Yenə bulud çöküb üstünə, Tərtər,
İgid oğlanları çağır meydana!
Ayağı dəyməsin yağı düşmənin,
Qəhrəman diyarın torpaqlarına!
Birinci Qarabağ savaşında sən
Düşmənə layiqli cavab vermisən.
Qovmusan düşməni uzaq yerlərə,
İndi qisas almaq istəyir səndən.
Vətən oğulları, qalxın ayağa!
Döyüşmək vaxtıdı, hünər vaxtıdı.
“Hay”ların başını əzəsən gərək,
Torpağı almağın zamanı çatdı.
Düşmənlə sərhədsən, ümid sənədir,
Sən yerində möhkəm dayan, a Tərtər!
Azəri xalqının gözü səndədir,
Qoy güvənsin Azərbaycan, a Tərtər!
Sızlayan torpaqlar bizi gözləyir,
Sarılın silaha, ərən igidlər!
Alın Xocalıda qanlı torpağı,
Ömrünü Vətənə verən igidlər!
Arxasız deyilsən, qəhrəman Tərtər,
Güclü ordumuz var, ağıllı rəhbər.
Sinəni qabağa ver, kömək elə,
Qoy düşmən qovulsun axıra qədər!
Sındırın düşməni, atın bayrağın,
Sancılsın Xankəndə Azərbaycan bayrağı.
Görünsün dünyanın qoy hər yerindən
Üçrəngli bayrağı Azərbaycanın!
Kamiləm, Tərtərlə qürur duyuram,
Özümsən, sözümsən, gözümsən, Tərtər!
Demə ki, bölürəm Azərbaycanı,
Hər yanı sevirəm eyni, bərabər.