Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,523
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 21Sen

    c88a43689074d15b7141a5737fd3babbAzərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırığına əsasən, bu günlərdə komanda qərargah hərbi oyunlarının keçirildiyi səhra şəraitində Müdafiə Nazirliyi ilə cəbhəboyu zonada yerləşən rayonların icra hakimiyyəti başçılarının birgə müşavirəsi keçirilib.
    Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, “Cəbhəboyu zonada yerləşən hərbi hissə komandanlıqları və yerli icra hakimiyyəti orqanlarının müdafiə və təhlükəsizlik məsələləri üzrə qarşılıqlı əlaqələrinin təşkili” mövzusunda keçirilən toplantıda mövcud vəziyyət, qanunvericilik və digər rəhbəredici sənədlərlə tənzimlənən bəzi əsas tələblər, müharibə şəraitində qurumların məsuliyyəti, vəzifələri, tapşırıqları və digər vacib məsələlər müzakirə edilib.
    Müdafiə naziri, general-polkovnik Zakir Həsənov müşavirə iştirakçılarını salamlayaraq Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında xalq ilə ordunun birliyinin daha da möhkəmlənməsini xüsusi vurğulayaraq uğurla davam edən iri-miqyaslı təlimlərin gedişi barədə ətraflı məlumat verib.
    Müşavirədə cəbhədəki real vəziyyət təhlil edilərək gərginliyin artması zamanı yarana biləcək təhdid və riskləri qabaq-lamaq məqsədilə müəyyən problemlər və onların həllinin tapılması istiqamətində birgə müzakirənin keçirilməsinin zəruriliyi vurğulanıb. Qeyd edilib ki, şəxsi heyətin və cəbhəboyu zonada yaşayan əhalinin, sənaye, təsərrüfat, o cümlədən kommunikasiya qovşaqlarının və digər əhəmiyyətli obyektlərin mühafizəsi, qorunması, müdafiəsi və təhlükəsizliyinin təmin olunması qarşıda duran əsas vəzifələrdəndir. Son vaxtlar təmas xəttində vəziyyətin gərgin-ləşməsinə baxmayaraq, Silahlı Qüvvələrin şəxsi heyətinin düşmən təxribatlarının qarşısını alaraq ona ciddi zərbələr vurması, eləcə də ordumuza hər zaman dayaq olan yerli əhalinin fədakarlıq və dözüm nümayiş etdirməsi təqdirəlayiq hal kimi qiymətləndirilib.
    Birlik komandirləri yerli icra strukturları ilə sıx əlaqələr yaratdıqlarından, bu işin şəxsi heyətin döyüş və mənəvi-psixoloji hazırlığının yüksəldilməsindəki əhəmiyyətindən, eləcə də həlli vacib olan bəzi problemlərdən danışaraq bunların tezliklə aradan qaldırılması yollarını müzakirə ediblər.
    Müşavirədə Füzuli, Daşkəsən, Ağdam, Tərtər, Beyləqan, Ağcabədi, Şəmkir, Xocavənd, Gədəbəy və digər rayonların icra hakimiyyətlərinin başçıları çıxış edərək rayon ictimaiyyətinin ordu ilə əlaqələrindən bəhs edib, müdafiə və təhlükəsizlik tədbirlərinin təşkilində bundan sonra da yaxından iştirak edəcəklərini, Azərbaycan Prezidentinin tələb və göstərişlərini layiqincə yerinə yetirəcəklərini və hər zaman ordu ilə birlikdə Ali Baş Komandanın əmrlərinə hazır olacaqlarını bildiriblər.
    Müdafiə naziri müşavirədə iştirak etdiklərinə görə icra başçılarına minnətdarlığını bildirərək belə tədbirlərin davamlı olacağına əminliyini diqqətə çatdırıb.

    AZƏRTAC

    Müəllif: Redaktor, 10:03

    Teqlər:

İsmarıclar bağlıdır.