Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,748
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 04May
    Ədəbiyyat YENİ ŞEİRLƏR üçün şərhlər bağlıdır

    20160502_143940Kamil Tərtərli (Süleymanov) 1955-ci il avqustun 26-da Tərtər rayonunun Qaynaq kəndində dünyaya göz açıb. Kamil müəllim “şairəm” deməsə də, daim onu düşündürən, bir vətəndaş kimi silkələyən mövzulara toxunur, obrazlı şəkildə bunlara münasibətini bildirir. “Qəhrəman Tərtər” şeiri də aprel ayının əvvəllərindən cəbhədə hadisələrin gərginləşməsinə həsr olunub.

    Teqlər:

  • 04May
    Ədəbiyyat QƏHRƏMAN TƏRTƏR üçün şərhlər bağlıdır

    Yenə bulud çöküb üstünə, Tərtər,
    İgid oğlanları çağır meydana!
    Ayağı dəyməsin yağı düşmənin,
    Qəhrəman diyarın torpaqlarına!

    Birinci Qarabağ savaşında sən

    Düşmənə layiqli cavab vermisən.
    Qovmusan düşməni uzaq yerlərə,
    İndi qisas almaq istəyir səndən.

    Vətən oğulları, qalxın ayağa!
    Döyüşmək vaxtıdı, hünər vaxtıdı.
    “Hay”ların başını əzəsən gərək,
    Torpağı almağın zamanı çatdı. Daha ətraflı »

    Teqlər:

  • 04May
    Ədəbiyyat OLAYDIM üçün şərhlər bağlıdır

    Kaş yolum düşəydi bu yaz dağlara,
    Açan gül-çiçəyə qonaq olaydım.
    Yaz dumanı süründükcə çəməndə,
    Şehdə ayaqyalın gəzən olaydım.

    Təzə yarpaq açmış o meşələrdə,
    Kəkotu, qantəpər gül açan yerdə,
    Qar selə döndükcə şah zirvələrdə
    Tərtər çayı coşan yerdə olaydım.
    Murovdağın sərin mehi vuraydı,
    Mürgüləyib mən də meyxoş olaydım.
    Bulaqların şırıltısı yoraydı,
    Allahıma şükür eləyən olaydım. Daha ətraflı »

    Teqlər:

  • 04May
    Digər OXUCU MƏKTUBLARI üçün şərhlər bağlıdır

    ƏHALİ İLƏ ORDU ARASINDA BİRLİYİN ŞAHİDİ OLDUM

    Изображение 290Mən Tərtər rayonunun Azadqaraqoyunlu kəndində doğulub boya-başa çatmışam. İlk təhsilimi də elə bu kənddə almışam. Azərbaycanın hər bir guşəsi kimi, Tərtər də mənə doğma və əzizdir.
    Aprelin əvvəllərində erməni hərbi birləşmələrinin cəbhədə təxribatlar törətməsi, bunun nəti-cəsində Tərtər rayonuna xeyli ziyan dəyməsi məni də narahat edirdi. Bu günlərdə qəhrəman şəhərimizə gəldim. Düzünü deyim ki, yaşımın çox olmasına baxmayaraq, hələ heç zaman insanlarda bu qədər ruh yüksəkliyi görməmişdim. Bir veteran kimi gənclərlə görüşdüm, əhali ilə söhbət apardım. Rayon əhalisi ilə ordunun birliyinin şahidi oldum. Cəbhədə atəş səsləri eşidilməsinə baxmayaraq, təbiətin bu gözəl fəslində hər kəs evində-eşiyindədir, hamı çalışdığı sahədə üzərinə düşən vəzifəni yerinə yetirmək üçün daha böyük qüvvə ilə çalışır. Daha ətraflı »

    Teqlər:

  • 04May
    Digər EVİMİZ YARARSIZ HALA DÜŞDÜ üçün şərhlər bağlıdır

    Aprel ayının 2-də erməni silahlılarının atəşkəs rejimini pozaraq rayonumuzu top və “qrad” qurğularından atəşə tutması nəticəsində Tərtər şəhərində və eləcə də cəbhə bölgəsinə yaxın olan kəndlərdə 163 ev dağıldı, yararsız hala düşdü. Həmin evlərdən biri də şəhərimizin Həzi Aslanov küşəsindəki bizim yaşadığımız 4 nömrəli evdi. Evimiz birmərtəbəli olmaqla 6 otaqdan ibarət idi. Həmin vaxt, yəni səhər saat 9 və 9.30 radələrində evimizə 3 ədəd top mərmisi düşdü. Evdə üç nəfərik. Oğlum Cavidan ali təhsilini başa vurandan sonra Aqstafa bölgəsində hərbi xidmətdədir. Anamla mən isə gecədən başlayan top səslərinə görə evdən çıxıb həyətdə dayanmışdıq. Evə düşən 3 top mərmisinin zərbəsindən bina 3 tərəfdən darmadağın oldu. Ev əşyaları tamam yararsız hala düşdü. Ev əşyaları bir yana, palpaltarlarımızdan da heç nə ələ gəlmədi. Hamam, əl damı və digər yardımçı xırda binalar da dağıldı. Anam bərk stres keçirdiyinə görə Bakı şəhərinə xəstəxanaya apardıq.
    Elə o vaxdtan da anam Bakıda, mən isə qohum evində yaşayır, işə oradan gedib-gəlirəm.
    Hadisədən sonra rayon icra hakimiyyətinin, Bərpa Agentliyinin, rayon prokurorluğunun, Fövqəladə Hallar Nazirliyinin nümayəndələri gəlib evə baxış keçiriblər.

    Gülnarə Kərimova,
    Tərtər şəhər sakini.

    Teqlər:

  • 04May
    Digər ABADLIQ RAHATLIQDIR üçün şərhlər bağlıdır

    Изображение 420Ailəmiz Milli Qəhrəman Elman Hüseynovun adını daşıyan küçədəki 8 nömrəli evdə yaşayır. Mən özüm ali təhsilli müəlliməm. 44 il rayonumuzun qocaman təhsil ocaqlarından olan şəhər 1 saylı tam orta məktəbində müəllim işləmişəm. Hazırda təqaüddəyəm, qızım Mehriban müəllim məni əvəz edir. O da 1 saylı məktəbdə işləyir.
    Həyətimizin darvazası düz küçəyə-asfalta açılır. Neçə illər idi burada küçə boyu üstü açıq kanalizasiyanın üfunət iyi hamını bezdirmişdi. İndi Allaha şükurlər olsun ki, yeni layihə əsasında şəhərin və ona bitişik 11 kəndin su və kanalizasiya sistemi yenidən qurulur. Rayondakı bu yenilik bizi də ürəkdən sevindirir.
    Evimizdə 3 uşaq böyüyüb. Acıq kanalizasiyanın iyi bir yana, körpə uşaqlarımız ilişib dəfələrlə həmin çirkli kanalizasiyaya düşurdulər. Sevinirik ki, bir də belə hallar təkrarlanmayacaq. Bütün bunlara görə ölkə Prezidenti möhtərəm İlham Əliyevə, rayon rəhbərliyinə, bu işdə zəhməti, əməyi olan insanların hər birinə dərin minnətdarlığımızı bildirirəm.

    Sona Məhərrəmova,
    Tərtər şəhər sakini, təqaüddə olan müəllim

    Teqlər:

  • 30Apr
    Xəbərlər Ermənilərin bu cür hərəkətləri beynəlxalq konvensiyaya və insanlığa sığmır üçün şərhlər bağlıdır

    Изображение 143Изображение 157 Erməni silahlı birləşmələrinin iriçaplı silahlardan intensiv atəşləri nəticəsində aprelin 27-dən 28-nə keçən gecə Tərtər rayonunun 10 yaşayış məntəqəsində 58 evə, iki tam orta məktəbə və digər qeyri-yaşayış obyektlərinə ciddi ziyan dəymişdir.

    Ermənilər həmçinin vaxtilə Azərbaycanın vəsaiti hesabına tikilmiş Sərsəng Su Anbarından ekoloji terror vasitəsi kimi istifadə edirlər. Daha ətraflı »

    Teqlər:

  • 29Apr
    Xəbərlər Dövlət müşaviri Kamal Abdullayev Fransa Milli Assambleyasının üzvü ilə görüşüb üçün şərhlər bağlıdır

    Foto Fransa Senatoru 1Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri  Kamal Abdullayev Bakıda keçirilmiş BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumu çərçivəsində ölkəmizdə səfərdə olan Fransa Milli Assambleyasının üzvü, Azərbaycanın Dostları Assosiasiyasının prezidenti Jan-Fransua Mansel ilə görüşüb.Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində keçirilən görüşdə Dövlət müşaviri, akademik Kamal Abdullayev Azərbaycanda tarixi köklərə malik multikulturalizm və tolerantlıq mədəniyyətinin bu gün dövlət siyasətinin tərkib hissəsinə çevrilməsindən və bu istiqamətdə ölkə Prezidenti İlham Əliyev tərəfindən ölkəmizdəki milli, dini icmalara göstərilən bərabər münasibətdən, multikulturalizmin Azərbaycan modelinin dünya ictimaiyyətinə  tanıdılması üçün atılan addımlardan, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin fəaliyyətindən  ətraflı söz açıb. Daha ətraflı »

    Teqlər:

  • 27Apr
    Xəbərlər “HƏR ANIMIZ VƏTƏN DEYİR” üçün şərhlər bağlıdır

    DSC_2434(2)DSC_2483Aprelin əvvəllərində cəbhə xəttində erməni silahlı birləşmələrinin təxribat əməllərinə Azərbaycan Ordusunun layiqincə cavab verməsi, düşmənin canlı qüvvəsi və hərbi texnikasının darmadağın edilməsi, strateji əhəmiyyətə malik bir neçə yüksəkliyin işğaldan azad edilməsi xalqımızda böyük ruh yüksəkliyi yaradıb.
    Tərtər şəhərində Müdafiə Nazirliyinin və Tərtər Rayon İcra Hakimiyyətinin təşkilatçı-lığı ilə “Hər anımız Vətən deyir” adlı kütləvi hərbi şöhrət bayramı keçirilib. Tədbir iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin şəhərin mərkəzi meydanındakı abidəsi önünə gül dəstələri düzərək, dahi rəhbərin xatirəsinə ehtiramlarını bildirib, Azərbaycanın dövlət himnini ifa ediblər. Daha ətraflı »

    Teqlər:

  • 27Apr
    Xəbərlər TƏRTƏRDƏ İLK DƏFƏ “SAHİBKARLAR GÜNÜ” QEYD OLUNDU üçün şərhlər bağlıdır

    DSC_2729(1)Изображение 047Ölkə iqtisadiyyatında, məşğulluğun təmin olunmasında sahibkarlığın müstəsna əhəmiyyətini nəzərə alaraq Respublika Prezidenti cənab İlham Əliyev 21 aprel 2016-cı il tarixdə “Sahibkarlar Günü”- nün təsis edilməsi ilə bağlı Sərəncam imzalamışdır. Sərəncama əsasən hər il aprel ayının 25-i “Sahibkarlar Günü” kimi qeyd ediləcək.
    Dövlət tərəfindən bu sahənin inkişafına göstərilən diqqət və qayğı tərtərli sahibkarları da ürəkdən sevindirmiş-dır. Bayramlarını qeyd etmək üçün onlar rayon icra hakimiyyətinin təşkilatçılığı ilə bir araya toplaşmışlar.
    Tədbir iştirakçıları əvvəlcə Ulu Öndərin abidəsi önünə gül-çiçək dəstələri qoymuş, sonra isə yığıncaq rayon Gənclər Mərkəzinin zalında davam etdirilmişdir.
    Tədbiri giriş sözü ilə açan rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov əvvəlcə sahibkarları ilk peşə bayramları münasibəti ilə təbrik etmiş, ölkə iqtisadiyyatının davamlı və tarazlı inkişafının təmin edilməsində onların rolundan danışmışdır. Daha ətraflı »

    Teqlər: