Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,523
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 02İyl

    Hərbi hissədə tədbir

    DSC_5768Tərtər Rayon İcra Hakimiyyətinin Başçısı, Azərbaycan Respublikasının Hərbi Prokurorluğunun və rayon ictimaiyyətinin nümayəndələri 26 iyun-Azərbaycan Silahlı Qüvvələrinin yaradılması Günü münasibəti ilə “N” saylı hərbi hissədə olublar. Tədbiri hərbi hissə komandirinin vəzifəsini icra edən zabit açaraq əsgərləri Milli Ordumuzun yaranması günü münasibəti ilə təbrik edib. Sonra Tərtər Rayon İcra Hakimiyyətinin Başçısı Müstəqim Məmmədov çıxış edərək əsgər və zabitləri bayram münasibətilə təbrik edib. Müasir Milli Ordumuzu çağdaş Azərbaycanın qurucusu, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin şah əsərindən biri adlandırıb. Rayon rəhbəri respublika Prezidenti cənab İlham Əliyevin ordu quruculuğuna göstərdiyi diqqət və qayğıdan xüsusi danışıb.
    Tədbirdə iştirak edən Azərbaycan Respublikası Hərbi Prokurorluğunda Ağır Cinayətlərə Dair İşlər Üzrə İstintaq İdarəsinin rəisi, ədliyyə polkovnik-leytenantı Mehdi Hüseynzadə əsgər və zabit heyətinə xidmətlərində uğurlar arzulayıb.
    Sonra əsgərlər qarşısında konsert proqramı olub. Tədbirdə iştirak edən nümayəndələr əsgərlərlə birgə rəqs edib, şənləniblər.
    Tədbirin sonunda hərbçilərə qiymətli hədiyyələr bağışlanıb.

    Müəllif: Redaktor, 13:49

    Teqlər:

İsmarıclar bağlıdır.