Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,523
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 29Okt
    Ədəbiyyat ŞEİRLƏR TANRININ PIÇILTISIDIR üçün şərhlər bağlıdır
    Tofiq Yusif

    ÖMRÜMÜN  PAYIZI

    Ömrün  payızında qarşıma çıxdın –

    Daha çiçəyim yox, daha gülüm yox.

    Odumla mən səni yandıracaqdım…

    Daha ocağım yox, daha külüm yox.

     

    Qurumuş dəryada mən – sınmış qayıq,

    Sən gülə, mən çürük kötüyə tayıq.

    Ürəyin Füzuli eşqinə layiq,

    Mənim o sevdaya layiq könlüm yox.

     

    Sənə məhəbbətdir, mənə qəmdir yaz,

    Sənə layla, mənə dərd – ələmdir saz.

    Sənə bulaq qıyan mənə şeh qıymaz,

    Daha bundan betər qara günüm yox.

     

    Mən –xəzəl, sən isə yamyaşıl yarpaq,

    Bu dünya sənə eşq, mənə dağdır, dağ.

    Qəlbim –susuzluqdan çatlamış torpaq,

    Daha yağışım yox, daha selim yox.

     

    Dərdimi açası deyim qalmayıb,

    Səni sevməyə də heyim qalmayıb.

    Kəfəndən savayı geyim qalmayıb,

    Bundan ağır sitəm, ağır zülüm yox.

     

    Gedir, yaşamağın həvəsi gedir,

    Gedir, bir şairin nəfəsi gedir.

    Allahın da məndən zəhləsi gedir—

    Mənə əzab verir,  amma ölüm yox.

     

    Ağrılar yüküyəm mən Tofiq adda,

    Halıma göynəyir qohum da, yad da.

    Canlı kölgəymişəm mən bu həyatda—

    Bir izə dönəsi ayım, ilim yox.

    Daha ətraflı »

    Teqlər:

  • 19Okt
    Ədəbiyyat BƏZİ SÖZLƏRİN YAZILIŞINDA OLAN DƏYİŞİKLİKLƏR üçün şərhlər bağlıdır

    Müasir Azərbaycan ədəbi dili mükəmməl, sabit normalara malikdir və bu, dilin dəyişməzliyindən irəli gəlir. Həmin normalar müəyyən tarixi təkamülün nəticəsidir. Bu normal dialekt və şivələrdəki, xalq danışıq dilindəki qeyri-mükəmməl və qeyri-sabit normalardan fərqlənir. Dilin daxili quruluşunu onun fonetikası, leksikası və qrammatikası təşkil edir. Buna uyğun olaraq ədəbi dilin aşağıdakı normaları meydana çıxır.
    1. Fonetik norma.
    2. Leksik (leksik-semantik) norma.
    3. Qrammatik (morfoloji və sintaktik) norma.
    Orfoepik və orfoqrafik normalar dilimizin fonetik və qrammatik normaları əsasında yaranır. Ümumxalq dilində söz müxtəlif variantlarda işlənsə də, ədəbi dildə ancaq bir variantda tələffüz olunur və yazılır. Daha ətraflı »

    Teqlər:

  • 28Sen
    Ədəbiyyat DİLİMİZ QÜRUR MƏNBƏYİMİZDİR üçün şərhlər bağlıdır

    Hər bir millətin varlığının mühüm amillərindən biri olan ana dili onun qürur mənbəyidir.
    Azərbaycan xalqı zaman-zaman represiyalara məruz qalsa da öz ana dilini qoruyub saxlamışdır: Xalqın alov dilli şairi Xəlil Rza Ulutürk böyük qürur hissi ilə söyləyib.
    Yaddan çıxmaz ana dilim,
    Doğransam da dilim-dilim…
    Bəli, bu işdə bədii söz ustalarının, ədəbiyyatımızın korifeylərinin əvəzsiz xidmətləri vardır. Onlar ümumxalq dilinə həmişə fəal münasibət bəsləmiş, onun zənginləşməsi və hərtərəfli inkişafı üçün böyük fədakarlıqlar göstərmişlər.
    Dilimiz milli sərvətimizdir. Bu gün bizim tədris proqramında dilimizi tam şəkildə ifadə etmək, öyrətmək üçün geniş imkanlar var. Ancaq dili yalnız proqram çərçivəsində tədris etməklə kifayətlənmək olmaz. Ana dilimizi tədris edən müəllim əlisilahlı əsgər kimi onun keşiyini çəkməli və dilimizi sevdirməyi bacarmalıdır. Daha ətraflı »

    Teqlər:

  • 20Sen
    Ədəbiyyat TƏBRİK EDİRİK! üçün şərhlər bağlıdır

    Bu günlərdə həmyerlimiz Talıb Həsənoğlunun (Məmmədlinin) “Dünya, məni əyləndirmə, düşündür” adlı ilk şeirlər kitabı çapdan çıxıb. Bu topluda şairin müxtəlif illərdə yazdığı poetik nümunələr cəmlənib.
    Kitabın redaktoru İdrak Rəhimoğludur. Məcmu “Gənclik” nəşriyyatında çap olunub.
    Kitaba yazdığım ön söz əvəzinin “Yeni Tərtər” qəzetində dərc olunmasını Talıb Həsənoğlunun bir təbrik kimi qəbul edəcəyinə inanıram.

    ŞAİR BELƏ OLAR

    Aqillər Həzrəti Sözə elə zirvə ucalığında hörmətlə, ehtiyatla və həssaslıqla yanaşıblar ki, onun dəyərinə, saflığına və müqəddəsliyinə xələl gəlməsin. Sözün qüdrətinə bax ki, Tanrı “Ol!” deməklə kullü kainat bərqərar olub. Yəni Həzrəti Söz Tanrıdan sonra ikincidir, bütün varlığın fövqündə dayanır. Sözə səcdə etmək gərəkdir ki, səni hər yerdə hörmətə-izzətə mindirsin.
    İndiki dövrdə adamları peşəsinə görə bir neçə qismə bölürlər: “iş adamı”, “vəzifə adamı”, “din adamı”, “küçə adamı”, “bazar adamı”… və nəhayət, “söz adamı”. Daha ətraflı »

    Teqlər:

  • 20Sen
    Ədəbiyyat “ÖLÜMSÜZ ÖMÜRLƏR”in MÜƏLLİFİNƏ üçün şərhlər bağlıdır

    Mənə hədiyyə etdiyiniz “Ölümsüz ömürlər” adı altıncı kitabınızı oxudum. Müəllif sözünüz məni kövrəltdi.
    Ulu Tanrı hərəyə bir ömür payı verir. Bu az zaman kəsiyində hər kəs ona bəxş olunan əmanət ömrü bir cürə yaşayır. Siz 82 il yaşadığınız ömrü vicdanla, şərəflə yaşamısınız. Həmişə alnıaçıq, şax gəzmisiniz. Çünki uzun müddət müxtəlif vəzifələrdə işləsəniz də, heç vaxt haqqı nahaqqa verməmisiniz, halal adamsınız.
    Aramızda yaş fərqi çox olsa da, hələ lap məktəb illərindən-1980-ci illərdən Sizinlə səmimi münasibətimiz olub. Özünüzə, qələminizə, yaradıcılığınıza böyük hörmətim var. Bu gün də dostuq, çünki yaradıcı insanlar bir-birlərini daha yaxşı başa düşürlər.
    “Qızıl qələm” mükafatçısı, “Şərəf” nişanı ordenli, jurnalist adını hər şeydən uca tutan Qədir Allahverdiyev! Daha ətraflı »

    Teqlər:

  • 20Sen
    Ədəbiyyat “QƏLBİMDƏ DÜNYANIN DƏRDİ GECƏLƏR” üçün şərhlər bağlıdır

    Həmyerlimiz Arif Əzizbəylinin ikinci şeirlər kitabı–“Qəlbimdə dünyanın dərdi gecələr” çapdan çıxıb.
    Kitabda toplanmış şeirlərin əsas qayəsini Vətən və vətəndaşlıq mövqeyi, təbiətə vurğunluq və eşqin müqəddəsliyi təşkil edir.
    Kitabın ön sözü əvəzinə müəllifin yazdığı fikirlərin bir hissəsini oxuculara çatdırmaqla ümumi fikir yaradacağımızı düşündük.

    Müəllifdən
    Məni bir mən bilirəm, bir də Yaradan, mənə bir mən lazımam, bir də anlayan.
    Mövlana Cəlaləddin Rumlu
    Əziz oxucu, əgər səndə Vətənə və vətəndaşı olduğun dövlətə xəyanət, uşaq qatillərinə rəğbət varsa, vəzifə üçün, mövqe üçün, qarnın üçün çörəyini yediyin, suyu ilə, havası ilə bəsləndiyin millətə xəyanət etməyə hazırsansa, bu kitabı oxuyub vaxtını havayı keçirmə…
    Daha ətraflı »

    Teqlər:

  • 10Sen
    Ədəbiyyat AZƏRBAYCAN DİLİNDƏ YAD ÜNSÜRLƏR üçün şərhlər bağlıdır

    Azərbaycan dili türk dilləri ailəsinin oğuz qrupuna daxil olan qədim və zəngin bir dildir. Eramızdan əvvəl I minillikdə meydana gəlmiş və eramızın I minilliyində bir dil kimi formalaşmış, XVI əsrdə Şah İsmayıl Xətainin hökmdarlığı dövründə dövlət səviyyəsinə çatmış və dövlət dili elan edilmişdi. Dilimiz neçə əsr bundan əvvəl indiki kimi səlis və rəvan deyildi. Bu gün isə Azərbaycan dili kamil quruluşa, zəngin söz ehtiyatına, geniş ifadə imkanlarına, mükəmməl əlifbaya, yüksək səviyyəli yazı normalarına malik bir dildir. Müstəqillik qazanandan bəri Azərbaycan dili dünya dilləri səviyyəsinə qədər yüksəlib, yüksək tribunalardan səslənən bir dil olub, dövlətlərlə sazişlər bu dildə imzalanır, əsrin müqavilələri bu dildə bağlanır. Bu gün Azərbaycan dili siyasi müzakirələr, mədəni yığıncaqlar, elmi simpoziumlar dilidir. Daha ətraflı »

    Teqlər:

  • 11İyl

    ATA

    Ədəbiyyat ATA üçün şərhlər bağlıdır

    Mənim hər dərdimə şərik olursan,
    Ömrümə xoş arzu, diləksən, ata!
    Çox şükür, nə yaxşı yanımda varsan!
    Sən mənə arxasan, dirəksən, ata.

    İstəsən, canımı sənə verərəm,
    Daim gözlərində qayğı görərəm.
    Yanımda olmasan mən nə edərəm?
    Sən mənə hər zaman köməksən, ata!

    Məni candan sevən qardaşım olsa,
    Nə qədər yoldaşım, sirdaşım olsa,
    Lap qocalsam belə, yüz yaşım olsa,
    Yenə də sən mənə gərəksən, ata.

    Zərifə ƏSGƏRZADƏ,
    Tərtər şəhər 1 saylı tam orta məktəbin üçüncü sinif şagirdi

     

    Teqlər:

  • 08May
    Ədəbiyyat “ÖMRÜN MƏTBUATDA KEÇƏN 50 İLİ” üçün şərhlər bağlıdır

    Tərtər Rayon Gənclər Mərkəzində “Yeni Tərtər” qəzetinin baş redaktorunun müavini, “Qızıl Qələm” mükafatı laureatı Svetlana Bağırovanın əmək fəaliyyətinin 50 illiyinə həsr olunmuş “Ömrün mətbuatda keçən 50 ili” adlı tədbir keçirilib.
    Tədbirdə rayon ictimaiyyətinin nümayəndələri ilə birgə rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov, Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin üzvü, Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri Umud Mirzəyev, Azərbaycan Mətbuat Şurasının Ahıl Jurnalistlər Məclisinin Qarabağ Bürosunun sədri Ziyəddin Sultanov, “Yeni Tərtər” qəzetinin kollektivi, jurnalistin keçmiş iş yoldaşları və ailə üzvləri iştirak ediblər. Daha ətraflı »

    Teqlər: ,

  • 09Fev
    Ədəbiyyat POEZİYA GUŞƏSİ üçün şərhlər bağlıdır

    NƏ İŞİM VARDI

    Atam istəmişdi. Anam gətirdi,
    Mənim bu dünyada nə işim vardı?
    Ömrüm varaqlarda sətir-sətirdi,
    Mənim bu dünyada nə işim vardı?

    Kimisə tamladı – yarı göndərdi,
    Bir ballı çiçəyə arı göndərdi.
    Gəlməyim yox idi, Tanrı göndərdi,
    Mənim bu dünyada nə işim vardı?

    Tapdı qılığımın çəmin kimisi,
    Heyranım kimisi, qənim kimisi.
    Burda arta bilməz mənim kimisi,
    Mənim bu dünyada nə işim vardı?

    Varmı bir bəxtəvər özünnən əmin?
    Qoy durum başına dolanım həmin.
    Yavanlıq olmadı dişimə mənim,
    Mənim bu dünyada nə işim vardı? Daha ətraflı »

    Teqlər: