28Sen
Qurban bayramı islam dinində müqəddəs bayram- lardan biridir. Sovet rejimi dövründə xalqımız bu mərasimləri açıq şəkildə keçirə bilmirdi. Müstəqil Azərbaycanda Qurban bayramı dövlət səviyyəsində qeyd olunur. Həmin günlərdə varlılarla kasıblar arasında fərq götürülür, bütün evlərdə bayram süfrələri açılır.
Bu il rayonumuzda Qurban bayramına hazırlıq bir neçə gün əvvəl başlanmışdır. Bayram günündə isə bütün dini qaydalar gözlənilmək şərtilə heyvanların kəsimi aparıldı. Daha ətraflı »
Teqlər: Xəbərlər
28Sen
“Kainat” Tədris Mərkəzi 1993-cü ildə Bakı şəhərində təhsil və sosial layihə kimi təsis olunub. Mərkəz azyaşlıların məktəbəqədər, orta məktəbə şagird, ali məktəbə abituriyent, magistraturaya tələbə, dövlət qulluğuna kadr hazırlığı, xarici dil kursları, eləcə də müxtəlif yaş qruplarına aid məntiq və təfəkkürün inkişafına yönəlmiş çoxşaxəli tədris prosesini cəmləşdirən bir təşkilatdır. “Kainat” Tədris Mərkəzi Bakıda beş filial olmaqla ölkənin müxtəlif regionlarında filial və nümayəndəliklə fəaliyyət göstərir. Kursun qəbul imtahanına hazırladığı məzunlar adətən 600-dən yüksək bal toplamaqla seçilirlər. Daha ətraflı »
Teqlər: Xəbərlər
21Sen
21 sentyabr Beynəlxalq Sülh Günüdür. BMT bu günü 1981-ci ildə təsis edib Beynəlxalq Sülh Günü BMT-nin Nyu-Yorkdakı Baş Qərargahında yerləşən “Sülh Zəngi”nin çalınması ilə başlayır. 2007-ci ildə BMT-nin Baş katibi Pan Gi Mun həmin “Sülh Zəngi”ni çalaraq dünyanı bütün döyüş əməliyyatlarını, ədavəti 24 saat ərzində dayandırmağa və bir dəqiqəlik sükuta çağırmışdı. Baş katib “Sülh bizim missiyamızdır; gündəlik axtarışlarımızın mövzusudur”- deyə dünya ictimaiyyətini sülhə nail olmaq üçün bütün səyləri birləşdirməyə çağırır. Daha ətraflı »
Teqlər: Xəbərlər
21Sen
27 sentyabr Ümumdünya Turizm Günüdür. 1925-ci ildən Cenevrədə müxtəlif adlar altında fəaliyyət göstərən Turizm təşkilatı 1970-ci il 27 sentyabr tarixdə Ümumdünya Turizm Təşkilatı kimi formalaşıb. 1979-cu ildə Baş Qərargahı Madrid şəhərinə köçən Təşkilat 27 sentyabr – Ümumdünya Turizm Gününü təsis edib. Zəngin mədəni-tarixi irsə, əlverişli təbii şəraitə malik olan Azərbaycanda turizm sektoru sürətlə inkişaf edir. 2011-ci il isə Prezident İlham Əliyev tərəfindən “Turizm ili” elan edilib. Daha ətraflı »
Teqlər: Xəbərlər
21Sen
Azərbaycan Prezidentinin 16 avqust 2001-ci il tarixli Fərmanı ilə 20 sentyabrın hər il Azərbaycanda “Neftçilər Günü” peşə bayramı kimi qeyd edilməsi rəsmiləşdirilib.
Qeyd edilən tarix Azərbaycanda 1999-cu və 2004-cü ildə, yəni “Əsrin müqaviləsi”nin imzalanmasının beşinci və onuncu ildönümü rəsmi səviyyədə bayram kimi qeyd edilib. “Neftçilər günü”ndə adətən sənayenin bu sahəsində əldə edilən uğurlar və qarşıda duran əsas məsələlər müzakirə edilir. Həmin gün bu sahədə xüsusi xidmətlər və fədakarlıq göstərən fəhlə və mütəxəssislərə dövlət başçısının fərman və sərəncamları ilə fəxri adlar, orden və medallar verilir.
Teqlər: Xəbərlər
21Sen
Sentyabrın 18-də Azərbaycan xalqının dahi oğlu, musiqi mədəniyyətimizin korifeyi Üzeyir bəy Hacıbəyovun doğum günüdür. Həmin gün təkcə musiqisevərlərin deyil, həm də bütün xalqımızın bayramıdır. Çünki elə bir azərbaycanlı tapmaq olmaz ki, onun qəlbində Üzeyir bəyə məhəbbət, onun ölməz sənətinə hörmət hissi olmasın. Böyük bəstəkarın ad gününün bayram kimi qeyd edilməsi ənənəsinin əsasını maestro Niyazi qoymuşdur. Görkəmli bəstəkar və dirijor Niyazi Üzeyir bəyin vəfatından sonra hər il bu günü qeyd edərmiş. Üzeyir bəyin doğum gününün musiqi tariximizin ən əlamətdar hadisəsi kimi anılması tez bir zamanda ənənə halını almışdır. 1995-ci ildə isə Prezident Heydər Əliyevin fərmanı ilə dahi bəstəkarın anadan olmasının 110 illik yubileyi ərəfəsində 18 sentyabrın Milli Musiqi Günü kimi qeyd olunması qərara alınmışdır. Daha ətraflı »
Teqlər: Xəbərlər
21Sen
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırığına əsasən, bu günlərdə komanda qərargah hərbi oyunlarının keçirildiyi səhra şəraitində Müdafiə Nazirliyi ilə cəbhəboyu zonada yerləşən rayonların icra hakimiyyəti başçılarının birgə müşavirəsi keçirilib. Daha ətraflı »
Teqlər: Xəbərlər
07Sen
KURSLAR TƏŞKİL OLUNUB
2015-ci il noyabırın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərə hazırlıqla bağlı Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 27 dekabır tarixli 1938 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında insan hüquq və azadlıqların müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət proqramı”-nın seçki komissiyalarına aid olan hissəsi ilə əlaqədar 21 avqust 2015-ci il tarixdə Mərkəzi Seçki Komissiyasında Dairə Seçki Komissiyalarının sədrləri üçün müşavirə keçirilib. Müşavirədən sonra 24-26 avqust 2015-ci il tarixlərdə 95 saylı Tərtər Dairə Seçki Komissiyası Dairə Seçki Komissiyasının üzvləri və məntəqə seçki komissiyalarının sədrlərinin iştirakı ilə tədris cədvəli üzrə 3 günlük kurslar təşkil edib. Kurslarda Dairə Seçki Komissiyasının 9 üzvü və 38 seçki məntəqəsinin sədrləri iştirak ediblər. Daha ətraflı »
Teqlər: Xəbərlər
07Sen
Avropa Şurası Parlament Assambleyasının Sosial İşlər, Sağlamlıq və Davamlı İnkişaf Komitəsinin “Azərbaycanın sərhədyanı bölgələrinin sakinlərinin qəsdən sudan məh-rum edilməsi” üzrə məruzəisi xanım Milisa Markoviçin Azərbaycanda fakt-araşdırıcı səfəri çərçivəsində cəbhə bölgəsi olan Tərtər rayonunda görüşü keçirilib. Səfər çərçivəsində gələn nümayəndələri rayon icra hakimiyyətinin başçısı Müstəqim Məm- mədov qarşılayıb. Sonra görüş proqrama uyğun rayon icra hakimiyyəti başçısının otağında davam etdirilib. Daha ətraflı »
Teqlər: Xəbərlər
07Sen
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tap- şırıq və tövsiyələrinə əsasən, mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov Tərtər şəhərində bölgə vətəndaşlarını qəbul edib. Daha ətraflı »
Teqlər: Xəbərlər
Yeni ismarıclar