Mən anam qədər sevdiyim müəlliməmdən danışmaq istəyirəm. O,1980-ci ildə ilk pedaqoji fəaliyyətinə başlayıb. Se- vinclə əlinə jurnal alıb sinif ota-ğına daxil olan müəllimə gülərüzlə 1-ciləri salamlayıb. Haqqında danışdığım şəxs Umudlu kənd tam orta məktəbinin müəllimi Kifayət Aslanovadır.
İlk dəfə sən tutdun körpə əlimdən
«Ana» kəlməsini dəftərə yazdım.
İndi mən 2-ci sinifdə oxuyuram. Dərs əlaçısıyam. Qürurla deyirəm: «Yaxşı ki, Kifayət As-lanova mənim müəllimimdir!»
Mən fürsətdən istifadə edərək 8 mart Beynəlxalq Qadınlar bayramı münasibətilə öz sevimli və əziz müəlliməmi təbrik edir, ona həyatda cansağlığı, bəxtəvərlik və səadət arzulayıram.
Elvin Həşimli