90 YAŞLI MƏHİ BABA
İlk yaranmışlarımızdan üzü bəri ağsaqqal-ağbirçəklərimizə ehtiyac olur. Onlara daim hörmət və ehtiram edilir. Ocağımızın istisinin daha çox olması onların hesabınadır. Məclisimizin ən mötəbər yeri məhz böyüklərə məxsusdur. Xoş günlərimizin yaraşığı, dərdli anlarımızın ümid, pənah yeridirlər. Sözümüzün kəsəri, yolumuzun işığıdır ağıllı, tədbirli ahıllarımız, müdriklərimiz. Belə ahıllarımızdan biri də rayonumuzun sayılıb-seçilən ağsaqqallarından olan Məhiyyədin Kərimovdur.
O, Tərtərimizin qoynunda böyümüş, onun istisinə-soyuğuna vərdiş etmiş, ayını, ilini öz yurdunda ailəsinə, övladlarına həsr etmişdir. Ailəsinin bütövlüyünü heç nəyə dəyişməmiş, soykökünün müqəddəsliyini qoruyub saxlamışdır. Daha ətraflı »
-
24FevDigər Ağsaqqallarımız üçün şərhlər bağlıdır
Teqlər: Digər
-
24FevDigər Vacib məsələ üçün şərhlər bağlıdır
“ŞEYTAN BARMAĞI”
Super güclər, ələlxüsus ABŞ bu dünyanın başına istədiyi oyunu açır. Şeytanın barmağı kimi hər yerdə, hər işdə ortadan çıxır. Elə buna görə də görün bu dünyamız hazırda nə gündədir?! İqtisadi böhran, müharibələr, qan-qada, qırğın, aclıq, səfalət və bunların nəticəsində yaranmış qaçqın axını, miqrant problemi… Avropa boyda bir qitə bu problemlərin əlində aciz qalıb.
Bir yandan da neftin qiymətinin bir ildə 4 dəfə ucuzlaşması. Bu, iqtisadidən çox siyasi oyundur. Yenə şeytan barmağı.
Bilirsiniz, yeni dünya düzənində, yəni qloballaşan dünyada (buna “Amerkalaşan dünya” da demək olar) milli-mənəvi dəyərlərin müqəddəsliyini qoruyub saxlamaq o qədər də asan məsələ deyil. İllah da bəzi gənclərimizin “korroziyaya” daha tez uğraması mental dəyərlərə ciddi zərbələr vurmaqdadır. Daha ətraflı »Teqlər: Digər
-
24FevƏdəbiyyat Poeziyanın sehri üçün şərhlər bağlıdır
MƏMMƏD ARAZ
Böyük Mirzə Cəlilə
Ömür də tükənir, söz də tükənir,
Başımın altından yastıq da qaçır.
Əllərdir uçuran əllər tikəni,
Çölümdən yaz qaçır, yazlıq da qaçır,
Dünya düzəlmir ki, düzəlmir, baba!
*** Daha ətraflı »Teqlər: Ədəbiyyat
-
24FevƏdəbiyyat DÜNYA SƏNİN, DÜNYA MƏNİM… üçün şərhlər bağlıdır
Bir taleyin oyununda cütlənmiş zərik,
Yüz il qoşa atılsaq da, qoşa düşmərik.
Bir zərrənin idşığına milyonlar şərik,
Dünya sənin , Dünya mənim, Dünya heç kimin…
***
Çövrəsindən çıxsa əgər sevda fırfıran,
Bir ümidin ətəyindən tutub da fırlan.
Eşidirsən, pıçıldayır yıxılan, duran: Daha ətraflı »Teqlər: Ədəbiyyat
-
24FevƏdəbiyyat AZƏRBAYCAN üçün şərhlər bağlıdır
Azərbaycan – qayalarda bitən bir çiçək,
Azərbaycan – çiçəklərin içində qaya.
Mənim könlüm bu torpağı vəsf eyləyərək,
Azərbaycan dünyasından baxar dünyaya.
***
Azərbaycan – mayəsi nur , qayəsi nur ki,
Hər daşından alov dilli ox ola bilər.
Azərbaycan deyiləndə ayağa dur ki,
Fizulinin ürəyinə toxuna bilər.
*** Daha ətraflı »Teqlər: Ədəbiyyat
-
24FevƏdəbiyyat ƏLVİDA, DAĞLAR. üçün şərhlər bağlıdır
Bəlkə bu yerlərə bir də gəlmədim,
Duman, salamat qal, dağ, salamat qal.
Dalımca su səpir yoxsa buludlar? —
Leysan, salamat qal, yağ, salamat qal!Qıy vuran qartallar yox oldu çəndə,
Nərgizlər saraldı şehli çəməndə.
Ey qaragöz pəri, dalımca sən də
Boylan, salamat qal, bax, salamat qal!
Daha ətraflı » -
24FevƏdəbiyyat İNNƏN BELƏ O GÖZLƏRƏ BAXMARAM! üçün şərhlər bağlıdır
Bu gün sənin hər gözündə bir gülüş,
Biri çılğın, biri tutqun, bürkülü…
Baxışına yad baxışlar bükülü,
İnnən belə o gözlərə baxmaram.
***
Qəza gəldi, əsa gəldi, deyirlər.
Əhdini də düyçələyər iy əllər.
Bir çalada donan suya əyilləm,
İnnən belə o gözlərə baxmaram.
*** Daha ətraflı »Teqlər: Ədəbiyyat
-
24FevƏdəbiyyat BƏXTİYAR VAHABZADƏNİN VƏFATINDAN 7 İL ÖTDÜ üçün şərhlər bağlıdır
HƏZRƏTİ SÖZÜN NƏQQAŞI
Bəxtiyar Vahabzadə 1925-ci ildə Şəki şəhərində fəhlə ailəsində anadan olmuşdur. Kiçik yaşlarında ikən ailəliklə Bakıya köçmüşlər (1934). Burada orta məktəbi qurtarandan sonra ADU-nun filologiya fakültəsində təhsil almışdır (1942-1947). Universitetin aspiranturasında saxlanmış, “Səməd Vurğunun lirikası” mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir (1951). Bədii yaradıcılığa 1943-cü ildə “Ana və şəkil” adlı ilk şeirini çap etdirdikdən sonra başlamışdır. O vaxtdan dövri mətbuatda şeirləri, elmi məqalələri, rəyləri müntəzəm çap olunur. “Mənim dostlarım” adlı ilk kitabında toplanmış lirik şeirlərdə faşizmə qarşı mübarizədə qalib çıxmış xalqın duyğu və düşüncələri əksini tapmışdır. Onun lirik şeir və poemalarında, mənzum pyeslərində müasir dövrün problemləri lirik-fəlsəfi planda, yeni əlvan boyalarla təsvir edilir. “İkinci səs”, “Vicdan”, “Yağışdan sonra”, “Yollara iz düşür”, “Fəryad” və “Hara gedir bu dünya”, “Özümüzü kəsən qılınc”, “Cəzasız günah”, “Dar ağacı”, “Rəqabət” (1960-2003) pyesləri Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında tamaşaya qoyulmuşdur. Daha ətraflı »
Teqlər: Ədəbiyyat
-
24FevƏdəbiyyat “SEVGİLİ, İSTƏKLİ DİL”… üçün şərhlər bağlıdır
Türkün dilitək sevgili, istəkli dil omaz,
Ayrı dilə qatsan, bu əsil dil əsil olmaz.
(Məhəmmədhüseyn Şəhriyar)
Dil! Bəşərin sahib olduğu əvəzsiz nemət, Tanrının insanlığa bir lütfü… Bütün sivilizasiyaların bir-birinə ötürdüyü mirasdır dil… Canlı varlıqlardan yalnız insana məxsus olan dil. Hələ XVI əsrdə M.Füzuli bunu poetik bir dillə izah edir:
Eyləsən tutiyə təlim ədayi-kəlimat.
Nitqi insan olur, əmma özü insan olmaz.
Dil dövlətin atributudur, millətin kimliyidir. “Ana südü insan bədəninin ma-yəsi olduğu kimi, ana dili də insan ruhunun qidasıdır”. F.B. Köçərli Daha ətraflı »Teqlər: Ədəbiyyat
-
24FevƏdəbiyyat “HƏYATIN QİYMƏTİ NEÇƏYƏDİR”?! üçün şərhlər bağlıdır
Bu günlərdə mənim yaxın tanışım, həkim, onun iş yerində olan hadisəni danışdı. Xəstəxanaya kasıb geyinmiş və pis görkəmdə olan yaşlı bir qadın gəldi və həkimin həmkarlarından çoxu, Hippokrat andını unudaraq, heç ona fikir də vermədilər. Həkim , ən əvvəl insan, yaxınlaşaraq xəstənin nədən şikayət etdiyini soruşdu. Xəstə nənə ağrılarından şikayətlənməyə başladı. Həkim məsləhətlər verdi, dərman yazdı, nənə ona pul uzatdı, ancaq həkim götürmədi. Dedi ki, bu pula özünüzə dərman alarsınız.Yəqin tə-sadüfən deyilməyib ki, alim olmaq asandır, insan olmaq yox. Hamı bununla razılaşıb, amma… İndi insan amilini unudublar. Müxtəlif dinlərdə heç kim insanların belə iki düşərgəyə bölünməsini təqdir etmir. Ancaq artıq dünyamız istehlakçılara və istehsalçılara bölünüb, birincilər öz təyininə görə kasıbdırlar. Daha ətraflı »
Teqlər: Ədəbiyyat
Yeni ismarıclar