Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,523
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 12İyn
    Təhsil “ Son zəng” məzunları müstəqil həyata səslədi üçün şərhlər bağlıdır

    May ayının 29-30-da rayonun 34 tam, 10 ümumi orta məktəbində “Son zəng” çalındı. Cari tədris ilində tam orta məktəblərini 693, ümumi orta məktəblərini isə 801 şagird bitirdi. Məzunlardan 338 nəfəri ali məktəblərə daxil olmaq üçün sənəd verib. Rayon icra hakimiyyətinin, idarə, müəssisə və təşkilatların nümayəndələri də “Son zəng” tədbirinə qatıldılar. Bütün ümumtəhsil məktəblərində tədbir dövlət bayrağının meydana gətirilməsi, Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə başlandı.

    Şəhər 1 saylı tam orta məktəb
    DSC_3956Məktəb bayramsayağı bəzədilmişdir. Üzlərdən sevinc, təbəssüm oxunurdu. Çünki məktəbdə “Son zəng” tədbiri keçirilirdi. Mərasimdə məktəbin müəllim və şagird kollektivi, valideynlər və ictimaiyyətin nümayəndələri iştirak edirdilər. Tədbiri məktəbin direktoru Nəcibə Muradova açaraq toplaşanları “Son zəng” münasibətilə təbrik etdi. Sonra onbirincilərin tərtib etdikləri bədii nümunələr ifa olundu. İlk Avropa Oyunlarının rayonumuzdakı məşəldarlarından beş nəfəri məhz 1 saylı tam orta məktəbin yetirmələri olduğu üçün burada məşəl şölələndi. Tədbir böyük coşğu ilə keçirildi. Tərtər Rayon İcra Hakimiyyətinin Başçısı Müstəqim Məmmədov çıxışında məktəbin builki 57 məzununa, onların on bir ildə əziyyətini çəkmiş müəllimlərinə və valideynlərinə xoş arzularını bildirdi. Daha ətraflı »

    Teqlər:

  • 12İyn
    Təhsil Rəsul Rza-105 üçün şərhlər bağlıdır

    “Mən istəyirəm: güllər açılsın, güllələr açılmasın”

    DSC_3614Bu misraların müəllifi XX əsr Azərbaycan poeziyasının novator şairi Rəsul Rzadır. Ulu Öndər Heydər Əliyev şair haqqında demişdir: “Rəsul Rza zəngin milli ədəbi ənənələrdən istifadə edərək Azərbaycan poeziyasında novator şair kimi çıxış etmiş, Azərbaycan poeziyasını zənginləşdirmişdir.” Məhz buna görə də illər ötdükcə, onun yaradıcılığı öz aktuallığını itirmir və sevilə-sevilə oxunur.
    Bu günlərdə şəhər 1 saylı tam orta məktəbində şairin anadan olmasının 105 illiyi münasibətilə “Rəsul Rzanın söz dünyası” adlı ədəbi-bədii gecə keçirilmişdir. Daha ətraflı »

    Teqlər:

  • 12İyn
    Təhsil Riyaziyyat gecəsi üçün şərhlər bağlıdır

    DSC_3600Şəhər 1 saylı tam orta məktəbində Ulu Öndər Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr olunmuş “Ri-yaziyyat gecəsi” keçirilmişdir. Tədbirdə məktəbin yuxarı sinif şagirdləri iştirak etmişlər.
    Sinif rəhbərləri Sevda Vəliyeva və Samirə Həsənova çalışmışlar ki, bu tədbirdə şagirdlər Ümummilli Lider Heydər Əli-yevin həyatının unudulmaz səhifələri, onun Azərbaycana, öz xalqına olan dərin məhəbbəti, gənclərə, onların maarifləndirilməsinə göstərdiyi qayğı barədə daha ətraflı məlumat alsınlar. Daha ətraflı »

    Teqlər:

  • 16May
    Təhsil Peşəyönümü aktual məsələdir üçün şərhlər bağlıdır

    Bu günlərdə Tərtər rayon Məşğulluq Mərkəzinin işçiləri şəhər 6 saylı tam orta məktəbində peşəyönümü ilə əlaqədar tədbir keçirdilər.
    Tədbiri rayon məşğulluq mərkəzinin direktoru Azər Ağayev açaraq peşəyönümü ilə əlaqədar ətraflı məlumat verdi. Daha ətraflı »

    Teqlər:

  • 16May
    Təhsil Bilik yarışı üçün şərhlər bağlıdır

    DSC_2264Tərtər rayon Gənclər və İdman İdarəsi və Tərtər Rayon Təhsil Şöbəsi tərəfindən rayonun ümumtəhsil məktəblərinin 11-ci sinif şagirdləri arasında “Bilik yarışı” keçirilmişdir.
    Yarış iştirakçıları Ulu Öndərin əziz xatirəsini bir dəqiqəlik sükutla yad etmişlər. Sonra türk dünyasının dahi siyasətçisinin həyatına həsr olunmuş videoçarx nümayiş etdirilmişdir. Daha ətraflı »

    Teqlər:

  • 11Apr
    Təhsil Müəllimlərin seminarı üçün şərhlər bağlıdır

    SDC19445Azərbaycan Müəllimlər İnstitutunun Mingəçevir filialının nümayəndələri “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın icrası istiqamətində “Müəllim bilik, bacarıq və peşəkarlığı ilə təlim-tərbiyə prosesində əsas simadır” mövzusunda Tərtər şəhər 1 saylı tam orta məktəbində seminar keçirmişlər. Seminarda rayonun bir sıra məktəblərindən 100-ə yaxın müəllim iştirak etmişdir.

    Tədbiri giriş sözü ilə Tərtər rayon Təhsil Şöbə-sində metodkabinetin direktoru İntiqam Nuruyev açdı. Daha ətraflı »

    Teqlər:

  • 31Mar
    Təhsil Gəncliyin inkişaf strategiyası üçün şərhlər bağlıdır

    Gənclər hər bir ölkənin istimai-siyasi, sosial-mədəni həyatında mühüm rola malik bir qüvvədir. Gənclərə verilən dəs-tək həm də ölkənin firavan gələcəyinə yatırımdır. Bu gün həyata keçirilən dövlət siyasətinin önəmli tərkib hissəsini məhz gənclər siyasəti təşkil edir. Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən «2015-2025-ci illərdə Azərbaycan gənc-lərinin İnkişaf Strategiyası»nın təsdiq edilməsi haqqında Sərəncamı dövlətin gənclərə xüsusi diqqətinin ifadəsidir. Daha ətraflı »

    Teqlər:

  • 18Mar
    Təhsil Ana dilini sevək və sevdirərək qoruyaq üçün şərhlər bağlıdır

    Doğma Dil, doğma Vətən, doğma Ana!

    277c46f22055061c59b6dcc2e2bc7909ana diliBunlar eyni məfhumlardır. Çünki ananı sevməsən, vətəni sevə bilməzsən. Ananı, vətəni sevdiyini ifadə etmək üçün ürəyindəkiləri söyləməyə dil lazımdır. O dil ki, doğma anamızın dilidir. Dili bizə anamız öyrətdiyinə görə də Ana dili adlanır bu dil. Hər bir xalqın öz ana dili var və öz dili ilə tanınır. Bizim də ana dilimiz Azərbaycan dilidir. Bizim ana dilimiz poeziya dilidir, şirin layla dilidir, qəlbləri oxşayan mahnı dilidir. Bizim ana dilimiz dosta məhəbbət, düşmənə nifrət dilidir, bu dil xəstələrə məlhəm dili və ən ülvi hissləri ifadə etməyə qadir olan bir dildir. Biz bütün əsərləri, elmləri öz doğma dilimizdə oxuyur və öyrənirik. Deyilənə görə əgər bir xalqın dilini əlindən alsan, o xalq məhv olub gedər. Daha ətraflı »

    Teqlər:

  • 10Mar
    Təhsil Qayğıkeş ziyalı qadın üçün şərhlər bağlıdır

    Qayğıkeş ziyalı qadın

    новый-11975-ci ildə Gəncə Pedaqoji Universitetini fərqlənmə diplomu ilə bitirən Məxmər Cəfərovanın həyatında bir iş yeri olub – Qapanlı kənd tam orta məktəbi. Orta təhsilini əla qiymətlərlə başa vuran  Məxmər müəllim uzun illərdir ki, biliyini, bacarığını doğma kəndinin övladlarının maariflənməsinə sərf edir. Məktəbin direktoru Fitat Əliyeva deyir ki, bu müəllimin dərs dediyi şagirdlər riyaziyyatdan daim yüksək bal toplayır və ali məktəblərə qəbul zamanı uğur qazanırlar.

    Məxmər müəllim öz yetirmələri ilə haqlı olaraq fəxr edir. Onlardan Tahirə müəllim hal-hazırda özü ilə çiyin-çiyinə çalışır və vaxtilə müəlliminin ona öyrətdiyi və sevdirdiyi riyaziyyat fənnini şagirdərinə həvəslə tədris edir. Daha ətraflı »

    Teqlər:

  • 10Mar
    Təhsil Sevimli müəlliməm üçün şərhlər bağlıdır

    5656565656

    Mən anam qədər sevdiyim müəlliməmdən danışmaq istəyirəm. O,1980-ci ildə ilk pedaqoji fəaliyyətinə başlayıb. Se- vinclə əlinə jurnal alıb sinif ota-ğına daxil olan müəllimə gülərüzlə 1-ciləri salamlayıb. Haqqında danışdığım şəxs Umudlu kənd tam orta məktəbinin  müəllimi Kifayət Aslanovadır.

    İlk dəfə sən tutdun körpə əlimdən

    «Ana» kəlməsini dəftərə yazdım. Daha ətraflı »

    Teqlər: