11Fev
QƏHRƏMANLAR UNUDULMUR
Mübariz İbrahimov 1988-ci il fevralın 7-də Biləsuvar rayonunun Əliabad kəndində anadan olub. 1994-cü ildə doğulduğu kənd orta məktəbinə daxil olub. 2005-ci ildə orta məktəbi bitirib, hərbi xidmətə çağrılmışdır. Hərbi xidmətini daxili qoşunların “N” saylı hərbi hissəsinin xüsusi təyinatlı bölüyündə başlamışdı. O, hərbi xidmətini 2007-ci ildə çavuş rütbəsində başa vurub.
Bir müddət başqa sahələrdə çalışsa da 2009-cu ilin avqust ayında yenidən gizir rütbəsində hərbi xidmətə qayıdıb.
Bir müddətdən sonra öz arzusu ilə cəbhə bölgəsindəki hərbi hissələrdən birində xidmət etməyə başlayıb.
18 iyun 2010-cu il tarixində gecə saat 23:30 radələrində gizir Mübariz İbrahimov təkbaşına iki ordu arasındakı 1 km-lik minalanmış sahəni keçərək erməni silahlı qüvvələrinin çox sayda əsgər və zabitlərini məhv edir. Daha ətraflı »
Teqlər: Digər
11Fev
Mübariz İbrahimovun şəkillərini nənəsinə göstərib, deyib ki, gör necə oğuldur? Vaxt gələcək, mən də şəhid olacağam.
…Fərid 1986-cı il yanvarın 19-da Cəlilabad rayonunda anadan olub. 1992-cı ildə N. Gəncəvi adına Cəlilabad rayon 1 saylı orta məktəbinin birinci sinfinə gedib.
2003-cü ildə məktəbi bitirən Fərid Heydər Əliyev adına Ali Hərbi Akademiyaya qəbul olub.
2007-ci ildə oranı əla qiymətlərlə bitirən müdavim Fərid Əhmədov rütbə almaq üçün Təlim-Tədris Mərkəzinə göndərilir. Kursu uğurla başa vuraraq leytenant rütbəsi alır və Gəncə şəhərində yerləşən «N» saylı hərbi hissədə tağım komandiri vəzifəsinə təyin edilir. Xidmətə başlayandan sonra Türkiyəyə göndərilir. Daha ətraflı »
09Fev
XOCALI SOYQIRIMI-XX ƏSRİN FACİƏSİ
1992-ci il fevralın 26-da Ermənistan hərbi birləşmələri 7 min əhalisi olan Xocalı şəhərində genosid aktı həyata keçirdi. Ermənistan hərbi birləşmələrinin şəhərə hücumu zamanı burada yalnız 3 minə yaxın insan vardı.
Çünki, mühasirədə qaldığı 4 aydan artıq zaman ərzində blokadada olduğu üçün əhalinin xeyli hissəsi şəhərdən çıxmaq məcburiyyətində qalmışdı. Xocalı soyqırımı zamanı 613 nəfər ödürüldü, 1000 nəfər müxtəlif yaşlı dinc sakin aldığı güllə yarasından əlil oldu. 106 nəfər qadın, 63 azyaşlı uşaq, 70 qoca öldürüldü. 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini, 130 nəfər valide-yinlərindən birini itirdi. Faciə baş verən gecə 1275 nəfər dinc sakin girov götürüldü, onların 150-sinin taleyi indi də məlum deyil. Daha ətraflı »
Teqlər: Digər
09Fev
Hər fəslin öz gözəlliyi var, qışın da. Qışın gözəlliyi ondadır ki, havalar yağışlı, qarlı keçə. Elə ötən ilin son günlərində yağan qar kimi. Qışda havalar yağmurlu keçəndə payızlq bitkilər yaxşı inkişaf edir.
Taxıl, arpa, yonca sahələrində ziyanvericilər məhv olur. Torpaq cana gəlir, belə olan tərzdə bol məhsula yaxşı zəmin yaranır. Tarixə qovuşan 2015-ci ildə də işlərimiz pis olmadı.
Möhtərəm Prezidentimiz İlham Əliyevin ötən ili “Kənd təsərrüfatı ili” elan etməsi ailə-fermer təsərrüfatının üzvlərini daha yaxşı işləməyə ruhlandırdı. Daha ətraflı »
Teqlər: Kənd təsərrüfatı
09Fev
Biz fermer və sahibkarlar ölkə Prezidenti möhtərəm İlham Əliyevin kömək və dəstəyini hər zaman öz üzərimizdə hiss edir və dövlətimizin başçısına arxalanırıq. Artıq xeyli müddətdir ki, Azərbaycanda sahibkarlığa dəstək proqramları qəbul olunub. Daha ətraflı »
Teqlər: Kənd təsərrüfatı
09Fev
Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 25 avqust tarixli Sərəncamı ilə təsdiq edilmiş “2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı”nın 5.3.10-cu maddəsinə və Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin statistik işlər haqqında proqramına uyğun olaraq, rayon statistika idarəsinin rəhbərliyi altında və ərazi icra nümayəndəliklərinin iştirakı ilə 2015-ci il yanvarın 1-i vəziyyətinə rayon ərazisində mal-qara və quşların tam uçotu aparılmışdır. Daha ətraflı »
Teqlər: Kənd təsərrüfatı, Sosial
09Fev
Gənc nəslin mənəvi inkişafı üçün bəzi şərtlər əsasdır. Gənclər Vətənə məhəbbət, Azərbaycan xalqının tarixinə, mədəni irsinə, dövlət dilinə və rəmzlərinə, milli-mənəvi dəyərlərinə hörmət ruhunda tərbiyə olunmalıdır.
Onların hərbi–vətənpərvərlik tərbiyəsi gücləndirilməli və gənclər hərbi xidmətə hazırlanmalıdırlar. Daha ətraflı »
Teqlər: Təhsil
09Fev
Azərbaycan xalqı bir xalq kimi formalaşdığı gündən açıq sufrəli, bağları meyvəli, torpağı sərvətli, insanları mehriban, dosta səxavətli bir xalq kini tanınmış və bu gün də bu dəyərləri ilə bütün dünya xalqları arasında seçilir.
Ailədə dil acan hər bir azərbaycanlı uşağı bu dəyərlər üzərində köklənir, böyüyur, milli dəyərləri inkişaf etdirərək gələcək nəslə çatdırır. Daha ətraflı »
Teqlər: Təhsil
09Fev
Müəllim pedaqoji prosesdə həlledici qüvvə kimi çıxış edir. Şəxsiyyətin ahəngdar inkişafı vəzifəsi, ilk növbədə, müəllimin üzərinə düşür.
Müəllim cəmiyyətdə çox böyük rol oynayır. O, yaşlı nəslin təcrübəsini gənc nəslə verir. Görkəmli şəxsiyyətlər pedaqoqun əməyinə yüksək qiymət vermiş, onu günəşə, bağbana, mühəndisə bənzətmişlər. Daha ətraflı »
Teqlər: Təhsil
30Yan
Adının əvvəlində BÖYÜK sözünün işlənməsi mütləq olan, müstəqil Azərbaycanın qurucusu Heydər Əliyev. O, göylərin Azərbaycan xalqına bəxşişi, Azərbaycan torpağının yetişdirdiyi ən böyük tarixi şəxsiyyət, memar, dilçi, tarixçi, müdrik dövlət xadimi, uzaqgörən siyasətçi və nəhayət, millətinin xilaskarı idi. Hələ keçən əsrin sonlarında Azərbaycan xalqı sovet imperiyasının pəncəsində öz azadlığı uğrunda çarpışdığı vaxtda Azərbaycanın ayrılmaz bir parçası, qədim türk diyarı Naxçıvanın Milli Məclisində Böyük Heydər Əliyevin rəhbərliyi ilə üçrəngli Azərbaycan bayrağı ucaldıldı.
Həmin ərəfədə Azərbaycan da çoxlu qurbanlar bahasına imperiya buxovlarından xilas ola bildi. Artıq Naxçıvanda ucalan bayrağımız vətənimizin hər yerində dalğalanırdı. Bu həmin vaxtlar idi ki, ölkəmizin ərazisi böyük güclərin dəstəyi ilə xarici təcavüzə məruz qalmışdı. Daha ətraflı »
Teqlər: Digər
Yeni ismarıclar