(Qədir Allahverdiyev)
Qədir Hüsü oğlu Allahverdiyev (Qədir Tərtərli) o insanlardandır ki, belələri haqqında deyirlər:”o, həyata yazıb-yaratmaq üçün gəlmişdir.” Bu arzu gənclik illərində onu o zamankı ADU-nun, indiki Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinə gətirmiş, burada həmin dövrün dəyərli ziyalılarından dərs almış, çoxları ilə tələbə yoldaşı olmuş və bu yoldaşlıq ömürlük davam etmişdir.
Universiteti bitirdikdən sonra savadı, bədii yaradıcılığa böyük həvəsi olan gənc jurnalistə Bakıda iş təklif etsələr də, 5 il gözünü yola dikib oğlunun yolunu gözləyən anasının arzusu ilə o, yenidən Tərtərə, doğma Əskipara kəndinə qayıdır.
1958-ci ildə o zaman Tərtərdə raykom katibi işləyən Nadir Rüstəmov Qədir müəllimi “Qızıl Bayraq” qəzetinə işə göndərir. Beləliklə də ilk dəfə olaraq ali təhsilli jurnalist redaksiyamızda fəaliyyətə başlayır.
Qəzetimizin 90 illik yubileyi qarşısında Qədir müəllimin qonağı olduq. Qəzetimizlə bağlı xatirələrini dinlədik.
“Mənim həyat romanım” kitabından: ” Aradan çox keçməmiş qəzet simasını büst-bütün dəyişdi. Əvvəllər rast gəlinən nöqsan və çatışmazlıqlar aradan qaldırıldı. Hər nömrədə verilən oxunaqlı yazılar, oçerk, felyeton, eləcə də digər satirik və yumoristik məqalələr oxucuların böyük marağına səbəb oldu. Daha ətraflı »
Yeni ismarıclar