Bakıda Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı “Caspian Aqro” sərgisi keçirilmişdir. Bu il “Caspian Aqro” 2015 sərgisində ABŞ, Almaniya, İspaniya, İtaliya, Fransa, Koreya, Niderland Krallığı, Rusiya, Türkiyə, Ukrayna, Yunanıstan, ilk dəfə olaraq Şri-Lanka, İordaniya və bazarının mənimsənilməsi istiqamətində ilk addımlarını atan bir çox yerli şirkətlər təmsil olunmuşdur.
Ümumilikdə sərgidə dünyanın 35 ölkəsinin 200-dən çox şirkəti müxtəlif kənd təsərrüfatı texnikası-nı, texnologiyaları, avadanlıqları, cins malları və s. nümayiş etdirmişdir.
Rayonumuzdan “Kaspian Aqro” 2015 sərgisində rayon icra haki-miyyəti aparatının baş məsləhət-çisi Natiq Musayev, “Patron” şir- kətinin rəhbəri Elşad Məmmədov, “Tərtər” MMC-nin təsisçisi Fərman Qurbanov və Hüsənli kəndində yerləşən eksperimental cins damazlıq kəndli-fermer təsərrüfatının rəhbəri Məhərrəm Əliyev iştiak etmişlər
-
15İylKənd təsərrüfatı 9-cu Azərbaycan Beynəlxalq Kənd Təsərrufatı sərgisi üçün şərhlər bağlıdır
Teqlər: Xəbərlər
-
15İylXəbərlər Aktual müşavirə üçün şərhlər bağlıdır
Fövqəladə Hallar Nazirliyinin Qarabağ Regional Mərkəzi Gənclər Mərkəzində Qarabağ Regional Mərkəzinin əhatə etdiyi rayonlarda “Fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində fəaliyyətin koordinasiya edilməsi məsələləri, dənli və texniki bitkilərin yığılması, daşınması və emalı dövründə təhlükəsizlik qaydaları və su hövzələrində insanların təhlükəsizliyinin təmin edlməsi” mövzularında müşavirə keçirib. Daha ətraflı »
Teqlər: Xəbərlər
-
10İylXəbərlər “BAKI-2015” I AVROPA OYUNLARI BAŞA ÇATDI üçün şərhlər bağlıdır
17 gün ərzində dünya idman ictimaiyyətinin gözü Azərbaycanda i idi. Bakı bu 17 gündə tarixdə ilk dəfə keçirilən Avropa Oyunlarına layiqincə ev sahibliyi etdi. Burada gördükləri yüksək təşkilatçılıq, xalqımızın səmimi qonaqpərvərliyi, mədəni dəyərləri minlərlə idmançını, nümayəndə heyətlərinin üzvlərini, bu Oyunları televiziya ekranlarından izləyən mil-yonlarla tamaşaçının qəlbini riqqətə gətirdi. Daha ətraflı »
Teqlər: Xəbərlər
-
10İylXəbərlər BİRİNCİ XANIM MEHRİBAN ƏLİYEVANIN ÇIXIŞI üçün şərhlər bağlıdır
– Hörmətli cənab Prezident.
Hörmətli prezident Patrik Hikki.
Əziz idmançılar.
Əziz dostlar.
Xanımlar və cənablar.
İlk Avropa Oyunlarının uğurla başa çatması və idmançılarımızın nailiyyətləri münasibətilə sizi bir daha ürəkdən təbrik edirəm. Azərbaycan öz qüdrətini, əzəmətini və birliyini dünyaya bir daha nümayiş etdirdi. Daha ətraflı »
Teqlər: Xəbərlər
-
10İylXəbərlər “BAKI-2015”: SÜLHÜN, DOSTLUĞUN, ƏMƏKDAŞLIĞIN TƏNTƏNƏSİ üçün şərhlər bağlıdır
Avropa idman tarixinin unudulmaz anlarıM.A. Əliyevanın “Heydər Əliyev” ordeni ilə təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109- cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycan Respublikasında mədəniyyətin, təhsilin, səhiyyənin və idmanın inkişafında səmərəli fəaliyyətinə, Azərbaycan xalqının mədəni irsinin beynəlxalq miqyasda geniş təbliğinə və I Avropa Oyunlarının təşkilində böyük xidmətlərinə görə Mehriban Arif qızı Əliyeva “Heydər Əliyev” ordeni ilə təltif edilsin.
Azərbaycan İdmançıları I Avropa Oyunlarında 21 qızıl 15 gümüş, 20 bürünc, cəmi 56 medal qazandılar. Ölkəmiz 50 Avropa ölkəsi sırasında ikincidir.
İlham ƏLİYEV,
azərbaycan Respublikasının prezidenti
Bakı şəhəri, 29 iyun 2015-ci il
Teqlər: Xəbərlər
-
10İylXəbərlər Yeni layihənin icrası davam edir üçün şərhlər bağlıdır
Bu yaxınlarda rayonumuzda daha bir qlobal layihənin icrasına başlanıb.
Bu, Tərtər şəhərinin və ətraf 11 kəndin içməli su və kanalizasiya sisteminin qurulması layihəsidir.
Daha ətraflı məlumat almaq məqsədi ilə rayon icra hakimiyyətinin tikinti və memarlıq şöbəsinin müdiri, baş memar Tofiq Kərimovla görüşüb söhbət etdik. O bildirdi ki, nəzərdə tutulan su və kanalizasiya sisteminin hər birinin uzunluğu 110 kilometrdir. Daha ətraflı »Teqlər: Xəbərlər
-
10İylXəbərlər Polis işçilərinin peşə bayramı üçün şərhlər bağlıdır
Tədbir iştirakçıları öncə Ulu Öndər Heydər Əliyevin Mərkəzi Meydandakı abidəsi önünə gül-çiçək dəstələri düzdülər.
Tədbir Gənclər Mərkəzində davam etdirildi.
Rayon polis şöbəsinin rəisi, polis polkovniki Rauf Məcidov tədbir iştirakçılarını bayram münasibəti ilə təbrik etdi, Azərbaycan Polisinin keçdiyi tarixi yola nəzər saldı. Polisə Ulu Öndər Heydər Əliyevin hakimiyyəti illərində böyük diqqət və qayğının göstərildiyini, hazırda bu siyasətin respublika Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini söylədi. Daha ətraflı »Teqlər: Xəbərlər
-
10İylXəbərlər Azərbaycanın Milli Qəhrəmanı Vəzir Orucovun adı verilmiş küçənin açılışı olub üçün şərhlər bağlıdır
Tərtər şəhərindəki küçələrdən birinə ölkəmizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə qəhrəmanlıqla həlak olmuş həmyerlimiz, Azərbaycanın Milli Qəhrəmanı Vəzir Orucovun adı verilib.
Bu münasibətlə rayon ictimaiyyəti nümayəndələrinin iştirakı ilə keçirilən açılış mərasimində iştirak edən rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov qəhrəmanın ömür yolundan söhbət açaraq bildirib ki, Vəzir Orucov 1956-cı ildə rayonun Xoruzlu kəndində anadan olub. Daha ətraflı »Teqlər: Xəbərlər
-
02İylXəbərlər Rayonumuzun həyatından üçün şərhlər bağlıdır
Qazlaşdırma işləri sürətlənib
III Dövlət Proqramı çərçivəsində rayonumuzdakı yaşayış məntəqələrinin qazlaşdırılması işi sürətlənib. Belə ki, rayonun Evoğlu, İsmayılbəyli kəndlərində qaz çəkilişi başa çatdırılıb. Mamırlı, Poladlı, Alışarlı, Hacıqərvənd kəndlərində son tamamlama işləri aparılır. Yaxın zamanda bu kəndlərin sakinləri də təbii qaz yanacağından istifadə edəcəklər.
Seydimli, Balakəngərli, Cəmilli, Kəngərli kəndlərində paylayıcı qaz xətlərinin çəkilişi sürətlə davam etdirilir.
Kəndlərin infrastrukturunun yaxşılaşdırılması sosial-iqtisadi inkişafı sürətləndirir.Teqlər: Xəbərlər
-
02İylXəbərlər 26 iyun Azərbaycan Silahlı Qüvvələri Günüdür üçün şərhlər bağlıdır
Hərbi hissədə tədbir
Tərtər Rayon İcra Hakimiyyətinin Başçısı, Azərbaycan Respublikasının Hərbi Prokurorluğunun və rayon ictimaiyyətinin nümayəndələri 26 iyun-Azərbaycan Silahlı Qüvvələrinin yaradılması Günü münasibəti ilə “N” saylı hərbi hissədə olublar. Tədbiri hərbi hissə komandirinin vəzifəsini icra edən zabit açaraq əsgərləri Milli Ordumuzun yaranması günü münasibəti ilə təbrik edib. Sonra Tərtər Rayon İcra Hakimiyyətinin Başçısı Müstəqim Məmmədov çıxış edərək əsgər və zabitləri bayram münasibətilə təbrik edib. Daha ətraflı »
Teqlər: Xəbərlər
Yeni ismarıclar