28İyn

Tərtər rayon Mədəniyyət Mərkəzində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sifarişi ilə çəkilən “Fitnə” filmi nümayiş etdirilmişdir.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Ağcabədi Bölgəsi üzrə şöbə müdiri Nəcəf Əlizadə, rayon ictimaiyyətinin nümayəndələri, müəllim və şagirdlər, rayon dindarları və ziyalılar iştirak etmişlər.
Tərtər Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini – dini qurumlarla işin təşkilatçısı Elvin Umudov çıxış edərək dini radikalizmə qarşı mübarizənin psixoloji, hüquqi, siyasi və mənəvi aspektlərindən bəhs edən “Fitnə” filminin radikalizmə qarşı mübarizədə önəmli təsir gücünə malik olduğunu bildirmişdir.
Sonra “Fitnə” sənədli filminə baxış olub. Filmin nümayişindən sonra iştirakçılar ekran əsərinin əhəmiyyətini yüksək qiymətləndirib, onun hazırlanmasında əməyi olanlara təşəkkürlərini bildiriblər.
“Yeni Tərtər”
Teqlər: Mədəniyyət
28İyn
YAXŞILIQ UNUDULMUR
Cari tədris ili cəbhə bölgəsində, o cümlədən Tərtər rayonunda yaşayan uşaqlar üçün asan olmadı. Erməni təxribatı nəticəsində aprel ayında baş verən hadisələr, yaşayış məntəqələrinin, hətta məktəblərin belə güclü artilleriya qurğularından atəşə tutulması dərs prosesində müvəqqəti çətinliklər yaratdı. Şagirdlər bu gərginlikdən əziyyət çəkdilər.
Həmin vaxt uşaqları stresdən qorumaq məqsədilə ən gərgin günlərdə onları Yevlax şəhərinə apardıq. Onlar dərslə-rindən geri qalmasınlar deyə, şəhərdəki 5 saylı tam orta məktəbin direktoru Zərxanım Əhmədovadan bizə köməklik göstərməsini xahiş etdik. Zərxanım müəllimin və onun rəhbərlik etdiyi kollektivin əsl pedaqoqa xas olan yüksək keyfiyyətləri, həmçinin vətənpərvərliyi, insanpərvərliyi uşaqlara erməni vəhşiliyi nəticəsində yaranan psixoloji gər-ginlikdən azad olmağa kömək etdi. Bir neçə gündən sonra onlar rayonumuza qayıtdılar və dərslərinə normal qaydada davam etdilər.
Övladlarımıza göstərilən qayğını bugünədək unutmuruq.
Onu da bildirmək istəyirəm ki, Yevlax şəhərindəki 5 saylı tam orta məktəbində təlim və tərbiyə prosesindəki müsbət təcrübə təqdirəlayiqdir.
Çingiz İsayev,
Tərtər Rayon İcra
Hakimiyyəti Başçısı
Aparatında şöbə müdiri, valideyn
Teqlər: Təhsil
13İyn
İYUNUN 15-i MİLLİ QURTULUŞ GÜNÜDÜR
1993-cü ilin iyun ayının 15-i – Azərbaycan tarixinə Milli Qurtuluş Günü kimi daxil oldu və dövlətçiliyimiz yox olmaq təhlükəsindən qurtardı. Öz xilaskar missiyası ilə Heydər Əliyev respublikanın müstəqilliyini qorudu, ölkədə tüğyan edən ictimai-siyasi böhranı aradan qaldırdı və inkişafın təməlini qoydu. Bu gün milli qurtuluş ideologiyasının təntənəsi müstəqil respublikamızın davamlı inkişafında özünü büruzə verir, regionda və dünyada Azərbaycanın nüfuzu daha da artır. Milli qurtuluş fəlsəfəsi sözün geniş mənasında Azərbaycanın mövcudluğunu, onun ən böyük tarixi nailiyyətini – müstəqilliyini təmin etdi. Həmin gün xalqın inadlı tələbi ilə 2-ci dəfə hakimiyyətə qayıdan Heydər Əliyev Ali Sovetin sədri seçildi. Bununla da uzun illər davam edən gərginlik və qarşıdurma səngidi və ölkə vətəndaş müharibəsi və parçalanma təhlükəsindən xilas oldu.
Milli Məclisin 1993-cü il iyunun 15-də keçirilən iclasındakı çıxışında Ulu Öndər Azərbaycan dövlətçiliyinin gələcək inkişaf strategiyasını elan etdi və sonrakı illərdə onu həyata keçirdi. Əgər müstəqilliyi qazanmaq ilkin şərt idisə, ikinci vacib məsələ suverenliyi qoruyub inkişaf etdirmək idi və bu, Ümummilli Liderin iradəsi sayəsində reallığa çevrildi. O, milli dövlətçiliyi-mizin konsepsiyasını yaratdı. Daha ətraflı »
Teqlər: Milli-mənəvi dəyərlər
13İyn

Dövlətimizin başçısı İlham Əliyev bu günlərdə Almaniya Federativ Respublikasına işgüzar səfəri zamanı Berlində Almaniya Federativ Respublikasının Kansleri Angela Merkel, vitse-kansler, iqtisadiyyat və enerji naziri Ziqmar Qabriel, Alman – Azərbaycan Forumu İdarə Heyətinin sədri Hans-Eberhard Şlayer, Münxen Təhlükəsizlik Konfransının sədri Volfqanq Fredrik İşinger ilə görüşündə ikitərəfli əməkdaşlığın inkişaf perspektivlərini müzakirə etdi.
Prezident İlham Əliyev Almaniya Kansleri Angela Merkel ilə görüşdə nüfuzlu Avropa dövlətlərindən olan Almaniya ilə respublikamızın sıx əməkdaşlıq etmək niyyətini açıq ifadə etmişdir: “Bu gün xanım Kanslerlə görüş bizə bir daha ikitərəfli gündəliyimizə daxil olan vacib məsələlər, habelə regional məsələlərlə bağlı fikir mübadiləsi aparmaq imkanı verdi. Xanım Kanslerin qeyd etdiyi kimi, biz qarşılıqlı marağa və əhəmiyyətə malik olan bir çox sahələri müzakirə etdik. Əminəm ki, Almaniya – Azərbaycan əlaqələrinin uğurlu inkişafı regionumuzda sülh və sabitliyin möhkəmlənməsinə xidmət edəcək. Əlbəttə ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli müzakirələrimizin ən vacib hissələrindən biri idi. Biz bu münaqişənin beynəlxalq hüquq normalari və BMT-nin Təhlükəsizlik Şurası tərəfindən qəbul edilmiş qətnamələrin icra olunması əsasında ən tez zamanda həllini istəyirik”.
Prezident İlham Əliyev Almaniyada keçirdiyi müxtəlif tədbirlərdə həmçinin Almaniya Bundestaqında Ermənistanla bağlı qətnamə qəbul edilməsi məsələsinə toxunmuş və Azərbaycanın daim qardaş Türkiyənin tərəfində olduğunu bildirmişdir.
“Yeni Tərtər”
Teqlər: Xəbərlər
13İyn

İki gün davam edən tədbirin açılışında Azərbaycan Prezidenti İlham Əliyev çıxış edib.
Qurultayda 49 ölkədən 500-dən çox diaspor nümayəndəsi və qonaq iştirak edib. Qonaqların içərisində xarici ölkələrin Azərbaycana dost münasibətilə tanınan nüfuzlu siyasətçiləri, ictimai xadimləri, elm adamları və bir neçə ölkənin yüksək vəzifəli şəxsləri, parlament üzvləri də olub. Xaricdən dəvət edilən qonaqlarla yanaşı, qurultayın işinə Azərbaycanın müxtəlif dövlət və hökumət strukturlarının, qeyri-hökumət təşkilatlarının, elm, təhsil, mədəniyyət və digər yaradıcı qurumların, siyasi partiyaların təmsilçilərindən ibarət 360 nəfərlik nümayəndə heyəti də qatılıb.
Qurultaydakı nitqində Prezident İlham Əliyev deyib ki, xaricdə fəaliyyət göstərən diaspor təşkilatları bir nöqtəyə vurmalı, birləşməlidirlər. Çünki birlik əsas məsələdir.
Dövlətimizin başçısı xaricdə yaşayan azərbaycanlıları ölkəmizə sərmayə qoymağa çağırıb. O qeyd edib ki, sərmayə qoyuluşu üçün Azərbaycan dünya miqyasında ən cəlbedici ölkələrdən biridir. Daha ətraflı »
Teqlər: Xəbərlər
13İyn

Tərtər rayonunda Qarabağ Müharibəsi əlilləri və şəhid ailələri üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən inşa edilmiş 4 fərdi yaşayış evinin açılışı oldu.
Rayonun Poladlı kəndində II qrup Qarabağ müharibəsi əlili Azad Abbasov üçün tikilən evdə keçirilən tədbirdə Tərtər rayon İcra Hakimiyyətinin Başçısı Müstəqim Məmmədov, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Sosial Təminat Xidmətinin rəis müavini Sərdar Xıdırov, rayonun aidiyyatı idarə, müəssisə və təşkilatlarının rəhbərləri, kənd ictimaiyyətinin nümayəndələri iştirak etdilər.
Tədbiri giriş sözü ilə Mamırlı kənd İƏD üzrə nümayəndə Şikar Əliyev açaraq nümayəndəlik haqqında ətraflı məlumat verdi. Sonra kənd ağsaqqalı Asif Abbasov, ikinci qrup Qarabağ müharibəsi əlili Azad Abbasov, Mamırlı kənd tam orta məktəbin direktoru Məzahir Cəfərov çıxış edərək müharibə veteranlarına, əlil və şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə respublika Prezidentinə öz minnətdarlıqlarını bildirdilər.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Sosial Təminat Xidmətinin rəis müavini Sərdar Xıdırov çıxış edərək bildirdi ki, Azərbaycan Prezidenti cənab İlham Əliyevin uğurlu sosial siyasət kursu hər bir vətəndaşın rifahının yaxşılaşmasına, eyni zamanda sosial cəhətdən həssas təbəqələrdən olan şəxslərin sosial müdafiəsinin gücləndirilməsinə şərait yaratmışdır. Daha ətraflı »
Teqlər: Sosial
13İyn
İSRAİL-AZƏRBAYCAN DOSTLUQ CƏMİYYƏTİNİN ÜZVÜ AVİNOAM İDAM

İsrail-Azərbaycan Dostluq Cəmiyyətinin üzvü, Hayfa Universitetinin professoru və Vaşinqtondakı Cons Hopkins Universitetinin Mərkəzi Asiya və Qafqaz İnstitutunun tədqiqatçısı Avinoam İdam Tərtər rayonunda səfərdə olub. Səfər Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) təşkilatçılığı ilə reallaşıb.
Səfər çərçivəsində qonaq Tərtər Rayon İcra Hakimiyyətinin Başçısı Müstəqim Məmmədovla görüşüb. Rayon rəhbəri cəbhədə baş verən son atışmalar nəticəsində dinc əhalinin üzləşdiyi çətinliklər, yaranan problemlər barədə məlumat verib.
Sonra Avinoam İdam və rayon rəhbəri ermənilərin güclü artilleriya atəşi nəticəsində Tərtər şəhərində və rayonun Qapanlı kəndində dağılmış evlərdə, şəhər 6 saylı tam orta məktəbdə olublar. Qeyd edilib ki, əhaliyə dəymiş ziyanın aradan qaldırılması üçün ölkə Prezidentinin sərəncamı əsasında bütün lazımi tədbirlər görülür.
Teqlər: Tərtər RİH-də
13İyn

Su Təsərrüfatı və Meliorasiya İşçilərinin peşə bayramı münasibəti ilə tədbir keçirilib. Əvvəlcə tədbir iştirakçıları Ulu Öndərin abidəsini ziyarət edərək, abidənin önünə gül-çiçək dəstələri qoyublar.
Sonra tədbir rayon icra hakimiyyətinin iclas zalında davam etdirilib. Rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov su təsərrüfatı və meliorasiya işçilərini peşə bayramı və “Azərsu” ASC-nin yaradılmasının 12 illiyi münasibəti ilə təbrik edib, hər birinə cansağlığı, Azərbaycan xalqının xoş gələcəyi naminə qarşıya qoyulmuş vəzifələrin icrasında yeni-yeni uğurlar arzulayıb. Tədbirdə rayon subartezian quyularının istismarı idarəsinin rəisi Əli Əliyev və rayon icra hakimiyyəti başçısı aparatında sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırması şöbəsinin müdir müavini Xatirə Məmmədova çıxış ediblər. Sonra rayon icra hakimiyyətinin başçısı tərəfindən bir qrup su təsərrüfatı və meliorasiya işçisinə Fəxri Fərman və qiymətli hədiyyələr təqdim olunub.
Teqlər: Xəbərlər
13İyn
Xarici Siyasətin Analitik Təhlili Mərkəzinin təsisçisi, Qarabağ həqiqətlərini dünya ictimaiyyətinə olduğu kimi çatdıqmaq məqsədi ilə Qarabağ münaqişəsi haqqında kitab yazan fransalı müstəqil tədqiqatçı Didye Şode Tərtər rayonuna səfər edib.
Qonaq əvvəlcə rayon icra hakimiyyətinə gələrək, Tərtər Rayon İcra Hakimiyyətinin Başçısı Müstəqim Məmmədovla görüşüb. Rayon rəhbəri Tərtərin düşmənlə 48 km məsafədə təmas xəttinin olduğunu bildirib. Qeyd edib ki, düşmən heç vaxt öz təxribatçı əməllərindən əl çəkmir, rayonun təmas xəttinə yaxın olan yaşayış məntəqələrini daima atəş altında saxlayır, dinc əhalinin təsərrüfat işləri ilə məşğul olmasına mane olur. Aprel ayı ərzində erməni silahlı qüvvələrinin atəşkəsi pozması nəticəsində rayonun təmas xəttinə yaxın, eləcə də təmas xəttindən 15-20 kilometr məsafədə yerləşən yaşayış məntəqələri ağır artilleriya atəşinə məruz qalıb. Hətta ermənilər insanların sıx yaşadığı yaşayış məntəqələrimizə qadağan olunmuş ağ fosforlu bombalar da atıblar. Nəticədə evlər dağılıb, mülki əhali həlak olub, elektrik təsərrüfatına, kommunikasiya xətlərinə və kənd təsərrüfatına ciddi ziyan dəyib.
Sonra qonaq Tərtər şəhərində, Qapanlı kəndində erməni artilleriyasının atəşi nəticəsində dağıntıya məruz qalmış mənzillərdə olub, sakinlərlə söhbət edib, dəymiş ziyanın aradan qaldırılması üçün görülən işlərlə tanış olub.
Teqlər: Tərtər RİH-də
13İyn

Borsunlu kəndində rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədovun sakinlərlə səyyar görüş-qəbulu keçirilib. Görüşdə rayonun hüquq-mühafizə orqanlarının, səhiyyə, təhsil, mədəniyyət, digər xidmət təşkilatlarının rəhbərləri, ərazi icra nümayəndələri və bələdiyyə sədrləri, kənd sakinləri iştirak ediblər.
Əvvəlcə qonaqlar kənddə şəhidlərin xatirəsinə ucaldılmış abidənin önünə gül dəstələri düzüb, şəhidlərin xatirəsini ehtiramla yad ediblər. Sonra Borsunlu kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndə Xaləddin Qarayev görülən işlər barədə məlumat verib.
Sakinlərdən Vaqif Qədimov, Məhruzə İsmayılova, Tuğay Axundov, Nəyahət İsmayılova su təminatının yaxşılaşdırılması, kəndə gələn əsas yola asfalt örtüyünün salınması, köhnəlmiş elektrik dirəklərinin, naqillərin dəyişdirilməsi ilə bağlı məsələ qaldırıblar
Kənd sakinləri əhalinin problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərdən, rayonda aparılan abadlıq-quruculuq işlərindən razılıq edib, göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısı cənab İlham Əliyevə öz minnətdarlıqlarını bildiriblər.
“Yeni Tərtər”
Teqlər: Xəbərlər
Yeni ismarıclar