07Apr
MAHİR ƏSƏDOV KÜÇƏSİ ABADLAŞDIRILIB
Hörmətli redaksiya! Oğlum Mahir Əsədov çox gənc yaşlarında torpaqlarımızın bütövlüyü uğrunda döyüşlərdə qəhrəmancasına şəhid olub.
O, orta məktəb partasından yenicə ayrılmışdı. Könüllü olaraq döyüşlərə qatıldı. Vətənin ağ gününü şəxsi xoşbəxtliyindən üstün tutdu. Nə evlənməyə macal tapdı, nə də övladı yadigar qaldı. Təsəllim bircə budur ki, Mahir unudulmayıb. Şəhərimizin ən yaraşıqlı küçələrindən birinə onun adı verilib. Bu yaxınlarda həmin küçədə abadlıq və yenidənqurma işləri aparıldı, səkilər təmir edildi, yeni işıq sistemi quraşdırıldı. Həmçinin burada şəhid Mahir Əsədovun adına tikilmiş bulaq təmir olunaraq, yaraşıqlı görkəm aldı. Mən bu küçə ilə addımlayanda övladımın arzularının gerçəkləşməsinin şahidi oluram. Axı, o, şəhərimizi beləcə gözəl, onun sakinlərini isə xoşbəxt görmək istəyirdi. Daha ətraflı »
Teqlər: Sosial
07Apr
Həyatımızın sevinci Mədinə balamız, bir yaşın mübarək olsun!
Arzu edirik ki, bu qayğısız bir yaşın müdrik 100 yaşa çatsın. Doğmalarının duası, Allahın mərhəməti səni xoşbəxt balalarımızdan biri etsin. Üzündəki təbəssümün ömrünün bəzəyinə çevrilsin. Nəslimizin-kökümüzün xanım-xatın gözəllərindən olasan, əziz Mədinəmiz. Ən xoş arzularımız daim səninlədir, gül balamız. Səni xoşbəxt yaşa!
Hörmətlə: Atan Bəxtiyar, anan Gülşən, babaların Surxay və Qəzənfər, nənələrin İradə və Tahirə, dayıların Anar və Heydər, bibilərin Fəridə və Nigar .
Teqlər: Digər
05Apr
Hörmətli Tofiq müəllim!
Bakıda yaşayan tərtərli ziyalılar adından sizi doğum gününüz münasibətilə səmimi təbrik edir, həyatda ən böyük nemət olan cansağlığı arzulayırıq.
Ziyalının, şairin, jurnalistin həyatı daim xalqın gözü qarşısında olur və yazılmış kitabları, şeirləri, məqalələri ilə ölçülür. Bu baxımdan demək olar ki, siz zəngin bir ömür yaşamısınız. Arzu edirik ki, yeni-yeni yaradıcılıq uğurlarınız həyatınızın bu zənginliyini daha da artırsın. Daha ətraflı »
Teqlər: Digər
29Mar
TƏRTƏRLİLƏR NOVRUZU BÖYÜK SEVGİ İLƏ QARŞILADILAR

Həmin gün tərtərlilər və şəhərimizin qonaqları Ümummilli Lider Heydər Əliyevin adını daşıyan Mərkəzi meydana toplaşmışdılar. Bayram münasibətilə bəzədilmiş meydan öz möhtəşəmliyi ilə göz oxşayırdı. Novruzun atributlarından biri olan nəhəng səməni baharın yaxınlaşmasından, tezliklə təbiətin bu cür yamyaşıl rəngə boyanacağından xəbər verirdi. Rayon icra hakimiyyəti binasının üzərində əzəmətlə dalğalanan Azərbaycan bayrağı xalqın bu sevincinin, qürurunun şahidi idi. Bəli, bütün bunlar bu il 25 illik yubileyini qeyd edəcəyimiz müstəqilliyimizin bizlərə bəxş etdiyi xoşbəxtlikdir. Daha ətraflı »
Teqlər: Milli-mənəvi dəyərlər
29Mar

Rayonumuzun kəndlərində quruculuq-abadlıq işləri ilə yanaşı qaz çəkilişi də sürətlə davam etdirilir. Bu günlərdə – xalqımızın əziz günlərindən olan Novruz bayramı ərəfəsində iri yaşayış məntəqələrindən biri olan Sarov kəndində də qaz açılışı ilə bağlı tədbir keçirildi. Mərasimə bütün kənd camaatı toplanmışdı.
Sarov kənd icra nümayəndəsi Ramin Quliyev məlumat verərək bildirdi ki, nümayəndəliyimizin ərazisi beş kənddən – Sarov, Rəcəbli, Kovdadıq, Umudlu və Bildirçinli kəndlərindən ibarətdir. Bunların ən böyüyü olan Sarov kəndinə qaz çəkilib. Kənddə 297 evə sayğac və fərdi tənzimləyici quraşdırılıb. Bu gün mərasimə toplaşan insanların sevincinin həddi-hüdudu yoxdur. Tədbirdə çıxış edən kənd ağsaqqalları Mənsim Allahverdiyev, Surxay Muradov rayon mərkəzində və eləcə də kəndlərimizdə aparılan quruculuq-abadlıq işlərindən ətraflı bəhs etdilər. Daha ətraflı »
Teqlər: Açılışlar
29Mar

Gənclər Mərkəzində “Xalqımızın milli-dini adət-ənənələri və dini radikalizm” mövzusunda seminar-müşavirə keçirilib.
Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin və Tərtər Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən tədbirdə rayon ictimaiyyətinin nümayəndələri və bölgənin din xadimləri, dini icma sədrləri iştirak ediblər. Tədbirin açılışında çıxış edən Tərtər Rayon İcra Hakimiyyətinin Başçısı Müstəqim Məmmədov ölkəmizdə milli-mənəvi dəyərlərə, dini icmaların və din xadimlərinin fəaliyyətinə göstərilən yüksək qayğıdan danışıb, rayondakı dini durum haqqında ətraflı məlumat verib. Bildirib ki, Tərtər rayonunda dini maarifçilik sahəsində, vətəndaşların radikal dini qruplaşmaların, qeyri ənənəvi təriqətlərin təsirinə düşməməsi, mövhumata və xurafata meyillənməməsi üçün mütəmadi işlər aparılır. Cəbhə bölgəsində yerləşən Tərtər rayonunda bu gün dini durum sabitdir. Daha ətraflı »
Teqlər: Milli-mənəvi dəyərlər
29Mar

Tərtər Rayon İcra Hakimiyyətinin Başçısı və Azərbaycan Respublikası Hərbi Prokuror-luğunun təmsilçiləri rayon ictimaiyyətinin nümayəndələri ilə birlikdə Novruz bayramı münasibəti ilə “N” saylı hərbi hissədə olmuş, əsgərlərə bayram sovqatı aparmışlar.
Tədbiri hərbi hissənin komandir müavini Qafqaz Əsgərov açaraq əsgərləri Novruz bayramı münasibəti ilə təbrik etmişdir.
Tədbirdə iştirak edən Azərbaycan Respublikası Hərbi Prokurorluğunda Hərbi prokurorluqlarda istintaqa nəzarət şöbəsinin rəisi Mahir Əliyev əsgər və zabit heyətini bayram münasibəti ilə təbrik etmiş, onlara xidmətlərində uğurlar arzulamışdır.
Sonra rayon hərbi prokuroru Fuad Məmmədov çıxış edərək hərbçilərə respublika hərbi prokuroru Xanlar Vəliyevin bayram münasibəti ilə təbrikini çatdırmışdı. Daha ətraflı »
Teqlər: Tərtər RİH-də
29Mar

Rayonumuzda Azərbaycanın Milli Qəhramanı Vəzir Orucovun anım mərasimi keçirilmişdir. Tədbirdə rayon icra hakimiyyətinin və rayon ictimaiyyətinin nü-mayəndələri, qəhrəmanın döyüş yoldaşları, ailə üzvləri iştirak etmişlər. Tədbir iştirakçıları əvvəlcə Milli Qəhrəmanın büstü önünə tər gül-çiçək dəstələri qoymuşlar. Sonra tədbir rayon Gənclər Mərkəzində davam etdirilmişdir.
Rayon icra hakimiyyəti başçısı aparatının ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Elvin Umudov Vəzir Orucovun həyatı və döyüş fəaliyyəti barədə məlumat vermişdir. Qeyd olunmuşdur ki, Vətən yolunda canından keçmiş şəhidlərimizin adı əbədiləşdirilir. Tərtərdə də onlarla şəhid adları daşıyan bulaq, məktəb, bağça, xəstəxana və küçə var. Daha ətraflı »
Teqlər: Xəbərlər
29Mar

Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən ölkəmizin tarixinin, mədəniyyətinin, adət-ənənələrinin, müstəqillik illərində əldə edilmiş nailiyyətlərin dərindən öyrənilməsi məqsədi ilə “Ölkəmizi tanıyaq!” devizi altında keçirilən maarifləndirici tur-aksiyasında Tərtər ra-yonunun məktəbliləri də iştirak ediblər.
Məktəblilərdən ibarət qrupun Lənkəran-Lerik-Astara marşrutu üzrə tur-aksiyada iştirak etmək üçün yola salınması və qarşılanması mərasimləri keçirilib.
Heydər Əliyev Mərkəzində keçirilən mərasimlərdə Rayon İcra Hakimiyyətinin Başçısı Müstəqim Məmmədov çıxış edərək, gənc nəslin hərtərəfli inkişafı üçün ölkəmizdə yaradılan şəraitdən danışıb, dövlət başçısının tapşırığına əsasən təşkil olunan aksiyanın məktəblilərin dünyagörüşünün formalaşmasında mühüm rol oynayacağını bildirib, onlara uğurlar arzulayıb. Daha ətraflı »
Teqlər: Təhsil
29Mar
ATAMIN ARZULARINI YERİNƏ YETİRƏ BİLMƏDİK…
Atam bu ilin yanvar ayında 82 yaşında dünyasını dəyişdi. Son zamanlar yaman kövrəlmişdi. Elimizdən-obamızdan, doğma ocağımızdan gətirdiyimiz ən qiymətli əşya olan sazını əlinə götürüb, nəvə-nəticələrinə ötən günlərin şirinliyindən danışırdı.
O deyirdi:
–Adamın 8 övladı, 23 nəvəsi ola, onlar da kii, arzusunu yerinə yetirə bilməyə.
Bircə istəyi vardı: Öləndə Kəlbəcər torpağına qovuşmaq. Əfsuslar olsun ki, biz nə atamın, nə də minlərlə onun kimi kəlbəcərlinin arzusunu hələ ki, yerinə yetirə bilmirik.
Yağı düşmən yurdumuzda at oynadır, yerüstü və yeraltı sərvətlərimizi talan edir, tarixi abidələrimizi dağıdır.
Atam Qaçay Hüseynov Kəlbəcər rayonunun Laçın kəndində doğulmuşdu. Biz 8 övladın da vətəni həmin kənddir. Ancaq nəvə və nəticələr artıq Kəlbəcəri yalnız xatirələrimizdən tanıyırlar. Daha ətraflı »
Teqlər: Digər
Yeni ismarıclar