Aprelin 2-dən başlayaraq düşmənlə təmas xəttində baş verən hadisələr keçmiş döyüşçülərə xüsusilə təsir etmişdir. İndi hamı cəbhəyə getməyə can atır. “Tərtər” Özünümüdafiə Batalyonunda vaxtilə mərdliklə döyüşən insanlar yenə də mübarizəyə hazır olduqlarını bildirirlər. Biz Ali Baş Komandan cənab İlham Əliyevin əmrini gözləyirik.
Düşmənin artilleriya hücumları nəticəsində rayonumuzun dinc əhalisinə də ziyan dəymişdir. Amma heç kim öz evini tərk etməmişdir. Əksinə, bu hadisələr zamanı rayondan kənarda, müxtəlif şəhərlərdə yaşayan həmyerlilərimiz, təkcə həmyerlilərimiz yox, elə bütün vətənpərvər insanlar Tərtərə gəlib bizimlə birgə olduqlarını nümayiş etdirdilər. Bu birlik mütləq bizi qələbəyə çatdıracaq.
Nizami Heydərov,
keçmiş döyüşçü, “Azərbaycan Bayrağı”ordenli