Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yar-dım Assosiasiyası (AVCİYA) 25 may 2013-cü ildə “Sərsəng harayı” adlı genişmiqyaslı layihə həyata keçirməyə başlamışdı. Layihənin məqsədi Sərsəng Su Anbarının vəziyyəti, onun törədəcəyi humanitar fəlakət və ekoloji böhran vəziyyəti barədə Azərbaycan cəmiyyəti ilə yanaşı, dünya ictimaiyyətini məlumatlandırmaq, beynəlxalq təşkilatlarda, əsasən də AŞPA-da müvafiq sənəd və qətnamələrin qəbul edilməsinə nail olmaq, mümkün humanitar fəlakətin və ekoloji böhranın qarşısının alınması istiqamətində tədbirlər paketi hazırlamaq və s. məsələlər idi.
Layihədə Tərtər rayonunun sakinləri, o cümlədən “Yeni Tərtər” qəzetinin kollektivi də fəal iştirak etmişdir. Belə ki, 2013-cü ilin sentyabr ayında Tərtər şəhərində yerləşən Gənclər Mərkəzində bu möv-zuda beynəlxalq konfrans, rayon ictimaiyyəti nümayən-dələrinin və vəzifəli şəxslərin iştirakı ilə “Dəyirmi masa” təşkil olunmuşdur. “Sərsəng harayı” yazı müsabiqəsi ilə əlaqədar qəzetimizdə materiallar dərc edilmiş, Sərsəng Su Anbarının işğal altında olmasından ən çox əziyyət çəkən rayonlardan biri kimi yüzlərlə tərtərli tərəfindən beynəlxalq təşkilatlara müraciətlər ünvanlanmışdır.
“Azərbaycanın sərhədyanı bölgələrinin sakinlərinin qəsdən sudan məhrum edilməsi” məruzəsini hazırlayan bosniyalı deputat xanım Milisa Markoviç dəfələrlə rayonumuzda olub, sakinlərlə və vəzifəli şəxslərlə görüşlər keçirmişdir.
Odur ki, AŞPA-nın Sosial Məsələlər Komitəsinin bu il noyabrın 23-də Parisdə keçirilən iclasında Milisa Markoviçin “Azərbaycanın sərhəd-yanı bölgələrinin sakinlərinin qəsdən sudan məhrum edilməsi” barədə məruzəsinin müzakirə edilərək qəbul olunması tərtərlilərin razılığına səbəb olub. Bu, ölkəmizin AŞPA meydanında qazandığı tarixi qələbədir.
“Yeni Tərtər”
-
18Fev
Müəllif: Redaktor, 14:10
Teqlər: Xəbərlər