2017-ci ilin 9 ayı ərzində Tərtər rayonunda iqtisadiyyatın əsas sahələri üzrə ümumi məhsul buraxılışının həcmi 210 milyon 960,4 min manat olmuşdur. Əvvəlki ilin müvafiq dövrünə nisbətən ümumi məhsul buraxılışının həcmi 99,8 faiz artmışdır. Məhsul və xidmətlərin 77,6 faizi istehsal sahələrinin, 22,4 faizi xidmət sahələrinin payına düşmüşdür.
2017-ci ilin 9 ayında ümumi məhsul buraxılışının 107 milyon 718,6 min manatı və ya 51,1 faizi tikinti-quraşdırma işlərinin, 52 milyon 117,5 min manatı və ya 24,7 faizi kənd təsərrüfatının, 44 milyon 810,1 min manatı və ya 21,2 faizi ticarət sektorunun, 3 milyon 911,5 min manatı və ya 1,9 faizi sənaye sektorunun,1 milyon 974,4 min manatı və ya 0,9 faizi nəqliyyat sektorunun, 428,3 min manatı və ya 0,2 faizi informasiya və rabitə sektorunun hesabına formalaşmışdır.
TƏRTƏR RAYON
STATİSTİKA İDARƏSİ


Bu günlərdə rayon Gənclər Mərkəzində “Müasir mərhələdə dövlət məşğulluq siyasətinin gücləndirilməsi, bu sahədə mövcud olan problemlərin həlli və əhalinin səmərəli məşğulluğunun təmin edilməsi” mövzusunda “dəyirmi masa” keçirilib. “Dəyirmi masa”da rayonda fəaliyyət göstərən 25-ə qədər idarə, müəssisə və təşkilatların nümayəndələri iştirak edib.
Tərtər Rayon İcra Hakimiyyəti və YAP Tərtər Rayon Təşkilatı birgə Yeni Azərbaycan Partiyasının yaradılmasının 25-ci ildönümünə həsr olunmuş tədbir keçirdilər. Öncə Ulu Öndər Heydər Əliyevin abidəsi önünə gül-çiçək dəstələri qoyuldu.
Tərtər Rayon İcra Hakimiyyəti hörmətli ziyalı, tədqiqatçı, folklorşünas, şairə-publisist, uzun illər rayon qəzetinin ştatdankənar müxbiri kimi səmərəli fəaliyyət göstərən Nubar Mədətlinin anadan olmasının 84 illiyi münasibətilə redaksiyada tədbir keçirib.
Dünyaya gələn hər bir körpə çiçək kimi gözəldir. Amma təəssüf ki, bəzən biz valideynlər, müəllimlər, bütövlükdə cəmiyyət bu zərif çiçəkləri lazımınca qoruya bilmirik. Buna görə də onlar hələ açılmamış solurlar. Bəs, nədir bunun səbəbi? Hansı bəlalardır balalarımızı uçuruma aparan? Elə bir yol ki, ordan qayıtmaq ya mümkün deyil, ya da olduqca çətindir.
Tərtər Rayon İcra Hakimiyyətinin və Yeni Azərbaycan Partiyası Tərtər Rayon Təşkilatının birgə təşkilatçılığı ilə Yeni Azərbaycan Partiyasının yaradılmasının 25 illik yubileyi münasibəti ilə genişmiqyaslı ağacəkmə aksiyası keçirildi.
Tərtər rayon Heydər Əliyev Mərkəzində Bakı şəhər Heydər Əliyev Mərkəzinin əməkdaşları ilə birlikdə “Heydər Əliyev irsinin öyrənilməsi, təbliği və tədqiqində Heydər Əliyev Mərkəzlərinin rolu” mövzusunda tədbir keçirilib.
Rayon icra hakimiyyəti başçısının bu dəfəki səyyar qəbul-görüşü Əskipara kəndində keçirildi.
“Yeni Tərtər” qəzeti ərazi ilk partiya təşkilatı tərəfindən Yeni Azərbaycan Partiyasının 25 illiyinə həsr olunmuş yığıncaq keçirildi.
Azərbaycan Respublikası Baş nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov Tərtər rayonunda məcburi köçkünlər üçün inşa edilən yaşayış məhəlləsində aparılan son tamamlama işləri ilə tanış olub.
Yeni ismarıclar