2016-cı il “Multikulturalizm ili”dir
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə 2016-cı ilin “Multikulturalizm” ili elan edilməsi ilə əlaqədar Heydər Əliyev Mərkəzində tədbir keçirilib.
Mərkəzin direktoru Səlimə Yusibova mövzu ilə bağlı ətraflı məruzə edib. O bildirib ki, multikulturalizm termini düşüncəmizə yeni daxil olub. Azərbaycanda 2014-cü ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə Beynəlxalq Multikulturalizm Mərkəzi yaradılmış və akademik Kamil Abdulla Mərkəzin rəhbəri təyin edilmişdir.
Ümumiyyətlə, multikulturalizm nədir?
Multikulturalizm mədəniyyətlər və dinlər arasında bir ünsiyyət vasitəsidir. Bu ünsiyyətin ən doğrusu Azərbaycan modelidir ki, birbaşa dövlət tərəfindən qorunur.
Azərbaycan əsrlər boyu özünün multikulturalizm ənənələri ilə dünya ölkələrinə nümunə olub.
Tədbirdə Tərtər “Cümə” məscidinin axundu Sadiq Cəfərov, YAP Tərtər Rayon Təşkilatının aparat rəhbəri Kamil Məmmədov, rayon icra hakimiyyətinin nümayəndəsi Tünarə Məmmədzadə, Kəngərli kənd tam orta məktəbinin direktoru İmran Məmmədov, Dəmirçilər kənd tam orta məktəbinin müəllimi Elxan Məmmədzadə çıxış etmişlər.
“Yeni Tərtər”