18Avq
Hörmətli vergi ödəyicisi!
Fəaliyyətiniz zamanı vergi məsələləri ilə bağlı qarşılaşdığınız problemlərlə və vergi orqanları əməkdaşla-rının qanunazidd hərəkətləri ilə rastlaşdığınız halda aşağıdakı ünvanlara müraciət edə bilərsiniz:
Vergilər Nazirliyinin rəsmi internet səhifəsində (www.taxes.gov.az) “Müraciətlər” bölməsinin “Onlayn müraciətlər” alt bölməsinə “Vergilər nazirinə məktub yaz” http://www.taxes.gov.az/vn/mektub/“Vergi orqanı əməkdaşlarının fəaliyyətində korrupsiya və digər hüquq pozma halları barədə məlumat ver”
http://www.taxes.gov.az/vn/korrupsiya/
“Vergi orqanı əməkdaşlarının qeyri-etik davranması barədə məlumat ver”
http://www.taxes.gov.az/vn/etika/for/html
Vergi ödəyicilərinə xidmət mərkəzlərinə
Vergilər Nazirliyinin Çağrı Mərkəzinə (195-1)
Vergilər Nazirliyi
Teqlər: Digər
18Avq
Son günlər respublika ərazisində havanın isti və quraq keçməsi nəticəsində biçilmiş taxıl, otlaq, kol-kos sahələrində, habelə, meşə massivlərində müxtəlif miqyaslı yanğınlar baş verir. Lakin aparılan araşdırmalar bu yanğınların baş verməsində insanların ehtiyyatsızlığının əsas səbəblərdən biri olduğunu üzə çıxarmışdır. Daha ətraflı »
Teqlər: Digər
18Avq
1 avqust ölkəmizdə ən əziz günlərdən biri kimi qeyd olunur. Çünki milli varlığımızın əsas atributlarından olan Ana dilimizlə bağlıdır. Dil millətin simasını səciyyələndirən amillərdən biri, onun milli sərvətidir. Millətin dilinin dövlət dili statusuna yüksəlməsi isə tarixi hadisə, milli dövlətçilik tarixinin qızıl səhifəsidir. Bu məqam millətin millət olaraq təsdiqidir. Çünki dilin dövlət dili statusuna yüksəlməsi millətin öz taleyinə sahibliyinin, dövlət qurmaq və qorumaq qüdrətinin, eyni zamanda dilinin zənginliyinin sübutudur. Daha ətraflı »
Teqlər: Mədəniyyət
18Avq
Uşaqları zəhərlənmələrdən necə qoruyaq?
Yoluxucu xəstəliklər insanın ən geniş yayılmış patalogiyası olmaqla müxtəlif növ mikroorqanizmlər–bakteriyalar, viruslar, ibtidailər, göbələklər və s. tərəfindən törədilir.
Yay mövsümünün başlanması ilə havalar kəskin şəkildə istiləşir. Bu hava dəyişkənliyi də həmin xəstəlik törədən mikroorqanizmlərin aktivləşməsinə və xəstəliklərin kəskinləşməsinə gətirib çıxarır.
Bizim gələcəyimiz olan uşaqlar, xüsusən körpələr belə xəstəliklərə həssas olan qruplardan sayılır. Uşaqlar arasında yay möv Daha ətraflı »
Teqlər: Səhiyyə
18Avq
2015-ci ilin birinci yarısında rayonda kənd təsərrüfatının ümumi məhsulunun faktiki qiymətlərlə dəyəri 38 min 449,4 min manat təşkil etmişdir. Onun 26 milyon 628,8 min manatı bitkiçilik məhsullarının həcmi, 11 milyon 821,2 min manatı heyvandarlıq məhsullarının həcmi olmuşdur. Keçən ilin müvafiq dövrünə nisbətən kənd təsərrüfatı üzrə ümumi məhsul buraxılışının həcmi 8,4 faiz artmışdır Daha ətraflı »
Teqlər: İqtisadiyyat
07Avq
“İnsan, onun həyatı, səhhəti, hüquq və azadlıqları Azərbaycan Respublikasının Konstitusiyası ilə ali dəyərlər olduğu bəyan edilir, belə dəyərlərin qorunması dövlətin ən başlıca vəzifəsi kimi təsbit edilir. Azərbaycan Respublikasının qüvvədə olan Cinayət Məcəlləsinin “Şəxsiyyət əleyhinə olan cinayətlər” adı altında “Xüsusi fəsil”ə daxil edilən normalarla insanın həyatı, səhhəti, şərəf və ləyaqəti, hüquq və azadlıqları müdafiə altına alınır. Təsadüfi deyildir ki, Azərbaycan Respublikasının Konstitusiyasına uyğun olaraq hazırlanan Cinayət Məcəlləsində bütün qorunan başqa dəyərlər içərisində insanın, onun hüquq və azadlıqlarının qorunması ön plana çəkilir. Daha ətraflı »
Teqlər: Digər
07Avq
Ölkəmizdə gənclər siyasəti uğurla həyata keçirilir. Gənclərin təhsilinə dövlət tərəfindən daim qayğı və diqqət göstərilir. Eyni zamanda onların xalqımızın milli mənəvi dəyərlərinə hörmət ruhunda tərbiyə edilməsi hazırda qarşıda duran başlıca vəzifələrdən biridir. Bütün bunlar barədə rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədovun rayonun gənc müəllimləri ilə görüşündə söhbət gedib. Gənclər Mərkəzində keçirilən tədbirdə rayon icra hakimiyyəti başçısının müavini Elvin Umudov, baş referent Svetlana Əzizova və rayon təhsil şöbəsinin müdir əvəzi Surxay Mirzəyev iştirak ediblər. Daha ətraflı »
Teqlər: Xəbərlər
07Avq
Rayonun Mamırlı, Poladlı, Kəngərli və Balakəngərli kəndlərinə təbii qazın verilməsi münasibətilə təntənəli mərasimlər keçirilib. Mərasimlərdə kənd İƏD üzrə nümayəndələr kəndlərin sosial-iqtisadi vəziyyəti haqqında məlumat vermişlər.
Sonda kənd ağsaqqalları, ziyalılar və digər sakinlər onlara göstərilən diqqət və qayğıya görə ölkə başçısına minnətdarlıq ifadə etmişlər. Daha ətraflı »
Teqlər: Xəbərlər
07Avq
Rayon icra hakimiyyəti başçısının ilin birinci yarısının yekunlarına həsr olunmuş hesabat yığıncağında cənab Müstəqim Məmmədov rayon icra hakimiyyəti başçısı aparatının sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin aparıcı məsləhətçisi Ramiz Mustafayevə, “Yeni Tərtər” qəzetinin baş redaktoru Tofiq Yusifə və Tərtərçay Hidroqovşağı İstismarı İdarəsinin rəisi Böyükkişi Cümşüdova dövlət mükafatlarını təqdim edib. Daha ətraflı »
Teqlər: Xəbərlər
06Avq
Salam Sadıqov 1956-cı ildə rayonumuzun Əksipara kəndində doğulub. Orta məktəbi Qarağacı kəndində bitirib. Kursk şəhərində torpaqşünaslıq ixtisası üzrə ali təhsil alıb. Sonra Sumqayıtda polis orqanlarında çalışıb.
Hazırda həmyerlimiz təqaüddədir. Moskva şəhərində yaşayır və bizneslə məşğul olur. İşinin çoxluğuna baxmayaraq, Salam Sadıqov vaxtaşırı doğma kəndinə gəlir, həmkəndlilərilə görüşür. Hər gəlişində eli-obası üçün hansısa bir iş görməyə çalışır: məktəbin təmirinə kömək edir, xeyir-şər mağarı düzəltdirir, qəbristanlığa gedən yolu abadlaşdırır.
Salam müəllim deyir ki, iri şəhərlərdən sonra uşaqlıq və gənclik illəri keçdiyi doğma yerlər onun ruhuna sakitlik gətirir, mənən rahatlıq tapır. Tərtər şəhərinin və onun kəndlərinin abadlaşdırılması, gözəlləşməsi isə çox sevindiricidir.
İnsanların həyatında, məişətində də dəyişikliklər, yeniliklər çoxdur. İndi kənd sakinləri heç də pis yaşamırlar. İşıqlar daim yanır, evlərdə “mavi alov” şölələnir, müasir rabitə-texnologiya vasitələrindən istifadə olunur.
İş adamının ürəyincə olan bir məsələ də var ki, bu da elində-obasında insanların milli-mənəvi dəyərlərimizi daim uca tutmasıdır. O deyir ki, sürətli dəyişikliklər dövründə Əksiparada insanlar arasında saf münasibətlər, böyüyə-kiçiyə hörmət, torpağa, yurda bağlılıq əvvəlki kimi qalmaqdadır.
Ceyran QULİYEVA
Teqlər: Digər
Yeni ismarıclar