Azərbaycanın Milli Qəhrəmanı Vəzir Orucovun adı verilmiş küçədə təmir-abadlıq işləri aparılıb, istinad divarları bəzək daşları ilə üzlənib, gecə işıqlanma sistemi quraşdırılıb, asfalt örtüyü salınıb və girişdə Vəzir Orucovun barelyefi qoyulub. Milli Qəhrəman Mübariz İbrahimovun və “Azərbaycan Bayrağı” ordenli Mehrac Mahmudovun adları yeni verilmiş küçələrdə də onların barelyeflərinin quraşdırılması üçün hazırlıq işləri görülür.
-
18AvqXəbərlər QƏHRƏMANL ARIN ADLARI VERİLƏN KÜÇƏLƏRDƏ üçün şərhlər bağlıdır
Teqlər: Xəbərlər
-
18AvqDigər Yurd həsrətindən dərdə düşənlər üçün şərhlər bağlıdır
Ağdam rayonunun Ermənistan silahlı qüvvələri tərəfindən işğalından 22 il ötdü.
1993-cü ilin iyun-iyul aylarında Gəncədə və Bakıda baş verən hadisələr ermənilərə Qarabağ cəbhəsində qanlı əməliyyatları artırmağa imkan yaratdı. Ağdam özünümüdafiə batalyonları erməni silahlı birləşmələri ilə döyüşlərə girdi. Ancaq heç bir yerdən kömək almayan batalyonun döyüşçüləri geri çəkilməyə məcbur oldular. 43 gun düşmənə sinə gərmiş Ağdam iyulun 23-də işğalçı erməni birləşmələrinin əlinə keçdi. Qaniçən düşmən ra-yonun mədəniyyət abidələrini dağıtdı, insanların yaşayış evlərini, əmlaklarını qarət etdi, şəhəri tərk edə bilməyən dinc əhaliyə divan tutdu. 128 min nəfər doğma ev-eşiyindən didərgin düşdü. Bu insanlardan biri də Hacıyev Tofiq Nəriman oğludur. Daha ətraflı »Teqlər: Digər
-
18AvqDigər Ölümü ilə ölümsüzlük qazandı üçün şərhlər bağlıdır
Şəhidlik zirvəsinə ucalan igid, qorxmaz oğullarımızdan biri də Qurbanov Knyaz Cümşüd oğludur. Knyaz 1956-cı ilin fevral ayında Tərtər rayonunun Cəmilli kəndində anadan olub. 1973-ci ildə Seydimli kənd tam orta məktəbini bitirdikdən sonra hərbi xidməti borcunu SSRİ məkanında verib. Xidmətini başa vurduqdan sonra doğma rayonuna qayıdıb, 96 nömrəli texniki peşə məktəbində traktorçuluq peşəsinə yiyələnib. Bu pəhləvan cüssəli oğlan bir müddət rayonumuzdakı 47 nömrəli Səyyar Mexanikləşdirilmiş Dəstənin tərkibində müxtəlif növ texnikanı məharətlə işlətdiyinə görə rəhbərlik tərəfindən dəfələrlə fəxri fərmanlar, pul mükafatları alıb.Ailəli idi, 3 oğlu, bir qızı vardı. Daha ətraflı »
Teqlər: Digər
-
18AvqDigər Şəhidlərimiz üçün şərhlər bağlıdır
Peşəkar rabitəçi
Qarabağ müharibəsində ömrünün çiçəklənən vaxtı– 24 yaşında şəhidlik zirvəsinə ucalan gənclərimizdən biri də Şakir Bayram oğlu Nemətovdur. Şakir 1968-ci ildə rayonumuzun Ağkənd kəndində anadan olub. Orta təhsilini Dəmirçilər kənd tam orta məktəbində alıb. Onu tanıyan həmyaşıdları yaxşı oxumasını, dərslərinə daim hazırlıqlı gəlməsini indi də xatırlayırlar. Daha ətraflı »
Teqlər: Digər
-
18AvqTərtər RİH-də Səhlabad kəndində səyyar görüş-qəbul üçün şərhlər bağlıdır
Tərtər Rayon Icra Hakimiyyətinin Başçısı Müstəqim Məmmədovun növbəti səyyar görüş-qəbulu iri yaşayış məntəqələrindən olan Səhlabad kəndində keçirilib. Görüşdə rayon icra hakimiyyəti aparatının işçiləri, hüquq-mühafizə orqanlarının rəhbərləri, təhsil, səhiyyə, mədəniyyət sahələrinin, təmsilçiləri, İƏD üzrə nümayəndələr və kənd bələdiyyə sədrləri iştirak ediblər. Daha ətraflı »
Teqlər: Kəndlərimiz, Tərtər RİH-də
-
18AvqDigər AZƏRBAYCAN JURNALİSTLƏRİNİN ƏBƏDİ DOSTU üçün şərhlər bağlıdır
Daim xalqın arzu və istəyinə uyğun islahatlar aparan Ulu Öndər Heydər Əliyev təbliğat və təşviqat vasitəsi olan müstəqil mətbuatın inkişafına xüsusi diqqət yetirmiş, kütləvi informasiya vasitələrini xalqın tribunası kimi yüksək dəyərləndirmişdir. Buna görə də istər xarici ölkələrə səfərlərində, istərsə də ən mötəbər məclislərdə jurnalistlərlə birgə olmağı çox sevər, ölkədə baş verən hadisələrlə bağlı müsahibələrində və mətbuat konfranslarında obyektivliyi, rəvan nitqi ilə fərqlənərdi. Daha ətraflı »
Teqlər: Digər
-
18AvqDigər 31 avqust–Qubadlının işğalı günü üçün şərhlər bağlıdır
Azərbaycan tarixinə qara hərf-lərlə yazılan günlərdən biri də 31 avqust 1991–ci ildir. Məhz bu tarixdə rayon ərazisi Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilib. Daha ətraflı »
Teqlər: Digər
-
18AvqDigər 23 avqust–Füzulinin işğalı günü üçün şərhlər bağlıdır
Füzuli rayonu — Azərbaycan Respublikasında inzibati ərazi vahidi. 23 avqust 1993-cü ildən ərazinin bir hissəi Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilib.
Füzuli Qarabağ dağ silsiləsinin cənub şərq ətəklərindən Araz çayına qədər maili düzənlik sahələri əhatə edir. O, Cəbrayıl, Xocavənd, Ağcabədi, Beyləqan rayonları və Araz çayı boyunca İranla həmsərhəddir. Daha ətraflı »Teqlər: Digər
-
18AvqDigər Gələcəyə inamla baxırıq üçün şərhlər bağlıdır
Cəbrayıl sakini–Məmmədov Arif Qaraş oğlu ilə üz-üzə oturmuşam. Arif kişi verəcəyim sualları gözləmədən Cəbrayıldan elə ürək yanğısı ilə danışır ki, adamı heyrətə salır. Deyir ki, mən özüm kənd təsərrüfatı texnikumunu bitirmişəm. Biz Cəbrayıl rayonunun Əfəndilər kəndində yaşayırdıq. Bu kənd rayon mərkəzinə çox yaxın olduğuna görə, mən rayonda tarixdiyarşünaslıq muzeyində, həyat yoldaşım Ziyafət isə rayon mərkəzi xəstəxanasında işləyirdi. Kənddə yaxşı şəraitimiz vardı. Müasir tipli yaşayış evimizdə ki, öz yerində. Daha ətraflı »
Teqlər: Digər
-
18AvqDigər 23 avqust–Cəbrayılın işğalı günü üçün şərhlər bağlıdır
Cəbrayıl rayonu — Azərbaycan Respublikasında inzibati – ərazi vahidi. İnzibati mərkəzi Cəbrayıl şəhəridir.
Cəbrayıl rayonu 8 avqust 1930-cu ildə təşkil edilmişdir. 4 yanvar 1963-cü ildə ləğv edilərək Füzuli rayonuna verilmiş, 17 iyun 1964-cü ildə yenidən yaradılmışdır. 23 avqust 1993-cü il tarixdə rayon Ermənistan ordusu və himayədarları tərəfindən işğal edilmişdir. İşğal nəticəsində rayona 13.928 milyard ABŞ dolları məbləğində ziyan dəyib. Daha ətraflı »Teqlər: Digər
Yeni ismarıclar