Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yar-dım Assosiasiyası (AVCİYA) 25 may 2013-cü ildə “Sərsəng harayı” adlı genişmiqyaslı layihə həyata keçirməyə başlamışdı. Layihənin məqsədi Sərsəng Su Anbarının vəziyyəti, onun törədəcəyi humanitar fəlakət və ekoloji böhran vəziyyəti barədə Azərbaycan cəmiyyəti ilə yanaşı, dünya ictimaiyyətini məlumatlandırmaq, beynəlxalq təşkilatlarda, əsasən də AŞPA-da müvafiq sənəd və qətnamələrin qəbul edilməsinə nail olmaq, mümkün humanitar fəlakətin və ekoloji böhranın qarşısının alınması istiqamətində tədbirlər paketi hazırlamaq və s. məsələlər idi. Daha ətraflı »
-
18FevXəbərlər “Sərsəng harayı” AŞPA-da eşidildi üçün şərhlər bağlıdır
Teqlər: Xəbərlər
-
18FevXəbərlər Multikulturalizm Azərbaycan cəmiyyətində normal həyat tərzidir üçün şərhlər bağlıdır
2016-cı il “Multikulturalizm ili”dir
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə 2016-cı ilin “Multikulturalizm” ili elan edilməsi ilə əlaqədar Heydər Əliyev Mərkəzində tədbir keçirilib.
Mərkəzin direktoru Səlimə Yusibova mövzu ilə bağlı ətraflı məruzə edib. O bildirib ki, multikulturalizm termini düşüncəmizə yeni daxil olub. Azərbaycanda 2014-cü ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə Beynəlxalq Multikulturalizm Mərkəzi yaradılmış və akademik Kamil Abdulla Mərkəzin rəhbəri təyin edilmişdir. Daha ətraflı »Teqlər: Xəbərlər
-
18FevDigər 2016-cı İL “MULTİKULTURALİZM İLİ”DİR üçün şərhlər bağlıdır
Dini və milli tolerantlıq, millətlərarası münasibətlərin inkişaf etdirilməsi
QARABAĞIN QIZIL GÜLÜ İSRAİLDƏ
Bir yəhudinin məktubu haqqında
Bu yaxınlarda mətbuatda İsrailin ölkəmizdəki səfiri Dan Stavın aşağıdakı fikrinə rast gəldim: “Təəssüf ki, bir çox ölkələrdə tolerantlıq anlayışı belə başa düşülür:” Mən dözürəm, ancaq sənə nifrət edirəm”. Azərbaycanda isə tolerantlıq anlayışının mənası bu cürdür: “Mən dözürəm, çünki səni sevirəm.”
Bu sözlər mənə başqa bir yəhudinin Azərbaycana və azərbaycanlılara həsr etdiyi sevgi dolu məktubunu xatırlatdı. İsrailin Netivot şəhərindən Tərtərə göndərilən bu məktubda deyilir: “Dünyanın heç yerində qızıl güllər Qarabağda olduğu qədər ətirli deyil və dünyanın heç bir guşəsində insanlar Azərbaycandakı kimi digər millətlərə dözümlülük və mehribançılıq göstərmirlər. Daha ətraflı »Teqlər: Digər
-
18FevTəhsil Onlar ”Fədai” medalı ilə təltif olunmuşlar üçün şərhlər bağlıdır
MÜƏLLİM ƏMƏYİNİN BƏHRƏSİ
“Təbriz müəllim, sabah bir tədbir keçiriləcək, siz hökmən iştirak etməlisiniz, orada sizə mükafat təqdim olunacaq”. Bu çağırış Təbriz müəllimi həyəcanlandırmış və düşünməyə vadar etmişdir.
Axı, mən nə iş görmüşəm, kim tərəfindən mükafatlandırılıram? Bir-birini əvəz edən suallar içində səhərin açılmasını səbirsizliklə gözlədi.
Bilirdi ki, Gənclər Günü münasibəti ilə möhtəşəm bir tədbir keçiriləcək.
Lakin mükafatlandırılmasından xəbərsiz idi. Bu düşüncələrlə necə yuxuya getdiyni bilmədi. Bir də ayıldı ki, artıq səhər açılıb. Hazırlaşıb tədbirə yollandı… Daha ətraflı »Teqlər: Təhsil
-
18FevTəhsil üçün şərhlər bağlıdır
Bayram müəllim Kəlbəcər rayonuna təyinatla gəlmişdi. Coğrafiya, biologiya fənnini tədris edirdi. Onun ailəsində ilk övladı da elə Kəlbəcərdə dünyaya gəlmişdi. Adını Səbuhi qoydular.
Səbuhi Susuzluq kəndində doğulsa da, onun uşaqlığı rayonumuzun Səhlabad kəndində keçdi. Atası Bayram müəllimin işi bura dəyişildiyindən ailəsi ilə birlikdə Səhlabadda yaşayası oldu. Səbuhi böyüdükcə atanın ümidləri daha da artırdı.
Inanırdı ki, oğlu gələcəkdə valideynlərinə başucalığı gətirə biləcəkdi.
Artıq ümid dolu illər arxada qalıb. Səbuhi Azərbaycan Dövlət Universitetinin fiziki tərbiyə və çağırışa hazırlıq fakültəsini bitirib. Daha ətraflı »Teqlər: Təhsil
-
18FevDigər Nəqliyyat vasitələri və uşaqların təhlükəsizliyi üçün şərhlər bağlıdır
Nəqliyyat vasitələrinin həyatımızda rolu olduqca önəmlidir. Bu vasitələrdən faydalanmaq üçün onlardan təhlükəsiz şəkildə istifadə etməyi bilmək lazımdır. Bu, təkcə nəqliyyat vasitələrinin idarə edilməsini nəzərdə tutmur, eyni zamanda piyada və sərnişin kimi təhlükəsizlik qaydalarına ciddi riayət edilməsidir. Müəyyən yaşa çatdıqda, təhlükə haqda dünya-görüşümüz formalaşdıqca hər birimiz yol qaydalarına daha ciddi riayət edirik. Lakin məsuliyyətimiz bununla bitmir. Uşaqların bu barədə məlumatlılığı, təhlükəsizliyi də bizim üzərimizə düşür.
Yollarda böyüklərin qeyri-düzgün davranışı, laqeydliyi az təsadüf etdiyimiz hallardan deyil.
Sürətlə gələn maşının qarşısından qaçan, işıqforun qadağanedici siqnalında yolu keçən, avtobus hərəkətdəykən ona minməyə və ya ondan düşməyə çalışan insanlar haqda nümunələr çoxdur. Daha ətraflı »Teqlər: Digər
-
11FevXəbərlər 2 FEVRAL GƏNCLƏR GÜNÜDÜR: “ORDU GƏNCLƏRİ BÖYÜK QÜVVƏDİR” üçün şərhlər bağlıdır
Müdafiə Nazirliyi və Tərtər Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Tərtər şəhərindəki Heydər Əliyev adına parkda 2 Fevral – Gənclər Günü münasibətilə “Ordu gəncləri böyük qüvvədir” adlı gənclik və vətənpərvərlik bayramı keçirilib.
Tədbir iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin şəhərin mərkəzi meydanındakı abidəsi önünə gül dəstələri düzərək, dahi rəhbərin xatirəsinə ehtiramlarını bildiriblər. Sonra Azərbaycan Ordusunun arsenalında mövcud olan texnika və silahlarla tanış olublar. Daha ətraflı »Teqlər: Tərtər RİH-də
-
11FevDigər GƏLƏCƏK GƏNCLƏRİNDİR üçün şərhlər bağlıdır
Gənclər Gününə həsr olunmuş ümumrayon gənclərinin toplantısı keçirilmişdir. Tədbir iştirakçıları əvvəlcə Ulu Öndərin abidəsi önünə gül-çiçək dəstələri qoymuş, xatirəsini yad etmişlər.Sonra tədbir rayon Gənclər Mərkəzində davam etdirilmişdir.
Mərasim gənclərin birlikdə oxuduğu Dövlət himni ilə başlamışdır.Toplantını giriş sözü ilə rayon gənclər və idman idarəsinin rəis əvəzi Səadət Hüseynova açaraq gəncləri bayram münasibəti ilə təbrik etmişdir.
Məruzəsində bildirmişdir ki, müstəqil Azərbaycanın gənclər siyasəti Ümummilli liderin adı ilə bağlıdır. Məhz I Gənclər Forumundan sonra 1997-ci ildə imzalanan Sərəncamla fevralın 2-i Gənclər Günü elan edildi. Daha ətraflı »Teqlər: Digər
-
11FevDigər YAP TƏRTƏR RAYON TƏŞKİLATINDA üçün şərhlər bağlıdır
ŞURA İCLASI KEÇİRİLİB
YAP Tərtər Rayon Təşkiatının geniş tərkibli Şura iclası keçirildi. İclasda ərazi ilk partiya təşkilatı sədrləri, idarə, müəssisə rəhbərləri , təhsil və səhiyyə sahələrinin təmsilçiləri, Şura üzvləri iştirak edirdi. Şuranın gündəliyində iki məsələ dururdu
YAP Tərtər Rayon Təşkilatının sədri Ramiz Şabanov hər iki məsələ barəsində geniş məruzə etdi:
Sonra məruzə ətrafında çıxışlar oldu.
Qarağacı ərazi ilk partiya təşkilatının sədri Məhəmmədəli Həmidov, təhsil ərazi ilk partiya təşkilatının sədri Rahil Şəldiyev, şura üzvü, rayon mərkəzi xəstəxanası ərazi ilk partiya təşkilatının sədri Yaşar Hüseynov, YAP rayon təşkilatı gənclər birliyinin sədri Emin Pənahov, Hacıqərvənd ərazi ilk partiya təşkilatının sədri Vəli Əliyev və şura üzvü, rayon icra hakimiyyəti başçısının müavini Abbas Cavadov çıxış etdilər. Daha ətraflı »Teqlər: Digər
-
11FevDigər İnzibati Ərazi Dairələri üzrə nümayəndəliklərdə hesabat yığıncaqları üçün şərhlər bağlıdır
ŞƏHƏRİMİZDƏ GÖRÜLƏN İŞLƏR MÜZAKİRƏ OLUNDU
Tərtər Rayon İcra Hakimiyyəti Başçısının şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin 2015-ci ildə gördüyü işlər barədə Sahib Həsənovun hesabatı dinlənilib. Tədbirdə rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov və Tərtər Bələdiyyəsinin üzvləri, inzibati ərazi dairəsində yerləşən idarə, müəssisə və təşkilatların rəhbərləri, ağsaqqallar, ərazidə məskunlaşmış məcburi köçgünlərin təmsilçiləri iştirak ediblər.
İcra nümayəndəsi Sahib Həsənov öz məruzəsində yaşadığımız dövrün çətin və məsuliyyətli olduğunu bildirərək göstərib ki, dünyanı bürüyən siyasi və iqtisadi böhrana baxmayaraq, Azərbaycan, əvvəlki illərdə olduğu kimi, iqtisadi uğurlarını artırır, ölkəmizdə müxtəlif sosial layihələr müvəffəqiyyətlə həyata keçirilir. Daha ətraflı »Teqlər: Digər
Yeni ismarıclar