqlər: Digər
18Apr
Bu gün Azərbaycan xalqı bir yumruq kimi Prezident ilham Əliyevin ətrafında birləşərək, torpaqlarımızın işğaldan azad edilməsi uğrunda mübarizəyə qalxmağa hazırdır. Keçmiş cəbhəçilər, vətəndən uzaqda yaşayanlar, şəhid ana və bacıları, bir sözlə, hər kəs ordumuza əlindən gələn köməkliyi göstərmək istəyir.
Aprelin 2-dən təmas xətti boyunca başlanan erməni təxribatlarına Azərbaycan Ordusunun verdiyi layiqli cavab göstərdi ki, ordumuz 90-cı illərin ordusu deyil. Bu, müasir silahlarla təchiz olunmuş və hər cür təcavüzə cavab verməyə hazır olan bir qüdrətli ordudur. Elə cəmiyyətimiz də həmin dövrün cəmiyyəti deyil. İndi cəmiyyətimizdə müşahidə olunan ruh yüksəkliyi, vətənpərvərlik, birlik heç zaman olmamışdır.
Bu hisslər Yeni Azərbaycan Partiyasının üzvləri arasında da çox güclüdür.
Tərtər qəhrəmanlar diyarıdır. Döyüşlərdə də tərtərlilər layiqincə iştirak etdilər. Daha ətraflı »
Teqlər: Digər
18Apr
Son hadisələr biz şəhid analarında belə bir ümid yaratdı ki, tezliklə torpaqlarımız azad ediləcək, şəhid balalarımızın qanı yerdə qalmayacaq.
Ali Baş komandan İlham Əliyev başda olmaqla əsgər və zabitlərimizə bu yolda uğurlar, cansağlığı arzulayıram. Düşmən tərəfindən törədilən təxribata cavab verərkən həlak olmuş hərbçilərə Allahdan rəhmət diləyirəm, onların valideynlərinə, doğmalarına başsağlığı verirəm. Bu hadisələr zamanı yaralanmış döyüşçülərimizin tezliklə sa-ğalmasını arzulayıram.
Zelimə Əsədova,
şəhid anası.
Teqlər: Digər
18Apr
Tərtərdə doğulmuşam, düşmənlə 48 km təmas xətti olan bu gözəl diyarda böyümüşəm. Bu günlərdə Azərbaycan Ordusunun düşmən təxribatına sarsıdıcı zərbələrlə cavab verməsi hər bir tərtərli kimi mənim də qəlbimi qürur hissi ilə doldurdu.
Düzdür, biz itkilər verdik, ömrünün çiçəklənən vaxtında igid oğullarımızı itirdik. Bir neçə gün davam edən döyüşlər gənclərimizin Vətən sevgisini, torpaq uğrunda şirin canlarından belə keçməyə hazır olduqlarını göstərdi. Şəhidlər ölmürlər. Onlar xalqımızın tarixində əbədi yaşayacaqlar.
Indi hər birimizin qəlbi cəbhədə olan əsgərlərlə birgə döyünür. Qoy onlar əmin olsunlar ki, arxada daim ordu ilə birgə olan, əsgərlərimizin hər bir uğuruna ürəkdən sevinən və yollarını səbirsizliklə gözləyən ana və bacılar var.
Tunarə Məmmədzadə,
rayon icra hakimiyyəti apratında aparıcı məsləhətçi
Teqlər: Digər
18Apr
Aprelin 2-dən başlayaraq düşmənlə təmas xəttində baş verən hadisələr keçmiş döyüşçülərə xüsusilə təsir etmişdir. İndi hamı cəbhəyə getməyə can atır. “Tərtər” Özünümüdafiə Batalyonunda vaxtilə mərdliklə döyüşən insanlar yenə də mübarizəyə hazır olduqlarını bildirirlər. Biz Ali Baş Komandan cənab İlham Əliyevin əmrini gözləyirik.
Düşmənin artilleriya hücumları nəticəsində rayonumuzun dinc əhalisinə də ziyan dəymişdir. Amma heç kim öz evini tərk etməmişdir. Əksinə, bu hadisələr zamanı rayondan kənarda, müxtəlif şəhərlərdə yaşayan həmyerlilərimiz, təkcə həmyerlilərimiz yox, elə bütün vətənpərvər insanlar Tərtərə gəlib bizimlə birgə olduqlarını nümayiş etdirdilər. Bu birlik mütləq bizi qələbəyə çatdıracaq.
Nizami Heydərov,
keçmiş döyüşçü, “Azərbaycan Bayrağı”ordenli
Teqlər: Digər
Yeni ismarıclar