Oktyabrın 21-də Suqovuşanda avarçəkmə üzrə “Mingəçevir reqatası-2022”nin təntənəli açılış mərasimi olub. Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Sonra iştirakçı ölkələrin təqdimatı olub.
Tədbirdə Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının (AKAF) baş katibi Fərhad Əliyev, Türkiyə Kanoe Federasiyasının prezidenti Alper Kabakçı, Serbiya Avarçəkmə Federasiyasının İdarə Heyətinin üzvü Duşan Kovaçeviç və Macarıstan Məşqçilər Komitəsinin sədri Zoltan Olferdi çıxış ediblər.
Sonda yarış iştirakçılarına uğurlar arzulayan gənclər və idman naziri Fərid Qayıbov reqatanı açıq elan etdikdən sonra mərasimdə iştirak edən ikinci Vətən müharibəsinin iştirakçıları və qaziləri salamlanıb.
Reqatada Azərbaycanla yanaşı, Türkiyə, Gürcüstan, Özbəkistan, Bolqarıstan, İtaliya, Macarıstan, Moldova, Polşa, Qazaxıstan, Rumıniya, Serbiya, Sloveniya və Ukrayna komandalarından 150-dək idmançı mübarizə aparır.
Turnirin birinci günündə yarışlar Suqovuşanda keçirilib. Oktyabrın 22-23-də “Mingəçevir Reqatası” yarışı “Kür” Olimpiya Tədris-İdman Mərkəzində davam edəcək. Mingəçevirdə avarçəkənlər həm kayak və kanoe, həm də akademik növlərdə mübarizə aparacaqlar.



Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə xanım Əliyeva Türkiyə, Pakistan, Mərakeş, İndoneziya, Moldova, Yaponiya, Honq Konq, Şimali Kipr, Qırğızıstan, İran, Özbəkistan, Qazaxıstan, Macaristan, Çin və Koreyanın ombudsmanları, milli insan hüquqları təsisatlarının rəhbərləri və əməkdaşları, habelə beynəlxalq təşkilatların və vətəndaş cəmiyyəti institutlarının nümayəndələri ilə birlikdə 44 günlük Vətən müharibəsində Tərtər rayonuna dəymiş ziyanla tanış olublar.
Mərkəzi icra hakimiyyəti orqanlarının və digər idarəetmə qurumlarının rəhbərlərinin 2022-ci ilin oktyabr ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov Tərtər rayonunda vətəndaşları qəbul edib.
Bu gün – oktyabrın 20-si Zəngilan rayonunun Ermənistan Silahlı Qüvvələrinin işğalından azad edilməsinin ildönümüdür.
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov 80 şagird yerlik Azad Qaraqoyunlu kənd ibtidai məktəbində mövcud şəraitlə yaxından tanış olub, məktəbin pedaqoji və şagird kollektivi ilə görüşüb, onların qayğıları ilə maraqlanıb.
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovun növbəti səyyar qəbul-görüşü rayonun Azad Qaraqoyunlu kənd İƏD üzrə nümayəndəliyinin İlxıçılar kəndində keçirilib.
Tərtər Rayon İcra Hakimiyyətinin Başçısı Müstəqim Məmmədov Milli Məclisin deputatı Sahib Alıyevin köməkçisi Ədalət Həsənov, Vətən Müharibəsi qaziləri və veteranları ilə birlikdə rayonun Hüsənli kənd sakini, 3-cü qrup Vətən Müharibəsi əlili Əhmədov Nəciməddin Natiq oğlunun toy mərasimində iştirak edib.
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovun şəhidlərin ikinci ildönümü ilə əlaqədar onların ailələrini ziyarət etməyi davam edir. Rayon rəhbəri növbəti dəfə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Tərtər rayon şöbəsinin rəisi Elşən Abdullayev və YAP rayon Təşkilatının sədri Eldar Əsədovla birlikdə Kəlbəcər rayonundan məcburi köçkün, rayonun Şıxarx qəsəbəsində məskunlaşmış şəhid Məmmədov Elşən Dağıstan oğlunun ailəsində olub, onlara baş sağlığı verib, ailənin qayğıları ilə maraqlanıb.
Tərtər İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov YAP Rayon Təşkilatının və rayon Ağsaqqallar Şurasının sədirləri ilə birlikdə rayonun Dəmirçilər kəndində şəhid İsmayıllı Şamil Kamil oğlunun ailəsində olub, şəhidin ikinci ildönümü ilə əlaqədar ailə üzvlərinə baş sağlığı verib, ailənin qayğıları ilə maraqlanıb.
Tərtər Rayon İcra Hakimiyyəti başçısı Müstəqim Məmmədov YAP rayon Təşkilatının sədri Eldar Əsədovla birlikdə rayonun Qaradağlı kəndində şəhid Məmmədli Sənan Səlim oğlunun şəhadətə qovuşmasının ikinci ildönümü ilə əlaqədar ailəsini ziyarət edib, başsağlığı verərək, qayğıları ilə maraqlanıb.
Yeni ismarıclar