Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,523
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 27Apr

    NARKOMANİYAYA QARŞI MÜBARİZƏ HAMININ İŞİDİR

    20160302_125950Narkomaniya uzun illərdir ki, dünyanın böyük problemlərindən biri kimi bəşəriyyəti daim düşündürür və narahat edir. Cəmiyyətin ciddi bəlasına çevrilən narkomaniyaya meyil təəssüflər olsun ki, günü-gündən artmaqdadır və bu gənclər arasında daha çox baş verir.
    Belə halların qarşısını almaq məqsədi ilə rayon polis şöbəsinin əməkdaşları vaxtaşırı məktəblərdə olur, məktəb kollektivi müəllimlərlə, xüsusən də yuxarı sinif şagirdləri ilə söhbətlər aparırlar.
    Həmin tədbirlərdə polis əməkdaşları ilə yanaşı rayon təhsil şöbəsinin, uşaq xəstəxanasının həkimləri də iştirak edir, öz dəyərli məsləhətlərini verirlər.
    Belə tədbirlərin birində rayon uşaq xəstəxanasının baş həkimi Hicran Rəhimli çıxışında qeyd etdi ki, dünyada milyonlarla, ölkəmizdə isə minlərlə insan bu bəladan əziyyət çəkir. Ən dəhşətlisi də odur ki, gənclər və yeniyetmələr arasında narkomaniya daha geniş yayılmışdır. Bəşəriyyətin bu dəhşətli bəlasına qarşı dövlət strukturları, qeyri hökumət təşkilatları, kütləvi informasiya vasitələri, hüquq-mühafizə orqanları, təhsil və səhiyyə sistemləri birgə mübarizə aparmaqla qismən də olsa narkomaniyanın yayılmasının qarşısını ala bilirlər. Narkotik, mərkəzi sinir sisteminə spesifik təsir göstərən və tez bir zamanda asılılıq yaradan maddədir. O, toksik maddə olduğundan insanın bütün orqanizminə, ürək-damar sistemindən tutmuş sinir sisteminə qədər mənfi təsir göstərib insanın xarakterini dəyişir. Buna düçar olan xəstə özünü idarə edə bilmir. Orqanizm zəifləyir, bədəni ağrıyır, insanın fiziki gücü tükənir. Bu da son dərəcə aqressivliyə, cinayətkarlığa və ən nəhayət, ölüm hallarına gətirib çıxarır. Uzun illərin araşdırmaları göstərir ki, narkomanlıq insanı həqiqətən də fiziki və ruhi cəhətdən şikəst edir. Daha dəqiq desək, erkən yaşından narkotik qəbul etməyə başlayan insanın orta ömrü 35-40 ildən artıq olmur. Bütün bunlara rəğmən belə qənaətə gəlmək olar ki, bu bəlaya qarşı hamı mübarizə aparmalıdır.
    Mövzu ilə bağlı Mərkəzi Rayon Xəstəxanasının psixiator-norkoloq həkimi Rima Axundova ilə əlaqə saxladıq. Dedik görək bu barədə böyüklər arasında vəziyyət necədir? Faktları eşidəndə dəhşətə gəldim.
    Həkim bildirdi ki, rayonumuzda qeydiyyata alınan 99 nəfər narkomanlıq xəstəliyindən əziyyət çəkən insan var. 99 nəfərin 29 nəfəri müşahidəçi qismindədi. Yəni psixotrop maddələrin alqı-satqısı ilə məşğul olur. Acınacaqlı hal burasındadır ki, narkomanların 2 nəfəri qadındır.
    Həmin insanların 60 nəfərinin yaş həddi 26-46 yaş arasındadı. 24 nəfərinin doğum tarixi 1955-1970 təvəllüd arasındadı (yəni 61-46 yaşlarında). 4 nəfərinin 2-si 1992-ci, 2 isə 1995-ci il təvəllüdlüdür. Narkoman qadınların biri 41, digəri isə 36 yaşındadı.
    Rəqəmlərdən göründüyü kimi, bu, heç də ürəkaçan situasiya deyil. Belə insanların nəzərinə bir daha çatdırırıq ki, narkomanlığın qarşısını almaq məqsədilə dövlət belə insanlar haqqında ciddi cəza tədbiri müəyyən edib. Belə ki, bundan sonra narkomanların bəziləri psixatiriya xəstəxanasına məcburi qaydada yerləşdiriləcək.
    Azərbaycanda inzibati həbs nəzərdə tutulan inzibati xəta törətməmiş, lakin öz davranışları ilə ictimai təhlükə yaradan narkomanlıq xəstəliyinə dücar olan şəxslər psixiatiriya xəstəxanasına məcburi qaydada yerləşdiriləcəklər. Milli Məclisin Səhiyyə komitəsinin bu günlərdə keçirilən iclasında deyilib ki, bununla bağlı “Əhalinin sağlamlığının qorunması haqqında” qanuna narkomanlıq xəstəliyinə dücar olmuş şəxslərlə bağlı dəyişiklik edilir.
    Qanunun hazırkı variantında cinayət törətməmiş, lakin öz davranış və hərəkətləri nəticəsində dəfələrlə yaxın qohumlarına maddi və mənəvi zərər yetirmiş, uşaqların tərbiyəsinə mənfi təsir göstərmiş, onların hüquqlarını ko-budcasına pozmuş, təklif olunmuş könüllü müalicədən dəfələrlə imtina etmiş narkomanlıq xəstəliyinə dücar olan şəxslər barəsində məcburi tibbi tədbirlər tətbiq edilir.

    Əvəz Nəsirov

    Müəllif: Redaktor, 12:20

    Teqlər:

İsmarıclar bağlıdır.